Icma.az
close
up
RU
Qırmızı xətlər in pozanı Zəngəzura gedən yol ŞƏRH

Qırmızı xətlər in pozanı Zəngəzura gedən yol ŞƏRH

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Azərbaycana 30 il ərzində işğal altında olan torpaqların güzəştə gedilməsi üçün çoxlu təzyiq edilib. Ancaq rəsmi Bakı bunlara qarşı müqavimət göstərərək işğal faktı ilə barışmayacağını, ərazi bütövlüyü və suverenliyini təmin edəcəyini, bu barədə BMT Təhlükəsizlik Şurası qətnamələrinə əməl olunması şərtini irəli sürüb.

Nəhayət, Azərbaycan Ordusu Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarını müharibə yolu ilə işğaldan azad edib. Azərbaycanın bu qələbəsi rəsmi Bakının Cənubi Qafqazla bağlı yeni təşəbbüslərlə çıxış etməsinə də şərait yaradıb. Başqa sözlə, Azərbaycanın regiona baxışın dəyişməsi istiqamətində təşəbbüsləri bölgədə uğurlu layihələrin həyata keçməsinə səbəb olub.

Dövlət başçısı Vətən müharibəsindən sonra - 2021-ci ilin aprelində BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasındakı çıxışında bildirmişdi ki, Azərbaycan regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək arzusundadır:

"Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə verib. Hazırda biz Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq "Zəngəzur nəqliyyat dəhlizi" üzərində çalışırıq. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Mən Asiya və Sakit okean hövzəsindən olan tərəfdaş ölkələri bu regional layihənin potensialını nəzərdən keçirməyə dəvət edirəm".

Dövlət başçısının əminliklə Asiya və Sakit okean hövzəsi ölkələrinə müraciəti avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin imzaladığı Birgə Bəyannamə əsasında reallaşmağa başlayacaq. Çindən başlayan bu yol Azərbaycan və Ermənistandan (Zəngəzur yolu ilə) keçməklə Türkiyə və Avropaya qədər uzanacaq.

Bu, dövlət başçısının Zəngəzur layihəsinin reallaşmasıdır. Bu, həm də Azərbaycana qarşı Fransa və İran apardığı təbliğatın boşboğazlıq olduğunu təsdiqlədi. Onlar iddia edirdilər ki, Azərbaycan Zəngəzuru işğal edəcək, o ərazi üzərində nəzarəti ələ keçirəcək. İmzalanmış birgə sənədə əsasən, Zəngəzur yoluna nəzarət 99 il müddətinə ABŞ şirkətinə verilir.

Birgə bəyannamə bu kimi dedi-qodulara, avantürist açıqlamalara son qoydu. Bu, həm də Prezident İlham Əliyevin "biz heç kimin torpağını işğal etmirik" kimi bəyanatının təsdiqi idi.

Dövlət başçısının çox vacib gedişlərindən biri də Zəngəzur dəhlizi ilə Laçın yolunu eyniləşdirənlərə qarşı oldu. Bəziləri Zəngəzur dəhlizi ilə Laçın yolunun mübadiləsini təklif edirdi. Ermənistanda həm elə düşünürdülər ki, Azərbaycan Qarabağda öz məqsədlərinə tam nail olandan sonra Zəngəzur dəhlizini unudacaq. Ancaq bunun tam əksi baş verdi. Rəsmi Bakı Zəngəzur yolunun reallaşmasında daha qətiyyətli mövqe nümayiş etdirdi.

Rəsmi İrəvan isə beş il ərzində ideyanın reallaşmasını yubatmaq üçün "sülh kəsişməsi" kimi xülya layihəni irəli sürürdü. Çünki Ermənistanın Avropaya, Rusiyaya və ya dənizə birbaşa çıxışı olmadığından dalandır. O bu vəziyyətdən ancaq Zəngəzur yolu vasitəsilə çıxa bilər.

İki ölkə arasında münasibətlərin normallaşmasına, sülhə, əməkdaşlığa mane olan, Azərbaycanın işğalçı obrazını yaratmağa səy göstərən, qətliamçı sabiq dövlət başçısı Serj Sarqsyan və ona oxşarlar Ermənistanda hələ də bu layihəyə qarşı çıxış edirlər. Onların İranda da oxşarları var. İranın Ali Rəhbəri Əli Xameneinin müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti "Tramp yolu"nu ölkəsinin milli birliyi və ərazi bütövlüyünə "böyük təhdid" adlandıraraq bu təşəbbüsün Cənubi Qafqazdakı geosiyasi balansı poza biləcəyini bildirmişdi: "Onlar (Prezident İlham Əliyev və Nikol Paşinyanı nəzərdə tutur - red.) əvvəllər Zelenskinin (Ukrayna Prezidenti Volodimir Zelenski - red.) buraxdığı eyni səhvi təkrarladılar. Bu səhv onlar və ölkələri üçün oxşar nəticələrə səbəb ola bilər".

O, İranı Cənubi Qafqazın sahibi kimi təqdim etməkdən də çəkinməyib:

"Məgər Cənubi Qafqaz Trampın "icarəyə verə" biləcəyi sahibsiz bir ərazidir? Qafqaz dünyanın ən həssas geosiyasi düyünlərindən biridir. Bu dəhliz Trampın mülkiyyətində olan "tranzit yolu"na deyil, onun muzdluları üçün qəbiristanlığa çevriləcək".

Görünür, İranın Fələstində, xüsusilə, Qəzza zolağında, Livanda, Suriya və İraqda, 12 günlük müharibədə verdiyi itkilər Əli Əkbər Vilayətiyə azlıq edir.

Bu hakimiyyət Yaxın Şərqdən qovulub. Proksi qüvvələrə xərclədiyi milyardlarla dollar vəsait külə dönüb. İran iqtisadiyyatı Vilayəti düşüncəsi daşıyıcılarının ucbatından iflasa uğrayır. Ölkədə su, elektrik enerjisi, təbii qaz, neft məhsulları qıtlığı yaranıb, aylıq əməkhaqqıları ödənilmir, hakimiyyət çoxsaylı sosial, mədəni problemlər, böhranlarla üz-üzədir...

Vilayətinin təmsil olunduğu mühafizəkar xəttin arxasında duran İran İnqilab Keşikçiləri Qvardiyasıdır (SEPAH). Onun siyasi məsələlər üzrə rəhbərinin müavini, general Sərdar Cavani də böyükləri kimi Zəngəzur yoluna qarşı çıxış edir. Bu, həm də SEPAH-ın iflasıdır. Onlar siyasi və hərbi cəhətdən tənəzzülə uğradıqlarını ört-basdır etmək üçün belə ritorik açıqlamalar verirlər. Bu onu göstərir ki, 12 günlük müharibədən məğlub çıxan bu xətt hələ də reallığı qəbul etmək istəmir. Reallıq isə Yaxın Şərqdə nədirsə, Cənubi Qafqazda da odur.

Kimin "qırmız xətti" qalındır? Vilayətilər indi bunu Donald Trampla müzakirə edə bilərlər.

Nə yaxşı ki, Tehran hakimiyyəti daxilində heç də hamı Xameneinin müşaviri, SEPAH komandirləri düşüncəsində deyil. Onların praqmatik Prezidenti Məsud Pezeşkian, xarici işlər naziri Abbas Əraqçı də var.

"Hadisələr xəbərlərdə göstərildiyi kimi deyil. İslam Respublikası ilə bağlı bu marşrutla (Zəngəzur yolu - red.) əlaqədar tələblər nəzərə alınıb. Ərazi bütövlüyü ilə bağlı məsələlər və bizim Avropaya, yaxud şimala gedən yolumuzun bağlanmaması təmin olunub", - deyə Məsud Pezeşkian vurğulayıb.

İran Xarici İşlər Nazirliyinin açıqlamasında da bu razılaşma alqışlanır.

Zəngəzur yolu hamı üçün faydalıdır. Bu, birləşdiricidir. Əməkdaşlığın genişlənməsi, münasibət və əlaqələrin qurulması üçün uğur gətirəcək layihədir.

"Report" informasiya agentliyi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 11 Avqust 2025 21:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see528

Şamaxı nın forvardı: Azərbaycan Premyer Liqası oynadığım ən çətin liqalardan biridir

09 Noyabr 2025 16:22see214

Zaman beyində işləyir…

09 Noyabr 2025 23:32see172

Bayraq artıq əbədi Zəfərin rəmzidir!

09 Noyabr 2025 18:16see160

3I/ATLAS “Kosmik gəmisi” Günəşə yaxınlaşarkən qəribə reaktivlər yayıb...

09 Noyabr 2025 21:06see136

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see136

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see134

Rusiyada bu avtomobillərin qiyməti qalxacaq...

09 Noyabr 2025 23:47see133

Tramp Putin görüşü yalnız bu halda keçiriləcək Siyarto

09 Noyabr 2025 21:10see131

Bu, səhv qərar idi Slot Van Deykin qolunun ləğvi barədə

10 Noyabr 2025 00:22see131

Gün ərzində tərəvəz yeyin, axşama təsirini görəcəksiniz

09 Noyabr 2025 21:00see128

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see128

Maşını Röya alacaq Video

09 Noyabr 2025 21:10see127

La Liqa: Real xal itirdi, Barselona səhv etmədi

10 Noyabr 2025 02:28see126

“Səbəbləri bilirəm, amma danışmaq həll yolu deyil”

09 Noyabr 2025 18:20see126

Zelenski ilə müsahibə zamanı işıqlar söndü Video

10 Noyabr 2025 01:28see125

Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

10 Noyabr 2025 14:49see124

Beş ildə Zəfərlə bağlı hansı kitablar yazılıb? AYB dən CAVAB

10 Noyabr 2025 10:10see124

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see124

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri