Icma.az
close
up
RU
YUĞ Teatrının 2026 cı ildən əsas gözləntisi yeni binadır

YUĞ Teatrının 2026 cı ildən əsas gözləntisi yeni binadır

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“2026-cı ildən gözləntilərimiz böyükdür. Sözsüz ki, ilk növbədə, kollektiv olaraq, əsas gözləntimiz bina probleminin həlli ilə bağlıdır. Bakıda aparılan yenidənqurma işlərinin planına uyğun olaraq, YUĞ Teatrının Murtuza Muxtarov küçəsi, 83 ünvanında yerləşən binası söküldükdən sonra artıq 10 ildir ki, kollektiv fəaliyyətini Azərbaycan Dövlət Kukla Teatrının binasında davam etdirir”.

Bu sözləri 525.az-a açıqlamasında Azərbaycan Dövlət Yuğ Teatrının ədəbi hissə müdiri Elçin Cəfərov deyib.

Onun sözlərinə görə, dəfələrlə teatrın yeni bina ilə təmin olunması məsələsi gündəmə gəlsə də, hələ də problem öz həllini tapmayıb:

“Yuxarı instansiyaların açıqlamalarına əsasən, ümid etmək olar ki, 2026-cı ildə YUĞ teatrı 10 illik kirayənişinlik həyatına son qoyacaq. Teatrın tam gücü ilə yaradıcılıq fəaliyyətini davam etdirməsi və böyük layihələri həyata keçirməsi üçün bina məsələsinin tezliklə həll olunması labüddür”.

E.Cəfərov bildirib ki, şəraitsizliyə, binasızlığa baxmayaraq, YUĞ Dövlət Teatrı kifayət qədər məhsuldar bir ili arxada qoyub və 2026-cı ildə də bir sıra mühüm yaradıcılıq layihələri həyata keçirməyi planlaşdırır.

“İlk növbədə qeyd etmək lazımdır ki, hazırda teatrda A.P.Çexovun “Albalı bağı” əsəri əsasında hazırlanan “Birinci akt” tamaşasının məşqləri gedir. YUĞ Teatrının banisi, mərhum rejissor Vaqif İbrahimoğlunun son quruluşlarından olan bu tamaşanın bərpası teatrın 35, Vaqif İbrahimoğlunun 75 illik yubileyi çərçivəsində həyata keçirilməsi planlaşdırılan tədbirlərdən idi. Bu il həmçinin Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunmuş 2 kitabın - xatirələr toplusunun və “Psixosof” teatr poetikasına həsr olunmuş monoqrafiyanın nəşri nəzərdə tutulur.

Hələ 2025-ci ildə birinci mərhələsi gerçəkləşən “Mən, Dədə Qorqud” səhnə dastanı layihəsi çərçivəsində növbəti tamaşa hazırlanacaq. Xatırladaq ki, YUĞ Teatrının layihəsinə əsasən “Kitabi-Dədə Qorqud” dastanının müxtəlif boylarının əsasında müxtəlif rejissorların quruluşunda yeni tamaşaların hazırlanması nəzərdə tutulur. Ötən il teatrın baş rejissoru Mikayıl Mikayılovun quruluşunda “Dədə Qorqud” dastanının “Dirsə xan oğlu Buğac” boyu  əsasında “Mən, Dədə Qorqud. Epizod 1. Başlanğıc” tamaşası hazırlanmış və tamaşanın premyerası 35-ci Kimera Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalında baş tutmuşdu.

2026-cı ildə həmin layihənin davamı olaraq, "Qanlı qoca oğlu Qanturalı" boyu əsasında “Mən, Dədə Qorqud. Epizod 6. Qantural” (quruluşçu rejissor Ruslan İsmayılov), “Duxa qoca oğlu Dәli Domrul” boyu əsasında “Mən, Dədə Qorqud. Epizod 5. Dəli Domrul” (quruluşçu rejissor Əbdülqəni Əliyev), “Basatın Təpəgözü ödürdüyü” boy əsasında “Mən, Dədə Qorqud. Epizod 8. Təpəgöz” (quruluşçu rejissor Gümrah Ömər) tamaşalarının hazırlanması planlaşdırılır”.

Teatrın təmsilçisi əlavə edib ki, Pol Villardın əsəri əsasında Əbdülqəni Əliyevin quruluşunda hazırlanan “Köhnə telefon” tamaşasının da premyerası 2026-cı ildə baş tutacaq. Cari ildə müraciət olunması planlaşdırılan növbəti əsər V.Şekspirin “Otello” faciəsidir. Dahi ingilis dramaturqunun faciəsi əsasında hazırlanacaq tamaşanın quruluşçu rejissoru Günay Səttardır.

“Bununla yanaşı, teatr beynəlxalq layihələrini də davam etdirməyi planlaşdırır. Cari ildə Qırğızıstan və Gürcüstanla birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi nəzərdə tutulur. Qırğızıstandan Sultan İbraimov adına Oş Milli Dram Teatrın bədii rəhbəri Ulanmırza Karıpbaev YUĞ Dövlət Teatrında Çingiz Aytmatovun "Cəmilə" əsərini tamaşaya qoyacaq. Sandro Ahmeteli adına Gürcüstan Dövlət Dram Teatrının bədii rəhbəri İrakli Qoqia isə teatrımızın səhnəsində K.Çapekin “Ana” əsərini tamaşaya qoyacaq. Qeyd edək ki, bu layihələr qarşılıqlı əməkdaşlıq əlaqələrinə söykənir. Belə ki, YUĞ Teatrının rejissorları da Qırğızstanda və Gürcüstanda tamaşalar hazırlayacaqlar.

Bununla yanaşı, cari ildə teatrın bir sıra beynəlxalq teatr festivallarında iştirakı gözlənilir. Hazırda Türkiyə və Makedoniyada keçirilən festivallarla danışıqlar gedir.

Həmçinin YUĞ Dövlət teatrı CHARACTERS Müasir Dramaturgiya Festivalında tərəfdaş qismində iştirak edir. Teatrın 3 nümayəndəsi -  baş rejissor Mikayıl Mikayılov, ədəbi hissə müdiri Elçin Cəfərov və rejissor Tural Mustafayev sözügedən festivalın münsiflər heyətinin üzvüdür. 

YUĞ Dövlət Teatrının baş rejissoru Mikayıl Mikayılovun cari ildə Akademik Opera və Balet Teatrında, Akademik Milli Dram Teatrında və Akademik Musiqili Teatrda yeni tamaşalar hazırlaması nəzərdə tutulur”,- deyə E. Cəfərov əlavə edib.

Şahanə Müşfiq

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Yanvar 2026 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see161

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see128

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri