Icma.az
close
up
RU
“YouTube”da gəzişib və “WhatsApp”da yazışıblar: İlin əvvəlində uşaqlar hansı tətbiqlərdən istifadə edib?

“YouTube”da gəzişib və “WhatsApp”da yazışıblar: İlin əvvəlində uşaqlar hansı tətbiqlərdən istifadə edib?

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kaspersky mütəxəssisləri 2025-ci ilin birinci rübündə Azərbaycanda uşaqların hansı servislərdə vaxt keçirdiyini təhlil edib və yayılmış kibertəhdidlər barədə xəbərdarlıq ediblər.

“Kaspersky Safe Kids”-dən Bizimyol.info xəbər portalına verilən məlumatlara görə uşaqlar vaxtlarını ən çox messencerlərdə, video platformalarda və oyun servislərində keçiriblər. Ən çox istifadə olunan platformalar isə “YouTube”, “WhatsApp” və “TikTok” olub.

Statistika nə deyir?

“Android” əməliyyat sistemi ilə işləyən mobil qurğularda uşaqların ən çox vaxt keçirdiyi tətbiq “YouTube” olub — bu müddət populyar proqramlarda keçirilən ümumi vaxtın 27,4%-ni təşkil edib.

İkinci yerdə “WhatsApp” messenceri(18,8%), üçüncü yerdə isə “TikTok” (14,9%) yer alıb.

Sonrakı yerləri “Chrome” brauzeri (8,7%), “Instagram” (8,5%) və “Roblox” oyun platforması (6,7%) tutub.

Bunlarla yanaşı, “Telegram” (5,8%), “Brawl Stars” oyunu (5%) və “YouTube Kids” (2%) də populyar tətbiqlər arasında yer alıb.

“Windows” əməliyyat sistemi ilə işləyən kompüterlərdə isə Azərbaycandakı uşaqlar ən çox “Chrome” brauzerindən istifadə ediblər — onların bu tətbiqdə keçirdikləri vaxt ümumi vaxtın 42%-ni təşkil edib.

İkinci yerdə “WhatsApp” (13,8%), üçüncü yerdə isə “Microsoft Edge” (11,5%) qərarlaşıb. Ardınca “Discord” (9,4%), “Roblox” (7,8%), “Yandex” (5,6%) və “Skype” (5,4%) gəlir.

Şagirdlər vaxtlarını təxminən 2%-ni “Microsoft Office” proqramlarında keçiriblər.

Araşdırmanın nəticəsi olaraq Kaspersky mütəxəssisləri xəbərdarlıq edirlər: kibercinayətkarlar uşaqların hansı tətbiqlərə üstünlük verdiyini bilir və bu populyar tətbiqlərdən fırıldaq sxemlərində aktiv şəkildə istifadə edirlər.

Çox vaxt hücumlar messencerlər və sosial şəbəkələr vasitəsilə baş verir, lakin zərərli məzmunla digər proqramlarda və servislərdə də qarşılaşmaq mümkündür — məsələn, videolara yazılan şərhlərdə və ya məktəblilər arasında məşhur olan oyun forumlarında.

Xüsusilə aktual olan kibertəhdidlər hansılardır?

Mütəxəssislər xəbərdarlıq edirlər: kiberdələduzlar uşaqların maraqlarına uyğun taktikalarla populyar tətbiqlərə, oyunlara və messencerlərə daxil olurlar. Ən geniş yayılmış sxemlər bunlardır:

Təhlükəli çağırışlar

Sosial şəbəkələr və messencerlər vasitəsilə uşaqlara psixoloji təzyiqlə dolu tapşırıqlar göndərilir: “Sübut elə ki, qorxaq deyilsən”, “Bunu et — səni rahat buraxacağıq”.

Bəzən onları şantaj da edirlər və ya özlərini dost kimi təqdim edərək etimadlarını qazanmağa çalışırlar. Bu tip “oyunlar” ciddi hadisələrə səbəb ola bilər.

Uşaq məlumatlarından istifadə edərək valideynləri aldatmaq

Uşaqlar tez-tez internetdə şəxsi məlumatlarını paylaşırlar: valideynlərinin adları, telefon nömrələri, evin və ya məktəbin şəkilləri.

Fırıldaqçılar bu məlumatlardan istifadə edərək böyükləri aldatmağa çalışırlar — məsələn, uşağın adından fişinq məktubları və ya saxta mesajlar göndərirlər.

Oyun hesablarının və bank kartlarının icarəsi

Yeniyetmələrə “asan qazanc” vəd edilərək oyun hesablarını və ya bank kartlarını icarəyə vermək təklif olunur.

Bu cür təkliflər əslində dələduzluq sxemlərinin bir hissəsidir. Valideynlər uşaqlara izah etməlidirlər ki, bu cür hərəkətlərə görə məsuliyyəti hesabın və ya kartın sahibi daşıyır.

Valideynlər nə etməlidirlər?

“Azərbaycanda uşaqların rəqəmsal aktivliyi hər il artır. Valideynlər üçün əsas məsələ təkcə uşağın hansı tətbiqlərdən istifadə etdiyini nəzarətdə saxlamaq deyil, eyni zamanda internetdə düşünülmədən atılan addımın hansı risklər doğura biləcəyini izah etməkdir.

Əgər uşaq təhdidlərlə, qorxu və ya psixoloji təzyiqlə qarşılaşarsa, ən vacibi odur ki, o, yaxınları ilə danışa biləcəyini və hər zaman dəstək görəcəyini bilsin», — deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

Uşaqların internetdə təhlükəsiz vaxt keçirməsi üçün Kaspersky həmçinin aşağıdakıları tövsiyə edir:

uşağa öz hesablarını necə qorumağı öyrədin, çətin şifrələr yaratmağı və ikimərhələli identifikasiyanı (2FA) necə qurmağı başa salın;uşağın hansı tətbiqlərdə və oyunlarda çox vaxt keçirdiyi ilə maraqlanın və həmin platformaları öyrənin. Bu, onun maraqlarını daha yaxşı anlamağa və ailə daxilində etimadlı münasibətlər qurmağa kömək edəcək;xüsusi valideyn nəzarəti proqramlarından, məsələn, “Kaspersky Safe Kids”dən istifadə edin.

* Məlumatlar “Kaspersky Safe Kids” tətbiqinin anonimləşdirilmiş statistikasına əsaslanır. Statistika “Android” əməliyyat sistemi ilə çalışan mobil cihazlarda və “Windows” əməliyyat sistemi ilə təchiz edilmiş kompüterlərdə uşaqların tətbiqlərdə keçirdiyi saatların sayına görə aparılıb. 100% göstərici ən populyar on tətbiqdə keçirilən ümumi vaxt əsasında hesablanıb, faiz bölgüsü isə hər tətbiqdə keçirilən saatların sayına görə müəyyən edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 11 Aprel 2025 23:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see259

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see204

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see176

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see169

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see151

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see143

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri