Dram Teatrının 2026 cı il repertuarı yeni tamaşalarla zəngindir AÇIQLAMA
525.az saytına istinadən Icma.az xəbər verir.
“Yanvar ayının sonlarında Şota Rustaveli adına Gürcüstan Milli Teatrının baş rejissoru, tanınmış rejissor və bəstəkar David Sakvarelidzenin quruluşunda V.Şekspirin "Kral Lir" faciəsi əsasında hazırlanacaq eyniadlı yeni tamaşanın məşqləri başlayacaq. Tamaşa Azərbaycanın görkəmli sənətkarı, Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi münasibəti ilə benefis tamaşa olacaq. Səhnə əsərində teatrın bir çox tanınmış simaları iştirak edəcəklər. Tamaşanın premyerası aprel ayına nəzərdə tutulub”.
Bu sözləri 525.az-a açıqlamasında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı deyib.
Bildirilib ki, bu günlərdə Xalq artisti, Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru Firudin Məhərrəmovun quruluşunda Cəfər Cabbarlının “Aydın” tamaşasının məşqlərinə başlanılacaq. Bu tamaşanın premyerasının isə fevralın sonu, martın əvvəllərində keçirilməsi planlaşdırılır.
“Bildiyiniz kimi, Akademik Milli Dram Teatrı özünün beynəlxalq əlaqələrinin genişləndirilməsinə çox önəm verir. Bu məsələ teatrımızın prioritet istiqamətlərindən biridir. Bu məqsədlə dünyanın müxtəlif teatrları ilə memorandumlar imzalanır. Bunun nəticəsi olaraq Milli Teatr günündə, yəni martın 10-da Akademik Milli Dram Teatrının memorandum imzaladığı türkdilli dövlətlərin milli teatrlarının rəhbərlərinin iştirakı ilə Milli Teatr günü qeyd olunacaq və milli kimlik, milli özünüdərk mövzusunda yeni tamaşa təqdim olunacaq. Bu tamaşa ilə bağlı yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək.
Bizim son dəfə Memorandum imzaladığımız ölkə hələ ki, Çindir. Çinin üç böyük teatrı ilə əməkdaşlıq əlaqələri qurmuşuq. Bu Memorandumdan irəli gələn məsələlərin həlli ilə bağlı Çinin məşhur dramaturqu Lyu Şuqanın “Ölünün diriləri ziyarət etməsi” əsəri əsasında hazırlanmış tamaşanın məşqaləri yaxın aylarda başlayacaq. Bu tamaşanın da 2026-cı ilin ilk yarısında, yəni may ayına kimi təhvil verilməsi planlaşdırılır”, - deyə mətbuat katibi əlavə edib.
ŞAHANƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 05 Yanvar 2026 13:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















