Icma.az
close
up
RU
Menu

Məktəblərdə telefon və ağıllı saatlar qadağan ediləcək

Qədim Efes şəhərində gecə muzeylərinə səfərlər başlayıb

Zelenskinin məqsədi danışıqlar prosesinə ABŞ sız qatılmaqdır

Akademik Məmmədtağı Cəfərovun 90 illiyinə həsr olunmuş Respublika konfransı

Nazir Anar Əliyev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış edib

Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kursları başlayıb

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

Orta Dəhliz və Azərbaycanın yeni iqtisadi hədəfləri

“Qərbi Azərbaycana qayıdış ideyası revanşizm deyil, tarixi ədalət çağırışıdır” Elçin Babayev

Şagirdi ilə ailə həyatı quran müəllimənin yeni görüntüsü (FOTO)

“Mançester Yunayted”də gələn mövsüm çempion olacaqlarını düşünürlər

ABŞ Dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

Azərbaycan BƏT ilə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsini müzakirə edib

Baş məşqçi millimizin finala yüksəlməsindən danışdı

Aİ iqtisadiyyatları üçün risklər barədə xəbərdarlıq edildi

“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalının üçüncü günü klassik musiqiyə həsr olunub FOTO

Tarixi qələbəyə belə sevindilər Video

Toyota Corolla idman hetçbekinin radikal versiyasını təqdim etdi...

Putin Rusiyanın Ukraynadan nə ilə fərqləndiyini CAVABLADI

Bukayo Saka haqqında sənədli film çəkilib

Türkeş, Nazim, Nesin və Ərdoğan...

Türkeş, Nazim, Nesin və Ərdoğan...

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yalançı olaram, rəhmətlik professor Lütfi Zadənin "qeyri–səlis məntiq”ilə peşəkar tanışlığım yoxdur. Amma hərdən fikirləşirəm ki, həyatın özü bir növ böyük riyaziyyatçının fikirlərini təsdiqləyir, çünki həyatın özünün məntiqi qəti birqiymətli deyil, çoxvariantlıdır, hətta bəzən paradoksaldır.

Bilirsiniz, bunu nəyə görə deyirəm? Yazının başlığına dörd Türkiyə insanının adını çıxarmışam: Türkeş, Nazim Hikmət, Nesin və Ərdoğan! 

İki siyasətçi və iki ədəbiyyatçı! Siyasətçilərdən biri - Türkeş qatı anti-kommunist və ultra-millətçi olub. Elə indiki prezident Ərdoğanı da heç bir halda kommunist, hətta sosialist də adlandırmaq olmaz, bu adam da dindar millətçidir.

Nazim Hikmət və Əziz Nesinsə (səhv etmirəmsə!) hər ikisi təkcə böyük ədib yox, həm də solçu-kommunist olublar. 

Müasir türk ədəbiyyatını bu iki insansız, xüsusən də Nazim Hikmətsiz təsəvvür etmək mümkün deyil, deyilənlərə görə! 

Amma Əziz Nesin heç də ondan geri qalmır, zənnimcə. Bunu bir oxucu kimi deyrəm. 

İlk dəfə onu sovetin dövründə oxumuşdum. Yaddaşım aldatmırsa, onda onun "Azərbaycan” jurnalında "Taxtalıköydən məktublar”ı çap olunmuşdu. Sonrakı illərdə bir az da oxuya bildim Nesini. Bilirsiniz, Nesinin qəhrəmanları və onların arasından oxucuya boylanan özü mənə kimi xatırladırdı? Çarli Çaplinin (lənət olsun şeytana, axı, deyəsən, o da kommunist olub!) qəhrəmanlarını...   

Mən Türkiyənin iç dünyasını elə də yaxşı və dəqiq bilmirəm, bəlkə də onların tamamilə başqa ədəbi kumirləri, korifeyləri də var – axı türklərin və Türkiyənin indi ən azı Nobel ödüllü Orxan Pamukları da var! 

Şəxsən mən sonuncunu da güclü ədib sayıram, baxmayaraq, çox da oxumamışam onu, amma belə məsəl var ki, yaxşı at hətta yerişindən də bəllidir.  

Burada bunu da deyim: bəziləri belə fikrə düşdü ki, guya Orxan Pamuka Nobel mükafatı "ermənilərə rəğbətinə” görə verilib və başladılar "erməninamələr” yazmağa və hətta yazdılar da, amma Nobel nədir, heç ZİBİL də almadılar!.. 

Bəli, mən də razıyam ki, iki sahədə - ədəbiyyat və sülh sahəsində Nobel mükafatı həmişə müəyyən mübahisələrə səbəb olur. 

Sülh sahəsi bəllidir, bura siyasət qarışır və burada siyasi motivlər həmişə daha həlledici olur. 

Ədəbiyyat sahəsində vəziyyət bir az fərqlidir. Bəlkə Nobel mükafatı alanlardan da daha güclü yazıçılar da olub həmin dövrlərdə, amma buna layiq görülənləri də heç kim inkar edə bilməyib! Bir oxucu kimi bir-iki misal çəkəcəm burada, amma üzrlü sayın, çünki mən yalnız oxucu kimi fikrimi deyirəm.

Məsələn, ilk olaraq deyim, mən də bir oxucu kimi düşünürəm ki, Qorki Bunindən daha güclü yazıçıdır və bəlkə Qorkiyə Nobel ona görə düşmədi ki, mühacir Bunindən fərqli, o, sovet rejimilə əməkdalığa razı olmuşdu! Amma Bunin də YAZIÇI idi axı...

Əgər sonrakı dövrləri götürsək, zənnimcə, Pasternaka mükafat "Doktor Jivaqo”ya görə yox, poeziyasına görə verilməli idi...

Daha sonra, Şoloxov böyük yazıçı idi, amma Bulqakov və Platonov heç də kiçik yazıçı deyildilər...

Gəlirəm, lap son dövrlərə. Belarus yazıçı qadını (S.Aleksieviç) da Nobel alanda çoxu bunu subyektiv qəbul etdi, dedilər ki, yazdıqları daha çox jurnalistikadır. Deyildi ki, digər rusdilli ədiblər bir tərəfə, hətta belarusların özlərinin də qat-qat güclü yazıçıları olub – məsələn, məşhur Vasil Bıkov kimi... 

Mən burada oxucu vəkilliyi edə bilmərəm, çünki oxumamışam bu xanımı və yalnız onu deyə bilərəm ki, sən demə, səksəninci illərdə, əfqan müharibəsinin, hətta Çernobıl faciəsinin üzərindən siyasi-ideoloji pərdə götürüləndən sonra məlum olub ki, bu xanım hamı susanda bütün bu məsələlər haqda yazırmış və yaxud da yazmağa cəhd edirmiş!.. 

Amma, əlbəttə, ötən əsrin sonlarında Nobel mükafatı verilməli olan daha bir əsl YAZIÇI vardı – bu, Milan Kundera idi, hansı ki, bu mükafatı ala bilmədi, fəqət, nə olsun, heç Tolstoy da Nobel almamışdı! İndi nə edək? Durub deyək ki, Aleksieviç Tolstoydan daha böyük yazıçıdır?..

Qayıdaq, bizim böyük türk simalarına; Türkeşə, Nazim Hikmətə, Nesinə (bu iki türk ədibi – Nazim və Nesin də əslində çox Nobel mükafatlı yazarlardan öndə olan idilər) və indiki prezident Ərdoğana. Bəli, iki qatı anti-kommunist və iki ideyalı (fanatik demirəm: ideyalı!) kommunist!  

Birincilərdən–siyasətçi Türkeş və Ərdoğandan qalan və gələcəkdə qalacaq (İnşallah!) güclü Türkiyə olacaq, digər ikisindən, xüsusən də Nazim Hikmətdən isə yeni və böyük türk ədəbiyyatı - poeziyası qaldı!  

Bilirsiniz, belə bir paradoksu ancaq qeyri-səlis məntiqlə başa düşmək, anlamaq olar – bəli, burada adi, birqiymətli məntiq acizdir. Paradoksal dərəcədə ziddiyyətli olan bu dörd şəxs biri-birini çox inanılmaz və hətta deyərdim, üzvü şəkildə tamamlayır: Türkiyə bunların, sanki vəhdətidir...

Başa düşürəm, hazırda nəzərlər daha çox uzaq Suriyada və prezident Ərdoğandadır. Odur ki, bununla bağlı bir neçə kəlmə ilə yoracam sizi.  

Əlbəttə, Türkiyə çox böyük bir yükün altına çiyin verib, narahatlıq üçün məyyən əsaslar hələ də qalır. 

Suriyada geosiyasi çəkişmə bitməyib, bəlkə hələ bundan sonra başlayacaq. Məsələn, İsrail (baxmayaraq, Suriya hərbi-siyasi teatrındakı son dəyişikliklərin əsas səbəbkarlarından sayılır) Colan təpələri ətrafında əsl mənada, problem yaradır, hərçənd, B.Netanyahu az qala, hər gün deyir ki, İsrailə bir şey lazımdır: sülh!

