Icma.az
close
up
RU
Aspirin “yaxşı”dır, amma həmişə yox!

Aspirin “yaxşı”dır, amma həmişə yox!

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Asetilsalisil turşusu – aspirin (AST) və AST tərkibli preparatlar günümüzdə ən çox istifadə olunan dərman maddələrindəndir. Əksər insanlar həkimlərin təyinatı, bəzən də digər şəxsin məsləhətilə, tromboz riskinə görə, soyuqlamalarda, bəzən də qandurulducu kimi bu preparatı profilaktik olaraq, hətta, gündəlik qəbul edirlər. Bu dərmanın elmi cəhətdən orqanizmə təsirini, fayda və zərərini öyrənmək məqsədilə XQ-nin səhiyyə eksperti, tibb elmləri doktoru Musa Qəniyevdən müsahibə aldıq. Professor preparatla bağlı indiyədək fərqli bildiklərimizə aydınlıq gətirdi:

– Alimlər tərəfindən dərmanın təsirinin molekulyar mexanizminin incələnməsi təsdiq edib ki, onun profilaktik məqsədlə uzunmüddətli qəbulu əsassız və çox təhlükəlidir. Yəni aspirinin istifadə imkanları heç də deyildiyi və bizim beyinimizə yeridildiyi kimi deyildir. Əsl həqiqət fərqlidir.

Aspirin tibbdə istifadəyə 1899-cu il fevral ayının 1-də “Bayer” firması tərəfindən hərarətsalıcı, iltihabəleyhinə və ağrıkəsici dərman maddəsi kimi tövsiyə olunmuşdur. Keçən əsrin 60-cı illərindən başlayan, xüsusən 1980–1990-cı illərdə aparılan tədqiqatlarla AST-nin trombositlərin aqreqasiyasını blokada etdiyini və tromb mənşəli infarkt və insult kimi xəstəliklərin baş verməsi və bu xəstəliklərdən ölüm faizinin azaldığı sübut edildi. Nəticədə AST antitrombotik terapiyada “qızıl standart” elan olundu və “qanı durulaşdıran maddə” kimi gündəlik istifadəsi bu gün də davam edən ənənə halını aldı.

Preparatın antitrombotik təsiri, trombosit mənşəli siklooksigenaza fermentini blokada etməsinin nəticəsi kimi, trombositlərin zədələnmiş damar endotelinə aqreqasiyasının qarşısını alması ilə əlaqədardır.

İlkin tədqiqatlarda müəyyən olundu ki, preparat trombositlərin aqreqasiyasına yüksək dozalarda (gündəlik 1–1,5 qram) təsir göstərir. Sonralar antitrombotik təsirinin 30–50 mq dozada başladığı, 100 mq dozada optimallaşdığı və dozanın artırılması (1500 milliqrama qədər) fonunda yüksələn xətt üzrə getdiyini təsdiqlədi. Daha sonra meta-analiz, 300–325 milliqram dozada preparatın antitrombotik potensialının yüksək dozasına ekvivalent olduğunu sübut etdi.

– Aspirinin gündəlik və uzunmüddətli qəbulunun əsassız və təhlükəli olduğunu dediniz. Hansı təhlükəni nəzərdə tutursunuz?

– Məlumdur ki, gündəlik qəbulda aspirinin ən qorxulu əlavə effektlərindən biri, məlum fermentin blokadası fonunda trombun içərisindəki polimorfnuklear leykositlərin aktivləşməsinin nəticəsi olan mədə-bağırsaq traktı mənşəli daxili qanaxma törətməsidir. Bu hal bir qayda olaraq, preparatın permanent (fasiləsiz, gündəlik) qəbulu fonunda müalicənin ilk 3 ayından sonra meydana çıxır. Belə ki, AST ilə müalicə alan, normal şəxslərin 50–70 faizində gün ərzində 1–6 milli miqdarında gizli mədə qanaxması baş verir. Əgər qanın laxtalanması kritik səviyyəyə enərsə, qəflətən baş verən güclü daxili qanaxma ölümlə nəticələnir. Odur ki, dozasından asılı olmayaraq, aspirinin gündəlik istifadəsi yolverilməzdir.

Qeyd etdiyim kimi, AST-nin yüksək effektiv antitrombotik dozası 300–325 milliqramdır. Bu dozada preparat trombosit mənşəli siklooksigenaza fermentini daxilə qəbuldan 1 saat sonra geridönməz şəkildə blokada edir. Trombositlər çəyirdəyə (nüvə) malik olmadığından, fermentin fəallığı yalnız 7–10 gündən, yəni, yeni trombositlər əmələ gələndən sonra bərpa olunur. Başqa sözlə desək, söylədiyim dozada AST-nin tromboz əleyhinə təsiri 7–10 gün müddətinə saxlanılır. Bu səbəbdən, proflaktik məqsədlə AST-nin ən tez halda 5 gündən bir qəbul edilməsi tövsiyə olunur.

– Ümumdünya Səhiyyə Təşkilatının bu barədə hər hansı tövsiyəsi varmı?

– Amerika alimləri hələ 2007-ci ildə aspirinin təyinini dozasından asılı olmayaraq gündəlik qəbulunu məsləhət görmürdülər. Lakin sonralar, şübhəsiz ki, məlum maraqlar səbəbindən Ümumdünya Səhiyyə Təşkilatı və Amerika Birləşmiş Ştatları Preventiv Xidmətlər İş Qrupunun (USPSTF) protokol və tövsiyyə sənədləri aspirinin profilaktik mədsədlə gündəlik istifadəsini məqbul hesab etdi. İddia olundu ki, hazırda profilaktik məqsədlə istifadə olunan aspirin preparatları (məsələn, Aspirin Kardio), bağırsaqlarda həll olan dərman formasında buraxılır və təhlükəsizdir. Halbuki, bu halda AST ilkin qaraciyər baryerini keçərkən müəyyən faiz nisbətində inaktivləşsə də, analoji mexanizmlə daxili qanaxma törədə bilir. Digər tərəfdən, bağırsaqlarda hidrogen göstəricisi – Ph-in uzunmüddətli turşuluğa doğru dəyişməsi, həm də yoğun bağırsaqda onkoloji fəsadlara səbəb ola bilər.

Odur ki, aspirindən istifadə bütün hallarda effektivlik və risk faktorlarının müqayisəli təhlili əsasında, yalnız fasiləli qəbul formasında və mütləq şəkildə həkim nəzarəti altında aparılmalıdır.

Müsahibəni qələmə aldı:
Zərifə BƏŞİRQIZI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Sentyabr 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see291

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see287

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see272

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see267

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see266

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see265

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see260

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see254

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see252

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see242

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see233

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see229

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see228

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see226

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see220

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see214

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see213

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see210

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see207

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri