Yubiley Azərbaycan Qran Prisinin möhtəşəm açılış mərasimi keçirildi
Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı Şəhər Halqasında 10-cu yubiley Azərbaycan Qran-Prisinin açılış mərasimi keçirilib. Əsas yarışın startından əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Apasport.az xəbər verir ki, himni Azərbaycanın Xalq artisti, dünya şöhrətli tenor Yusif Eyvazov ifa edib.
Emosional ifanın son notlarından sonra diqqətlər yenidən ulduz pilotlara yönəlib. Artıq səhnə və mübarizə onlarındır.
Bir neçə saat sonra yubiley Azərbaycan Qran-Prisinin qalibi bəlli olacaq. 51 dövrəlik gərgin mübarizənin sonunda pilotlardan biri podiumun ən yüksək pilləsinə qalxaraq Azərbaycan Qran-Prisinin əsas kubokunu başı üzərinə qaldıracaq.
Bu kubok isə adi mükafat deyil. Onun dizaynında alov obrazı əks olunub. Bu element Azərbaycanın “Odlar Yurdu” kimi tanınmasını simvolizə edir.
Kubokun yan hissələrində Azərbaycan xalçaçılıq ənənələrindən ilhamlanan naxışlara da yer verilib. Beləliklə, Formula 1-in dinamikası Azərbaycanın zəngin milli irsi ilə bir araya gətirilərək kubokun dizaynında öz əksini tapıb.
Himn səsləndi, açılış mərasimi başa çatdı. İndi isə əsas sual budur: finiş xəttini ilk kim keçəcək?
Bu suala cavab bir qədər sonra Bakı Şəhər Halqasında bəlli olacaq.
“Formula 1”: Sıralama turuna yekun vuruldu “Formula 1”: Antonelli mübarizəni dayandırdı “Formula 2”: Birinci əsas yarışa yekun vuruldu - YENİLƏNİB “Formula 2”: 6 pilot mübarizəni dayandırdı “Formula 2”: Zəncirvarı qəza baş verib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 26 Sentyabr 2026 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















