Icma.az
close
up
RU
Menu

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti UNESCO nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005 ci il Konvensiyası”na Tərəf Dövlətlərin Konfransının 10 cu sessiyasında iştirak edir

Alimlər qanadsız külək turbinini yaradıblar...

“Bu gecə olacaqlar əsrlər boyu unudulmayacaq” İran

Sumqayıtda maşın iki qadını vurdu, biri öldü

Sabah ın rəqibi Zaqreb Dinamo sunun futbolçusu ilə gücləndi RƏSMİ

“Əvvəlcə Zəngəzur dəhlizini verəcəklər, sonra Ermənistana azı 300 min azərbaycanlını gətirəcəklər” Erməni ekspertlər

“Zəngəzur dəhlizi açılacaq, başqa yol yoxdur”

Əhmədinejat öldürülüb? Ofisi məlumat yaydı

Sumqayıtda yol qəzası baş verib, ölən və xəsarət alan var

ASC və MMC yə məxsus əmlaklar hərraca çıxarılacaq

Hansı ölkələr İrana kömək edir? Gizli dəstəyin gizli tərəfləri ŞƏRH

Lənətlənmişlərin özünün və nəsillərinin aqibəti Tel­man Oru­cov yazır

Kazino mövzusu diqqətlə və mərhələli şəkildə araşdırıla bilər MÜNASİBƏT BİLDİRİLDİ

Survivor dan qazancı məlum oldu

Ermənistan polisi rusiyalı iş adamı Samvel Karapetyanın evində axtarışlara başlayıb

İsrailin İran hədəfləri üçün yeni bombaya ehtiyacı var I Ekspert detalları açıqlayıb

24 il sonra ilk: ABŞ ın “Qiyamət günü təyyarəsi”... Video

SEPAH İsrailə qarşı “10 cu dalğa”ya BAŞLADI

ABŞ İranla bağlı bu suala cavab vermədi

Millimiz Türkiyədə təlim məşq toplanışına start verdi

YOL GEDİR ZƏNGƏZURA

YOL GEDİR ZƏNGƏZURA

Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu yol tarixi təməl haqqımız, ədalət təntənəsidir...

Erməni işğalçılarına qarsı Böyük Zəfərimiz  itməkdə olan inamımızı diriltdi, soluxan  qürurumuzu qaytardı. Başımız uca, üzümüz ağ, alnımız açıq oldu. Cəmi 44 gün ərzində  qəhrəmanlıq salnaməmizin ən parlaq səhifəsi yazıldı. Tarixin ən böyük ədalətsizliklərindən birinə son qoyuldu. Erməni qəsbkarlarının viran qoyduğu və 30 il tapdağında saxladığı Vətən torpaqlarımız azad edildi. Haqqın, ədalətin təntənəsi kimi üçrəngli bayrağımız Qarabağımızda, erməni vandalizminin xarabazarlığa çevirdiyi Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın , Ağdam, Kəlbəcər rayonlarında dalğalandı. Xarıbülbül Zəfər rəmzi kimi yenidən  pöhrələdi, çiçək açdı. Azad səmamızda milli muğamımız mədəniyyət beşiyimiz Şuşa dağlarında əks- səda verdi...

Böyük Zəfərin qısa zaman kəsimində, həm də mürəkkəb relyef şəraitində qazanılması, ilk növbədə, dövlətimizin iqtisadi qüdrətinin, siyasi gücünün, milli-mənəvi qüdrətinin, xalqımızın sarsılmaz, monolit  birliyinin, azərbaycançılıq məfkurəsindən qaynaqlanan vətənpərvərlik ruhunun gostəricisi idi.Təbii ki, bu, Ali Baş Komandanımızın mahir sərkərdə qətiyyəti, şəhidlərimizin, qazilərimizin şücaəti, onların Vətənə, yurda sevgisi, torpağa övlad məhəbbətinin böyüklüyünün təcəssümü olmaqla dünyanı  heyrətdə qoydu. Hər bir azərbaycanlı üçün fəxarət, qürur, iftixar yaşadan, həm də odur ki, erməni faşizminin viran qoyduğu, çöl-biyabana  çevirdiyi  yurdlarımız eyni əzmlə, vətəndaş qayəsiylə daha sivil, müasir arxitektura və memarlıq üslubunda yenidən qurulur,  abadlaşıb cənnətməkan mahallara çevrilir.

Bəli, öz külündən doğulan Simurq quşu kimi Oğuz  yurdlarında həyat yenidən cana gəlir. İnkişafa, tərəqqiyə yol açan infrastruktur qurulur, mühüm sənaye mərkəzləri yaradılır,  muasir şəhərsalma prinsipləri əsasında şəhərlər, qəsəbələr salınır, kəndlər inşa edilir, ictimai, mədəni, sosial obyektlər istifadəyə verilir, məşğulluq kimi vacib məsələlər həllini tapır. Qədim türk yurdlarında həyat qaynayır, yaşam ritmi öz axarına düşür. İllərdi məcburi köçkün ağrı-acısı yaşayan yurddaşlarımız Böyük Qayıdış marafonu axarında sevinclə, qürurla doğma yerlərinə qayıdır, evlərinin işığını yandırırlar.
Böyük Zəfərin gətirdiyi bu möhtəşəmliyin səs-sədasından Qərbi Azərbaycan torpaqlarında uyuyan əcdadlarımızın, babalarımızın ruhları  şadlanir. Yüz ildən artıqdır Azərbaycanımızın əsas ərazisindən ayrı düşən qədim Naxçıvan torpağında da inam toxumları goyərib, blokadanın ağrılarından qurtarmaq ümidinin şöləsi alovlanır...

Bəli, bir qərinədən artıqdır Naxçıvana gedən  qatar və avtomobil yollarının Zəngəzurda qırılması, kəsilmə səbəbindən ağır məhrumiyyətlərə sinə gərən, blokadanin ağır şərtlərinə mərdliklə dözən naxçıvanlılara sonsuz  sevinc yaşadır bu ümid söləsi...
Təəssüf ki, 2020-ci ilin 9 noyabr tarixində  qəsbkar ermənilər məğlub olub imza atdığı kapitulyasiya aktının 9-cu bəndini yerinə yetirməkdən hələ ki, yayınmaqda davam edir. Öz ağalarının və bu bölgədə maraqları kəsişən dövlətlərin təhrikiylə Zəngəzur dəhlizinin açılması məsələsini müxtəlif bəhanələrlə uzadır. Halbuki, Zəngəzur da  qədim Türk-Oğuz torpağıdır. Tarixin bütün dönəmlərində bu mahalda  Oğuz türkləri yaşayıb. 
Taleyimizin qara yazısı Türkmənçay müqaviləsi ilə parçalanan Azərbaycan torpaqlarına, o cümlədən, Zəngəzura  erməni ailələri köçürülüb və qara

yaraya çevrilib, xalqımıza düşmən kəsiliblər.
Ötən əsrin əvvəllərində erməni düşmənçiliyi daha aqressiv müstəvidə davam etdirilib. Talançılıq, soyğunçuluq və  qanlı qırğınlarla müşaiyət olunub. Erməni silahlıları tərəfindən evlər dağıdılıb, yurdlar viran qoyulub, insanlar qətlə yetirilib. Tarixi faktlar da təsdiqləyir ki, o illərdə Zəngəzur bölgəsində  115 kənd yerlə-yeksan edilib, demək olar ki, bütün yasayış məskənləri xaraba qoyulub, soydaşlarımız soyqırıma düçar edilib. Bu vəhşiliyin sonu isə böyük haqsızlıqla, tarixi ədalətsizlizliklə nəticələnib. Tarixən Türk-oğuz torpağı olan Qərbi Zəngəzur bolşevik havadarlarının təhrikiylə Ermanıstana birləsdirilir. Sonraki illərdə - Sovet dönəmində  də bu mahalda yaşayan soydaşlarımız sıxışdırılıb, repressiya, deportasiyalara məruz qoyulub, Zəngəzur açıq, gizli formada erməniləşdirilib.

Bu ilin yanvar ayının  7-sində ölkə Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bu məsələyə də toxunub bildirdi:"...Zəngəzurda azərbaycanlılar əksəriyyət təşkil edirdi. Bəli, əksəriyyət yox, tam azərbaycanlılardan ibarət olan kəndlər idi. Biz XX əsrdə üç dəfə deportasiyaya məruz qaldıq və hər dəfə bu deportasiya böyük fəsadlara gətirib çıxarırdı. 1920-ci ilin noyabrında Qərbi Zəngəzur Azərbaycandan ayrıldı və Ermənistana birləs?dirildi".

Beləcə, reallaşdı böyük güclərin məkrli siyasəti. Türk dövlətləri arasında yol bağı qırıldı. Böyük Turan  gerçəkləşməsi Zəngəzurun itirilməsi ilə tilsimə salındı. Ən ağır zərbə  paralanmış Azərbaycana dəydi. Qədim Naxçıvan torpağı ayrı düşdü anamız Azərbaycandan. Obrazlı desək, Türk-Oğuz ellərinin binəsi olan Zəngəzur xəncər kimi öz torpağımızın sinəsinə saplandı.

Türk  dünyasının coğrafi baxımdan ayrı qalmasına yönələn bu ədalətsiz siyasətin qurbanı oldu Zəngəzur mahalı. Lakin, gec və ya tez haqqın, ədalətin şər üzərində qələbəsi mütləqdir həqiqəti prizmasından baxsaq, deyə bilərik ki, zaman bu ədalətsizlik üzərində də haqqın təntənəsinə rəvac verəcək. Zəngəzur dəhlizi bütün maneələrə baxmayaraq açılacaq. Artıq bu istiqamətdə mühüm taleyüklü  tədbirlər görülür, əməli işlər gerçəkləşir. Azərbaycan tərəfdən üzü Zəngəzura istiqamət alan dəmiryol xətti və avtomobil yolu seqmentlərinin tikintisi uğurla, inamla davam etdirilir və demək olar ki, hazır vəziyyətə gətirilir. Bu yol təkcə Azərbaycanın Naxçıvanla körpü əlaqəsini gerçəkləşdirməyəcək, eyni zamanda, Böyük Turan yolunun bir parçası kimi Türk dövlətləri ilə əlaqələri də daha üst qata çıxaracaq. Zəngəzur dəhlizinin daha önəmli  tərəfi isə onun Asiya ilə Avropanı birləşdirən mühüm tranzit yola çevrilməsi olacaq. Hələliksə, böyük güclərin, dövlətlərin maraq dairələrinin kəsişdiyi məsələyə dönüb Zəngəzur dəhlizi. Lakin bu və ya müəyyən səbəblərdən yubansa da açılması həqiqəti gerçəkləşəcək. Bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində də inamla vurğuladı: “...Zəngəzur dəhlizi açılmalıdir və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər yaxşıdır. Biz belə vəziyyətdə qala bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdir və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur. Sadəcə olaraq, onlar 10 noyabr Bəyanatının muddəalarını yerinə yetirməlidirlər. Orada hər şey açıq-atdın göstərilib. Biz dörd ildən çoxdur ki, səbr göstəririk. Dörd ildən çoxdur istəyirik ki, bu danışıqlar yolu ilə həll olunsun. Biz nə qədər gözləməli olacağıq və nə üçün gözləməliyik? Yəni onlar bütün bunları nəzərə almalıdırlar". Bəli,  ölkə başçımız İlham Əliyevin təbirincə desək, Ermənistan dövləti istəsə də, istəməsə də Zəngəzur dəhlizi reallaşacaq. Çünki bu, bizim tarixi  təməl haqqımızdır. Azərbaycanın tərkib hissəsi  Naxçıvan Muxtar Respublikasının nəqliyyat kommunikasiya blokadasına salınması ədalətsizliyinə son qoyulmalıdır. Ölkə Prezidenti 5 mart tarixində Türkiyəyə işgüzar səfərində İğdır- Naxçıvan Təbii Qaz Kəmərinin Naxçıvanda eneji təhlükəsizliyinin təminin mühüm rolundan, həmçinin kəmərin beynəlxalq  əhəmiyyətindən danışdı və Zəngəzur dəhlizi barədə də bəhs edərək ded:  "Naxçıvan qədim Azərbaycan torpağıdır. Ancaq artıq bir əsrdən çoxdur ki, Azərbaycanın əsas hissəsindən ayrılıb.
Bir əsrdən çox davam edən bu ədalətsizlik Naxçıvanda yaşayan bizim soydaşlarımızın həyatına çox mənfi təsir göstərmişdir.

Xüsusilə Birinci Qarabağ savaşı başlayan kimi Ermənistan Qarabağı işğal etdi və eyni zamanda, Naxçıvanı blokadaya aldı.Onların planları Naxçıvanı da işğal etmək idi. Ancaq o zaman mənim atam Heydər Əliyev Naxçıvanın rəhbəri kimi buna imkan vermədi və Naxçıvanı qorumaq üçün bütün  naxçıvanlılar səfərbər oldular, öz döğma torpaqlarını qorudular və işğalçını yerində oturtdular"

O dövrdə erməni quldurları Naxçıvan torpağına ayaq basmasa da Zəngəzurdan keçən nəqliyyat kommunikasiyalarının kəsilmə səbəbindən Naxçıvan tam blokada məngənəsinə salındı. Bu haqsızlıq ucbatından ən ağır məşəqqətlər yaşadı naxçıvanlılar. Dəmir Yumruq rəmzli Böyük Zəfərimizin bəhrəsi olan Zəngəzur dəhlizi  nəhayət ki, bu ədalətsizliyə də son qoyacaq. Çox mühüm əhəmiyyətli bu geosiyasi iqtisadi keçid təkcə regionun deyil, eləcə də, dünya iqtisadiyyatının dinamik inkişafına təsir göstərəcək. Təbii ki,  tranzit nəqliyyat yolu  keçdiyi hər bir ölkədə, bölgədə, o cümlədən, Ermənistanın özündə yerli inkişafa stimul verəcək. Mənfur niyyətləri səbəbindən regonda bütün  qlobal layihələrdən kənarda qalan ölkənin iqtisadi geriliyinə, tənəzzüldən çıxmasına müsbət  təsirini göstərəcək. 

Milli, tarixi və gələcək maraqlara cavab verən son dərəcə perspektiv əhəmiyyətli bu layihə doğma Naxçıvanımızın  inkişafında, tərəqqisində yeni üfüqlər açacaq. Muxtar Respublıka yüksəlişin uğurlu mərhələsinə qədəm qoyacaq, onun  daxili iqtisadi potensialının ölkə iqtisadiyyatına daha  sıx inteqrasiyasını  təmin edəcək. Bu torpağın zəngin təbii resurslardan  tam mənada  səmərəli istifadəni artıracaq, sənayeləşməni sürətləndirəcək, yeni istehsal sahələrinin, sənaye zonalarının açılmasına, işsizliyin minumuma yendirilməsinə rəvac verəcək. Naxçıvan sosial, mədəni, mənəvi yüksəliş tempini yüksəldəcək. Bu, uzun illərdir blokada məngənəsində sıxılan, çırpınan insanların maddi rifahının, yaşayış səviyyəsinin daha da yüksəlməsini təmin edəcək.
 

Beləcə, sarsılmaz inancımız, böyük inamımız, yaşıl ümidlərimiz işığında yol gedir Zəngəzura. Bu yol haqqın, ədalətin təntənəsi  rəmzinə çevriləcək. Azərbaycanı ayrılmaz parçası Naxçıvanla, sevincimizə sevinib, kədərimizə qəmlənən qardas? Türkiyə  ilə yerüstü nəqliyyat əlaqəsini yaradacaq.

Yolumuzun işıqlı, aydın, abad və rəvan olması diləyilə.

Adilə Səfərova
Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, teatrşünas

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://adalet.az
archiveBu xəbər 19 Mart 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti UNESCO nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005 ci il Konvensiyası”na Tərəf Dövlətlərin Konfransının 10 cu sessiyasında iştirak edir

18 İyun 2025 13:47see255

Alimlər qanadsız külək turbinini yaradıblar...

17 İyun 2025 20:37see204

“Bu gecə olacaqlar əsrlər boyu unudulmayacaq” İran

18 İyun 2025 01:07see175

Sumqayıtda maşın iki qadını vurdu, biri öldü

18 İyun 2025 01:26see158

Sabah ın rəqibi Zaqreb Dinamo sunun futbolçusu ilə gücləndi RƏSMİ

18 İyun 2025 01:31see139

“Əvvəlcə Zəngəzur dəhlizini verəcəklər, sonra Ermənistana azı 300 min azərbaycanlını gətirəcəklər” Erməni ekspertlər

18 İyun 2025 17:44see131

“Zəngəzur dəhlizi açılacaq, başqa yol yoxdur”

17 İyun 2025 23:25see125

Əhmədinejat öldürülüb? Ofisi məlumat yaydı

17 İyun 2025 23:39see124

Sumqayıtda yol qəzası baş verib, ölən və xəsarət alan var

18 İyun 2025 01:15see124

ASC və MMC yə məxsus əmlaklar hərraca çıxarılacaq

18 İyun 2025 15:24see123

Hansı ölkələr İrana kömək edir? Gizli dəstəyin gizli tərəfləri ŞƏRH

17 İyun 2025 21:26see122

Lənətlənmişlərin özünün və nəsillərinin aqibəti Tel­man Oru­cov yazır

17 İyun 2025 19:27see122

Kazino mövzusu diqqətlə və mərhələli şəkildə araşdırıla bilər MÜNASİBƏT BİLDİRİLDİ

18 İyun 2025 17:16see119

Survivor dan qazancı məlum oldu

18 İyun 2025 17:25see119

Ermənistan polisi rusiyalı iş adamı Samvel Karapetyanın evində axtarışlara başlayıb

17 İyun 2025 18:51see116

İsrailin İran hədəfləri üçün yeni bombaya ehtiyacı var I Ekspert detalları açıqlayıb

17 İyun 2025 20:19see115

24 il sonra ilk: ABŞ ın “Qiyamət günü təyyarəsi”... Video

18 İyun 2025 17:37see115

SEPAH İsrailə qarşı “10 cu dalğa”ya BAŞLADI

17 İyun 2025 20:38see115

ABŞ İranla bağlı bu suala cavab vermədi

17 İyun 2025 23:22see113

Millimiz Türkiyədə təlim məşq toplanışına start verdi

17 İyun 2025 18:11see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri