YouTube Premium a böyük yenilik ƏLAVƏ ÖDƏNİŞ YOXDUR
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
YouTube Premium istifadəçiləri gələn ildən etibarən əlavə ödəniş etmədən Peacock platformasının reklamlı paketində təqdim olunan filmlərə, seriallara və canlı idman yayımlarına birbaşa YouTube tətbiqi üzərindən baxa biləcəklər. NBCUniversal şirkətinin açıqladığı çoxillik əməkdaşlıq çərçivəsində Peacock xidməti YouTube Premium abunəliyinə daxil ediləcək.
Modern.az xəbər verir ki, istifadəçilər ayrıca Peacock abunəliyi almadan platformanın məzmunundan yararlana biləcəklər.
Hazırda ABŞ-də YouTube Premium-un aylıq qiyməti 15,99 dollar, Peacock-un reklamlı paketi isə 10,99 dollardan başlayır. Bu səbəbdən hər iki xidməti ayrıca almaq əvəzinə YouTube Premium vasitəsilə istifadə etmək daha sərfəli olacaq. Şirkətlərin bildirdiyinə görə, Peacock məzmunu birbaşa YouTube tətbiqində yayımlanacaq. Bundan əlavə, NBCUniversal seçilmiş canlı idman yarışlarını da YouTube üzərindən təqdim edəcək və YouTube TV ilə mövcud əməkdaşlığını davam etdirəcək.
Baxış sayı:141
Bu xəbər 28 İyul 2026 05:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















