Yuan dolları əvəz edə bilərmi? Reallıqlar, illüziyalar və gözləntilər
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
Çinin milli valyutası olan yuan beynəlxalq valyutaya çevrilər bilər.
Çin Xalq Respublikasının sədri Si Cinpin Çin yuanının qlobal ehtiyat valyutası statusu qazanmasını təklif edib.
Si Cinpin bildirib ki, yuanın beynəlxalq ehtiyat valyutasına çevrilməsi Çinin qlobal maliyyə sistemində mövqelərini əhəmiyyətli dərəcədə gücləndirəcək.
Onun sözlərinə görə, ticarət və investisiya axınlarında milli valyutanın rolunun artırılması, eyni zamanda ABŞ dollarından asılılığın azaldılması strateji əhəmiyyət daşıyır.
Maraqlıdır, yuanın dollara qarşı mübarizədə nə dərəcədə rəqabət qabiliyyətinə malikdir? Yuanın beynəlxalq valyutaya çevrilməsi və qlobal bazarda dollara alternativ olması üçün imkanlara sahibdir?
Məsələ ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, Çinin milli valyutası olan yuan bu imkanlara sahibdir:

“Əlbəttə ki, son 10 ildə Çin iqtisadiyyatının keçdiyi yol və nail olduğu inkişaf səviyyəsi, qlobal iqtisadiyyatın mühüm aktorlardan birinə çevrilməsi, qlobal iqtisadiyyatda öz payını artırması, xüsusilə də ölkə daxilində ciddi rəqəmsallaşmanın aparılması və digital həll təkliflərinin irəli sürülməsi, informasiya-texnologiya sahəsində rəqabət qabiliyyətli məhsulların istehsalı meyillərinin güclənməsi, o cümlədən ixrac-idxal bazalarının genişlənməsi Çin valyutasının dönərli valyutalardan birinə çevirilməsini şərtləndirib.
Bu proses demək olar ki, davam edir. Çin valyutasının növbəti dövrlərdə ehtiyat valyuta kimi yığımda xüsusi çəkisinin artması istiqamətində meyillərin intensivləşməsinə də müşahidə edəcəyik. Sadəcə olaraq, burada müəyyən çətinliklər var.
Birincisi, indiki şərtlər daxilində Çin siyasi sistemi, yəni mövcud təkpartiya sisteminin uzunmüddətli dövrdə davamlılığı risk yaradan faktorlardan biridir. Nə zamansa, bu istiqamətdə dəyişikliklərin baş verməsi Çin valyutasının dəyərində ciddi risklər yarada bilər.
İkincisi, Çin Mərkəzi Bankı ixrac qabiliyyəti gücləndirmək üçün yumşaq monitar siyasət yürütməklə Çin valyutasının məzənnəsinin davamlı olaraq digər valyutalara nisbətən azadılması siyasəti həyata keçirir. Bu, ehtiyat valyuta istiqamətində arzuolunan faktor deyil. Buna baxmayaraq, Çin valyutası ehtiyatlı və dönərli valyutalardan birinə çevrilməkdədir”.
Onu sözlərinə görə, qlobal maliyyə bazarlarında ABŞ dollarının əsas valyutalara qarşı zəifləməsi sonda digər valyutaların güclənməsinə yol açır:
“Burada mühüm amillərdən biri ABŞ-nin dollar siyasətidir. Belə ki, orta və uzunmüddətli dövrdə ABŞ-nin hazırkı administrasiyası tərəfindən həyata keçirilən iqtisadi siyasət ABŞ dollarının institusional müstəqilliyini zəiflədir. Bu prosesin növbəti dövrlərdə nə qədər davamlı olub-olmayacağını nəzərə alaraq, hətta ehtiyat valyuta aspektindən baxsaq, bu, ABŞ dollarının mövqeyini sarsıdır və alternativ valyutaların bazarda öz payını artırmasına səbəb olur”.
Ekspert qeyd edib ki, uzunmüddətli dövrdə yuanın etibarlı ehtiyat valyutalarından birinə çevrilməsi məntiqlidir:
“Əgər yaxın gələcəkdə Çin daha rasional məcraya daxili olarsa, siyasi sistemi təkminləşərsə və sözügedən transformasiya şəffaf şəkildə həyata keçirilərsə, onun valyutası yuan dönərli və etibarlı valyutalardan birinə çevrilər”.
İqtisadçı Xalid Kərimli isə bildirib ki, yuanın beynəlxalq valyutaya çevrilməsi, hələ ki, real görünmür:“Yuan kifayət qədər stabil və güclü valyutadır. Çünki onun arxasında Çin iqtisadiyyatı dayanır. Amma buna baxmayaraq, yuanın yaxın 10 və ya 15 ildə beynəlxalq ehtiyat valyutasına çevrilməsi qeyri-real görünür.
Dünya əhalisinin valyuta yığımının 60 və ya 65 %-i, pul köçürmələrin isə 70 və ya 75 %-ni dollar təşkil edir. Hazırda ABŞ iqtisadiyyatı yüksək templə inkişaf etməkdə davam edir. ABŞ iqtisadiyyatında yüksək artım müşahidə olunur. ABŞ həm texnoloji, həm maliyyə, həm də xidmət sektorları cəhətdən çox güclüdür. Bu baxımdan, güman etmirəm ki, hazırda ABŞ dollarına qarşı alternativ valyuta orta çıxsın.
Düzdür, Çin iqtisadiyyatı sürətlə inkişaf edir, amma ABŞ iqtisadiyyatına çatması üçün hələ çox mərhələdən keçməlidir. Çinin milli valyutası olan yuan ABŞ dollarını əvəz edəcək beynəlxalq ehtiyat valyutası olması üçün hələ imkanlara sabib deyil”,.
Yunis Abdullayev
"Cebheinfo.az"
Açar sözlər: yuan dollar Rəşad Həsənov Xalid Kərimli
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 02 Fevral 2026 17:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















