Icma.az
close
up
RU
Avropa İttifaqı ilə telefon diplomatiyası: reallıqlar və gözləntilər

Avropa İttifaqı ilə telefon diplomatiyası: reallıqlar və gözləntilər

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. O, Azərbaycanla Ermənistan arasında Vaşinqtonda imzalanmış bəyannaməyə görə Azərbaycan dövlətinin başçısını təbrik edib.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin yaydığı məlumatda deyilir ki, Antonio Koşta ABŞ prezidenti Donald Trampın vasitəçiliyi və şahidliyi ilə imzalanmış bəyannamənin bölgədə sülh və sabitliyə, nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafına töhfə verəcəyini deyib. O, Avropa İttifaqının bu razılaşmaların həyata keçirilməsinə kömək etməyə hazır olduğunu da bildirib. Bundan başqa Azərbaycan-Avropa İttifaqı əlaqələrinin perspektivlərinə də toxunulub.

Əlbəttə ki, bu zəng gözlənilən idi. Yeri gəlmişkən, Vaşinqton razılaşmalarından dərhal sonra Qərbin və Azərbaycanın ekspert dairələrində Avropa İttifaqının mümkün reaksiyaları müzakirə olunurdu. ABŞ-ın Cənubi Qafqaza gəlişi (həm də sülhlə gəlişi) fonunda Avropa İttifaqının bölgədəki maraqları və iştirakı ilə bağlı müxtəlif fikirlər söylənirdi.

Təbii ki, Azərbaycan-Ermənistan sülh prosesində vasitəçiliyi Rusiya ilə yanaşı (daha doğrusu, Rusiyadan sonra) Avropa İttifaqı da ABŞ-a uduzmuşdu. Çünki Ermənistan bəlli səbəblərə görə Moskvanın vasitəçiliyini bloklamışdı, Brüsselə yönəlmişdi. Azərbaycan isə nə Rusiyanın, nə Avropa İttifaqının vasitəçiliyindən imtina edirdi. Üstəlik rəsmi Bakı Moskvanı və Brüsseli çox da qıcıqlandırmadan prosesi Azərbaycanla Ermənistan arasında birbaşa danışıqlar müstəvisinə - ikitərəfli formata doğru aparırdı. Hər iki tərəf buna nail oldular. Nəticədə Əbu Dabidə şifahi, Vaşinqtonda yazılı-imzalı razılaşmalar əldə oluna bildi.

Əlbəttə, Avropa İttifaqı Şurası prezidentinin də təsdiqlədiyi kimi, bu, mühüm uğurdur, irəliləyişdir. Çünki paraflanmış saziş artıq yekun imzalanmaya və daha sonra ratifikasiyaya hazır sənəddir. Təbii ki, Avropa İttifaqının da maraqlarına, o cümlədən, nəqliyyat dəhlizi ilə bağlı gözləntilərinə uyğundur.

Bununla belə hələ hər şey bitməyib: dediyimiz kimi, saziş imzalanacaq, ratifikasiya olunacaq, sənədlər mübadilə ediləcək və hüquqi qüvvəyə minəcək. Daha sonra qarşıda tərəflərin öhdəlikləri icra etməsi də var.

Avropa İttifaqı Şurasının prezidenti məhz həmin nöqtədə - imzalanma, ratifikasiya, icra mərhələlərində öz köməyini təklif edir. Bu zaman isə o, Ermənistana təsir imkanlarına əsaslanır.

Başqa sözlə, ABŞ-la yanaşı Avropa İttifaqı da bu razılaşmalara qarantor olmağın - bölgədə qalmağın və daha əsaslı yerləşməyin yolunu düşünür.

Bilirsiniz ki, Avropa İttifaqının vasitəçilik səyləri fonunda İrəvanla Brüssel arasında regional kommunikasiyalar dəhlizinin təhlükəsizliyi haqda da danışıqlar olmuşdu. Avropa İttifaqı sərhəd xidmətinin bu bölgədə regional kommunikasiyalara, yəni Zəngəzur dəhlizinə nəzarəti məsələsi müzakirə edilirdi. Ancaq Rusiya Federal Təhlükəsizlik Xidmətinə bağlı sərhəd qoşunlarını da Moskva geri çəkmək fikrində deyildi və indi də deyil. Bununla belə bu məsələdə gözlənilən başqa ssenari reallaşdı: Ermənistan dəhlizi ABŞ-ın nəzarətinə verdi. Bunu İrana həvalə etmək mümkün olmadığı kimi, Rusiyaya vermək də düzgün sayılmadı. Türkiyənin seçilməsi də bəlli səbəblərdən İrəvanda, təbii ki, istisna olunurdu. Qalırdı ABŞ. Bu seçim də edildi.

Avropa İttifaqı proseslərin bu cür gedişindən razı qalmasa da, reallıqla barışmağa məcburdur; Brüssel düşündü ki, dəhlizə nəzarətin Rusiyaya, hətta nə qədər fantastik ehtimal olsa da, Türkiyəyə verilməkdənsə, ABŞ-a verilməsi onun üçün daha yaxşıdır. Ancaq Avropa İttifaqı tamamilə kənarda da qalmaq istəmir. Kənarda qalmamaq üçün isə Ermənistanla yanaşı, hətta Ermənistandan da çox Azərbaycanı razı salmalıdır.

Təbii ki, Azərbaycanın məlum tələbi qüvvədədir: Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyası Azərbaycanla sərhəddən uzaqlaşdırılmalıdır. Paraflanmış saziş mətninində də bu məsələ var: üçüncü ölkələrin qüvvələri Azərbaycanla Ermənistan arasındakı qarşılıqlı sərhəddə yerləşdirilməməlidir. Başqa sözlə, Ermənistan AİMM-lə bağlı qərar veriməli olacaq. Böyük ehtimalla, Aİ bu tələblə razılaşacaq.

Antonio Koştanın Bakıya öz təşəbbüsü ilə zəng etməsi, prezident İlham Əliyevlə "qarşılıqlı maraq doğuran" məsələlərin müzakirəsini aparması onu deməyə əsas verir ki, Brüssellə Bakı arasında münasibətlərdəki bir sıra gərginliklər yumşala, qismən və ya əsasən aradan qalxa bilər. Bu, sonrakı mərhələdə Azərbaycanla Aİ arasında uzlaşdırılmış maraqlar bazasında tərəfdaşlıq sazişinə qədər gedib çıxa da bilər.

Doğrudur, Bakı ilə Brüssel arasında fikir ayrılıqlarına səbəb olan əsas məsələlər daha çox Azərbaycanın daxili siyasəti ilə bağlıdır. Çox güman ki, Koşta da siyasi islahatlar, siyasi azadlıqlar, o cümlədən, "siyasi" adlandırdıqları məhbuslar və sair haqda Aİ-nin mövqeyini Azərbaycana çatdırıb. Ancaq bu mövqenin necə qarşılanacağı və hansı qərarların qəbul ediləcəyi haqda indidən nəsə demək çətindir. Hər halda Azərbaycanın bu 34 ilə yaxın müstəqillik dövründə Qərb institutlarının ölkə hakimiyyəti ilə zaman-zaman ciddi fikir ayrılıqları, sərt toqquşmalar da az olmayıb. Hətta Avropa Parlamenti Avropa Komissiyasına Azərbaycandan enerji daşıyıcıları almamağı da tövsiyə etmişdi. Belə hallar olub. Amma indi Aİ özü Azərbaycanla kontakta çıxır və bunun necə nəticələnəcəyi xeyli sual və ciddi maraq doğurur.

Əlbəttə, bu haqda proqnoz vermək o qədər də asan deyil. Ancaq bölgədəki gəlişmələr onu deməyə əsas verir ki, Azərbaycan ABŞ-la strateji müttəfiqlik Xartiyasının hazırlanmasına başladığı kimi, Avropa İttifaqı ilə də gec-tez bu məsələlər yenidən müzakirəyə çıxarılacaq. Hər halda Koştanın zəngi Aİ-nin Azərbaycanla münasibətləri normallaşdırmaq istəyinə dair bir siqnaldır.

P.S. Şübhəsiz ki, belə bir anlaşma, yaxud uzlaşma əldə olunarsa, bu, xarici siyasətdə yeni bir müsbət nəticə olmaqla yanaşı, ölkənin daxili həyatına da pozitiv təsir göstərə - daxili siyasi münasibətlərdə yumşalmaya səbəb ola bilər. Buna ehtiyac var.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 14 Avqust 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri