YUĞ da nə baş verib? Teatr üzr istədi
Icma.az, Sfera.az saytına istinadən bildirir.
Azərbaycan Dövlət YUĞ Teatrında nümayiş olunan “Asılqan” tamaşası yarımçıq dayandırılıb.
Sfera.az Teleqraf-a istinadla xəbər verir ki, tamaşa zamanı aktyor Elşən Əsgərov dəmir asılqana ilişərək, ayağını zədələyib.
Bundan sonra aktyor tamaşaçılardan üzr istəyərək tamaşanın yarıda dayandırılmasını istəyib.
YUĞ Teatrının rəhbərliyi sosial şəbəkəə məsələ ilə bağlı üzrxahlıq edib. Mətndə deyilir: "Əziz tamaşaçılar! Bugünkü tamaşa zamanı aktyorumuzun səhhəti ilə bağlı gözlənilməz hadisə baş verdiyindən tamaşa yarımçıq dayandırılmışdır. Tamaşaçılarımıza göstərdikləri anlayış üçün təşəkkür edir, aktyorumuza tezliklə sağalmağı arzulayırıq".
Qeyd edək ki, YUĞ teatrının binası 2016-cı ildə sökülüb. Teatr binasız qalması səbəbindən tamaşalarını Azərbaycan Dövlət Kukla Teatrının kiçik məşq zalında göstərməli olur.
Baxış sayı:80
Bu xəbər 17 Mart 2025 00:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