Suriyanın hərbi müxalifəti müstəqil "aktor” deyil, kiminsə işarəsi və dəstəyilə nəsə edə bilər. Narahatlıq doğuran budur ki, bu yolla Türkiyəni münaqişəyə çəkərlər, amma prezident Ərdoğan da ağıllı adamdı, hərəkət etmək kimi, lazım gələndə dayanmağı da bacarır! 

Siyasi bioqrafiyasını yaxşı izləyənlər bilirlər ki, prezident Ərdoğan həmişə keçmiş Osmanlıya vurğun olub və bunun indi nə qədər səmərəli olduğunu zaman deyəcək - axı keçmişi heç də həmişə qaytarmaq olmur!.. 

Amma onun ölkəsinin təsir sferasını genişləndirməyə, xüsusən də yaxın regionda bunu bərqərar etməyə çalışmasında pis heç nə yoxdur, əskinə  yaxşı siyasətdir bu – hər dövlət öncə yerləşdiyi regionda maraqlarını və təhlükəsizliyini təmin etməlidir. 

Belədə isə, Türkiyə daim müsəlman dünyasında lider olmağa can atır. Bu da yaxşıdır, türk dünyası kimi, müsəlman dünyası da Ankaranın təbii "geosiyasi areal”ıdır. 

Üstəlik, müsəlman dünyasında teokratik İranın və ondan geri qalmayan monarxist Səudiyyənin söz sahibi olmasındansa, Türkiyənin olması daha yaxşı olmazmı? Düşünürük, Qərb də bunu anlasa, çox yaxşı olar! 

Belə bir detalı da unutmaq lazım deyil ki, bəli, Suriya hələ imtahan qarısındadır, baxaq, görək, onlar nə ərsəyə gətirəcəklər! 

Amma hazırda yarım əsrdən çox davam edən Şərq diktaturasına son qoyulub. Azdırmı bu? Hər şey tam normal başa çata bilsə, Suriyada normal bir dövlət qurulsa, bəlkə Nobel sülh mükafatını verənlər üçün də bir predmet tapılacaq bu müstəvidə?..

Hüseynbala Səlimov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 23 Dekabr 2024 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə telefon və ağıllı saatlar qadağan ediləcək

04 İyun 2026 02:36see337

Qədim Efes şəhərində gecə muzeylərinə səfərlər başlayıb

04 İyun 2026 04:02see247

Zelenskinin məqsədi danışıqlar prosesinə ABŞ sız qatılmaqdır

04 İyun 2026 09:07see247

Akademik Məmmədtağı Cəfərovun 90 illiyinə həsr olunmuş Respublika konfransı

03 İyun 2026 17:27see235

Nazir Anar Əliyev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış edib

03 İyun 2026 17:53see223

Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kursları başlayıb

03 İyun 2026 11:28see211

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

03 İyun 2026 11:29see209

Orta Dəhliz və Azərbaycanın yeni iqtisadi hədəfləri

03 İyun 2026 11:30see203

“Qərbi Azərbaycana qayıdış ideyası revanşizm deyil, tarixi ədalət çağırışıdır” Elçin Babayev

03 İyun 2026 11:28see202

Şagirdi ilə ailə həyatı quran müəllimənin yeni görüntüsü (FOTO)

05 İyun 2026 05:54see202

“Mançester Yunayted”də gələn mövsüm çempion olacaqlarını düşünürlər

05 İyun 2026 03:13see198

ABŞ Dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

04 İyun 2026 02:39see190

Azərbaycan BƏT ilə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsini müzakirə edib

04 İyun 2026 16:29see189

Baş məşqçi millimizin finala yüksəlməsindən danışdı

04 İyun 2026 01:15see184

Aİ iqtisadiyyatları üçün risklər barədə xəbərdarlıq edildi

03 İyun 2026 20:48see175

“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalının üçüncü günü klassik musiqiyə həsr olunub FOTO

04 İyun 2026 19:16see175

Tarixi qələbəyə belə sevindilər Video

05 İyun 2026 00:33see174

Toyota Corolla idman hetçbekinin radikal versiyasını təqdim etdi...

03 İyun 2026 21:59see171

Putin Rusiyanın Ukraynadan nə ilə fərqləndiyini CAVABLADI

05 İyun 2026 00:23see170

Bukayo Saka haqqında sənədli film çəkilib

04 İyun 2026 04:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri