Icma.az
close
up
RU
Yoram Veys: Elmi mühit yeni pandemiyaların qarşısını almaq üçün çalışır

Yoram Veys: Elmi mühit yeni pandemiyaların qarşısını almaq üçün çalışır

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"Elmi araşdırmalar yeni pandemiyaların qarşısını almaq üçün böyük rol oynayır və bu sahədə görülən işlər intensivləşdirilməlidir".

Oxu.Az xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində "Qlobal sağlamlıq böhranla üz-üzə: Hazırlıq və bərabərlikdə yeni sərhədlər" adlı panel müzakirədə Hadassah Tibb Təşkilatının baş direktoru Yoram Veys deyib.

"Biz elmi mühitə diqqət yetirməliyik. Elm də yeni pandemiyaların baş verməməsi üçün çalışır, lakin bu istiqamətdə bəzi problemlər mövcuddur. Xüsusilə antibiotiklərin istifadəsində ciddi problemlər görürük. Onların nəzarətsiz tətbiqi gələcəkdə daha böyük səhiyyə böhranlarına yol aça bilər", - deyə o, fikrini davam etdirib.

Veys pandemiya dövründə səhiyyə sistemlərinin kommunikasiya sahəsində çətinliklərlə üzləşdiyini və bu məsələdə daha operativ yanaşmanın vacibliyini vurğulayıb:

"Xəstəxanaların öhdəliyi yalnız pasiyentlərin müalicəsi ilə məhdudlaşmır, səhiyyə sahəsində baş verənləri icmalara çatdırmaq da onların vəzifəsidir, lakin biz COVID pandemiyası zamanı gördük ki, hətta inkişaf etmiş ölkələr belə bu məsələdə gecikirdilər. Əgər dünyada yeni pandemiya və ya hər hansı xəstəliyin sürətli yayılması müşahidə olunursa, ilk addım olaraq işçi qrup yaradılmalı, məlumatlar müxtəlif dillərə tərcümə edilməli və ictimaiyyətə tez bir zamanda çatdırılmalıdır".

O, həmçinin səhiyyədə rəqəmsal texnologiyaların rolunun artdığını və bunun gələcəkdə səhiyyə xidmətlərinin əlçatanlığını daha da yüksəldəcəyini qeyd edib:

"Məsafədən həkim məsləhəti və müalicə də mümkündür. Bu, xüsusilə ucqar bölgələrdə yaşayan insanlar üçün böyük üstünlükdür. Səhiyyədə rəqəmsal texnologiyaların inkişafı müalicə prosesini daha səmərəli və sürətli edəcək".

Aləmdə Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 Mart 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see257

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see222

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see206

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see204

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see193

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see189

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see185

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see172

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see166

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see160

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see160

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see160

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see156

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see153

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see143

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see142

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see138

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see138

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri