Icma.az
close
up
RU
Zəngəzura gedən yol Laçından keçir: Yeni aeroportun pərdəarxası

Zəngəzura gedən yol Laçından keçir: Yeni aeroportun pərdəarxası

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, mayın 28-də Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib. Prezident İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri çərçivəsində tikilən Laçın Beynəlxalq Hava Limanı təkcə mühəndislik uğuru deyil, həm də ciddi geosiyasi və hərbi-strateji məqsədlərə xidmət edən layihə kimi dəyəndirilir.

Laçın aeroportunun özəlliyi nədir? Niyə orda hava limanı tikildi? Üç bir-birinə yaxın rayonda – Füzuli, Zəngilan və Laçında – beynəlxalq standartlara uyğun aeroport tikməkdə strateji hədəf nə ola bilər?

Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin sədri Arzu Nağıyev Globalinfo.az-a açıqlamasında bildirib ki, Laçın Hava Limanı çox çətin və mürəkkəb relyefdə inşa olunub:

“Bu hava limanının özünəməxsus xüsusiyyətləri var. Qarabağ və Şərqi Zəngəzur bölgəsində inşa olunan üçüncü hava limanıdır. Füzuli və Zəngilan hava limanları kimi, Laçın Hava Limanı da mühüm strateji əhəmiyyətə malikdir. Onların yerləşdiyi ərazi, hansı ölkələrlə sərhəd zonasına yaxınlığı, qəbul edə biləcəyi təyyarələrin tipi, yük və sərnişin daşıma potensialı və s. bütün bunlar həm geosiyasi, həm də iqtisadi və hərbi məqsədlərə xidmət edir”.

Arzu Nağıyev

Deputat qeyd edib ki, Laçın Hava Limanı Azərbaycanın ən yüksəkdə yerləşən hava limanıdır:

“Dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşir. Laçın rayonu strateji yüksəkliklərə sahibdir və bu ərazidə yaradılmış nəqliyyat infrastrukturu regionun nəzarətdə saxlanması baxımından mühüm rol oynayır. Laçın ətrafında yerləşən Şuşa, Kəlbəcər və Qubadlı rayonları isə böyük turizm potensialına malikdir. Bu hava limanı, eyni zamanda, turizmin inkişafı və gələcəkdə sərmayə yatırımlarına da əhəmiyyətli təsir göstərəcək”.

Arzu Nağıyev vurğulayıb ki, Ermənistanla sərhəddə yerləşən Laçında belə bir hava limanının mövcudluğu labüddür və strateji məqsədlərə xidmət edir:

“Zəngəzur dəhlizinin gələcək perspektivləri baxımından da Laçın Hava Limanı mühüm əhəmiyyət daşıyır. Ümumiyyətlə, Azərbaycandakı hər bir hava limanı xüsusilə sərhədyanı bölgələrdə yerləşənlər həm mülki, həm də hərbi təyinat baxımından istifadə oluna biləcək strateji obyektlərdir. Onların yüksəklikdə yerləşməsi və sərhədlərə yaxın olması belə istifadəyə əlverişli şərait yaradır. Hazırda Azərbaycanda 9 beynəlxalq hava limanı fəaliyyət göstərir və onların hər biri ölkənin təhlükəsizlik, iqtisadi və nəqliyyat siyasətində mühüm yer tutur”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 May 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see296

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see271

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see226

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see224

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see209

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see186

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see180

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see170

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see165

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see162

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see158

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see154

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see153

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see152

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see152

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see146

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see146

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri