Icma.az
close
up
RU
Yollar qan ağlayır: 4 ayda 78 piyada ölümü

Yollar qan ağlayır: 4 ayda 78 piyada ölümü

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Bu ilin ilk dörd ayında Azərbaycan ərazisində piyadaların vurulması ilə nəticələnən 158 yol-nəqliyyat hadisəsi qeydə alınıb”.

Bunu Bakıvaxtı.az-ın suallarını cavablandıran Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin əməkdaşı Mübariz Ağayev bildirib.

Onun sözlərinə görə, nəticədə 78 nəfər həlak olub, 91 nəfər isə xəsarət alıb.

M.Ağayev deyib ki, bu, ümumi yol-nəqliyyat hadisələrinin 44,9%-ni, həlak olanların 41,1%-ni, xəsarət alanların isə 31,2%-ni təşkil edir.

Qurum əməkdaşı onu da vurğulayıb ki, piyada təhlükəsizliyinin artırılması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər həyata keçirilir.  Belə ki, bu tədbirlər çərçivəsində ayın 12-dən 19-na qədər “Piyadalar, diqqətli olun” təhlükəsizlik həftəliyi keçirilib.

Mübariz Ağayev: Piyada təhlükəsizliyinin artırılması məqsədilə mütəmadi nəzarət-profilaktik tədbirlər həyata keçirilir

“Respublika ərazisində Dövlət Yol Polisi qurumları bu işə səfərbər olunub və media subyektləri cəlb edilməklə nəzarət-profilaktik tədbirlərlə yanaşı, təbliğat, təşviqat və maarifləndirmə xarakterli tədbirlər təşkil olunub. Qəzalı nöqtələrdə, əhalinin sıx məskunlaşdığı ərazilərdə, əhəmiyyətli magistral yollar üzərində yerləşən iri müəssisələrdə və məktəblərdə bu istiqamətdə tədbirlər davam etdirilir”,-deyə Mübariz Ağayev diqqətə çatdırıb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.

Bakıvaxtı.az xəbər verir ki, müraciətdə sürücülərin nəqliyyat vasitəsini sürətlə idarə etməsi, piyada keçidini bildirən nişana diqqət yetirməməsi və məsuliyyətsizliyinin sonda piyadaların vurulması ilə nəticələndiyi qeyd olunub.

Nəzərə çatdırılıb ki, keçidə daxil olduqları andan etibarən piyadalara yol vermək sürücülərin vəzifəsidir və bu qaydaya əməl etməməyə görə məsuliyyət daşıyırlar.

Mina Mikayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 21 May 2025 09:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see328

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see322

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see320

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see292

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see287

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see279

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see263

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see254

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see253

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see237

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see231

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see212

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see200

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see191

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see180

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri