Icma.az
close
up
RU
Boşanmaq üçün 8 ildir çalışır

Boşanmaq üçün 8 ildir çalışır

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Gözəl aktrisa ABŞ-ni tərk etməyə hazırlaşır


Ötənilki blokbaster filmi olan "Mariya"da əfsanəvi opera müğənnisi Mariya Kallas obrazını canlandıraraq kinoya möhtəşəm qayıdış edən Ancelina Coli yeni filmin çəkilişlərinə hazırlaşır. 


Sherg.az “Hürriyet.com.tr”yə istinadən xəbər verir ki, Hollivud “ulduzu” Bred Pittlə görüşünə və evliliyinə səbəb olan "Mr. & Mrs." filminin rejissoru Douq Liman ilə yenidən çalışacaq Coli "Bright" adlı casusluq trillerində rol alacaq. Filmin 2026-cı ildə nümayişi planlaşdırılır. Yenilik təkcə film çəkilişləri ilə bağlı deyil. Ancelina Coli şəxsi həyatında da yeni səhifə açmağa hazırlaşır. “Ulduz” aktrisa Los-Ancelesdəki möhtəşəm evini satmağa hazırlaşır və Hollivudu və ölkəni tərk edərək Kamboca və ya Avropada məskunlaşmağı düşünür. Colinin ABŞ-dən kənarda yaşamaq üçün bir neçə yer axtardığı deyilir. Altı uşaq anası olan Coli ən kiçik övladları, əkizləri Noks və Vivyen gələn il 18 yaşına çatdıqdan sonra Hollivuddan qaçanda dərhal evini satacaq. Əslində, Ancelina Coli bir müddətdir ki, bu plandan danışır. Ancaq bir şey ona bu planı həyata keçirməyə mane olur;  Bred Pittlə davam edən boşanması və qəyyumluq işi. Hüquqi proses zamanı Bred Pittin verdiyi qərara görə yaşı 18-dən az olan uşaqları ilə xaricə köçə bilməyən Ancelina Coli səkkiz illik hüquqi mübarizə nəhayət 2024-cü ilin sonunda başa çatdıqda rahat nəfəs ala bilib. Coli 24 yaşlı Maddoks, 21 yaşlı Paks, 20 yaşlı Zahara və 19 yaşlı Şilo adlı əkiz uşaqları keçmiş əri, 61 yaşlı Bredlə paylaşır. Qəyyumluq müqaviləsinə görə Coli istəsə də, Los-Ancelesdən ayrıla bilmədi. Qızı Zahara onu kollecə tərk etdi və 18 yaşı yenicə tamam olan Şilo artıq anasının evindən köçüb, dostu ilə ev kirayələyib. Ancelina Colinin övladlığa götürdüyü oğulları 24 yaşlı Maddoks və 21 yaşlı Paks artıq işləməyə və istədikləri müstəqil həyatı yaşamağa başlayıblar. İndi bu planı həyata keçirməyə başlayan Angelina Coli, evini satmazdan əvvəl bir neçə kiçik təmir işləri aparacaq. Artıq alıcı axtarışına və bazar araşdırması aparmağa başlayan məşhur aktrisa evi 2017-ci ildə 25 milyon dollara alıb. Ev Hollivudun qızıl dövrünün əfsanəvi rejissoru Cecil B. DeMille məxsus olub. Ancelina Coli bu evi Bred Pittdən ayrıldıqdan 8 ay sonra alıb. Coli daha əvvəl Los-Ancelesdən ayrılma planı haqqında bunları demişdi: "Böyük bir ailəniz olduqda, onların şəxsi həyatına, dincliyə və təhlükəsizliyə sahib olmalarını istəyirsiniz. Hazırda uşaqlarımı böyütmək üçün bir evim var, amma bəzən bu yer... Dünyada tapdığım insanlıq üçün darıxıram".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Avqust 2025 02:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri