Icma.az
close
up
RU
Menu

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Yox, yaxşı qurtardıq!

Yox, yaxşı qurtardıq!

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Ay camaat mağaza və marketlərdə satılan çoxsaylı məhsulları bir gün əvvəlki qiymətə görmək mümkün deyil. Belə ki, hər gün qiymətlərin 2-3, 5-6 və yaxud da 10 qəpik artığını görür və görməkdəyik.

İki-üç gün əvvəl xəbər yayıldı ki, bəs metro və digər ictimai nəqliyyatda gediş haqqı qalxıb olacaq 1 manat. Bunu eşidən elə bil başımıza bir vedrə qaynar su tökdülər. Necə yəni bir manat? Belə çıxır ki, uzaq məsafəni demirəm, bir gediş-gəliş üçün 2 manat xərcləyəcəyik?

Ancaq, şükür ki, bu xəbərin şokunu başqa bir xəbər canımızdan çıxardı. Deməli, xəbər yayıldı ki, filan addımdan, filan yenilikdən və filan tətbiqdən sonra bir saat ərzində ictimai nəqliyyatdan istifadə edənlər növbəti gedişləri ödənişsiz edəcək. Bunun neçənci ildə, necə və nə formada olacağını hələ dərindən dərk etməsək də, nə qədər sevindik, deyə bilmərəm. Elə bil bu dəfə də başımıza bayaqkı qaynar suyun üstündən bir vedrə soyuq su tökdülər.

1 manat söhbətini bir dəqiqənin içərisindəcə unutduq. Elə sevindik-elə sevindik, az qaldı sevincdən ürəyimiz partlasın. Hələ camaat küçədə bir-birini muştuluqladı da.

Elə ki, başımız bu sevincdən aydınlaşdı, oturub papağımızı qarşımıza qoyub bir xeyli fikirləşdik. Fikirləşəndə özümüzə belə bir sual verdik: ay yazıqlar, nəyə sevinirsiniz? Bakıda çox təsadüfi hal olar ki, ictimai nəqliyyatın bir saat içərisində ikisindən istifadə edib, birini ödənişli, o birini ödənişsiz edə biləsən. Məsələn, evdən çıxdın, marşrut avtobusla metroya çatanadək yollardakı tıxac imkan verəcək bəyəm, sən gəlib bir saat ərzində metroya çatasan ki, ondan da ödənişsiz istifadə edəsən? Bu çox az sayda sərnişinlərə, çox yaxın məsafələrə aid olacaq. Elə bunu fikirləşərkən bayaqkı sevincimiz burnumuzdan fitil-fitil yerə töküldü.

Bu kədərli və sevincli anların ardından nə baş verdi? Yeni bir xəbər yayıldı. Xəbər belə oldu ki, metro və ictimai nəqliyyatda gediş haqqı oktyabrın 1-dən 10 qəpik artıb 60 qəpik olacaq. İstədik kədərlənək, ancaq kədərlənmədik, sevindik. Niyə? Çünki dünənədək axı 1 manat olacağını deyilirdi. Elə ki, eşitdik, 60 qəpik olur, sevincdən az qaldı ürəyimiz partlasın. Yox, yaxşı qurtardıq, dedik bir-birimizə. Budur, 2-3 gündür, bu sevinclə yaşayırıq.

Ancaq bir məsələni də deməsək, olmaz. Sevinək, nə deyirəm ki, hələ lazım gəlsə, bu 10 qəpikdən yana toy-bayram da edək. Ancaq sevinməzdən, toy-bayram etməzdən əvvəl gəlin, bir fikirləşək, görək ilin sonunadək bu 10 qəpiyin üstünə daha nələrsə gələ bilərmi? Gəlməzsə, bəli sevinək. Gələrsə, yəni ötən həftədən yayılan 1 manat söhbəti doğru olarsa, bunu da qiymət qaldıranlar yavaş-yavaş artırarsa, düşünün, görək ilin sonuna yaxın necə, sevinə biləcəyikmi? Yeni il bayramını sevinclə qarşılaya biləcəyikmi? Yoxsa yeni il bayramına yaxın bizi yeni-yeni sürprizlər də gözləyir.

Hələlik oktyabrın birindən nə az, nə çox, bir gediş və qayıdış üçün 20-cə qəpik artıq ödəməli olacağıq. Əşi, 20 qəpikdir də, bunu heç dilə də gətirməyək. Amma arada metroda, avtobusda o başa-bu başa gedib gələrkən, bir telefondan başımızı qaldıraq, bu 20 qəpiyi vuraq günlərə, sonra da aya, görək nə edir?

Amma, vallah, halal olsun bu qiymətləri qaldıranlara. İnsafən, elə yavaş-yavaş qaldırırlar ki, heç ruhumuz da incimir. Bunu dəyərləndirmək lazımdır.

Yenə də, şükür, hələlik yaxşı qurtardıq. Olmazdı 10 qəpik, olardı 40 qəpik. Onda nə edərdik? Başımıza yenə bir vedrə qaynaq su tökülərdi... Bəlkə də bu qaynar su dekabrda töküləcək. Əşi, onda qış olacaq, hava da soyuq. Yəqin indiki kimi yandırmaz bizi.

Mətanət Məmmədova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 Sentyabr 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see338

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see306

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see293

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see290

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see281

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see281

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see248

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see244

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see209

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see208

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see204

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see202

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see200

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see197

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see194

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see192

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see189

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see186

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see166

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri