Yüksək səslə musiqi dinləyən sürücülərin NƏZƏRİNƏ! Həm cərimə, həm də həbs...
Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Son zamanlar avtomobil sürücüləri paytaxtın müxtəlif yerlərində – tıxac zamanı, xəstəxanaların qarşısından keçərkən belə yüksək səslə musiqiyə qulaq asaraq nəqliyyat vasitələrini idarə edirlər. Bu isə küçədən keçən yaşlıların narahatlığına, uşaqların isə anidən gələn səsdən qorxmasına səbəb olur. Bəzi sürücülər hətta gecə saatlarında da vətəndaşların yuxuda olduğunu nəzərə almadan musiqiyə yüksək səslə qulaq asırlar.
Vilayət Eyvazov sıra baxışı keçirdi: 129 nəfər növbəti mərhələyə buraxıldı - FOTO - VİDEO
Bəs bu cür hallarla ictimaiyyətin rahatlığını qəsdən pozan sürücüləri Azərbaycan qanunvericiliyində hər hansı cəza gözləyirmi?
Avtosfer.az xəbər verir ki, bu barədə “Patrul.az” məsələni hüquqi baxımdan aydınlaşdırmaq üçün hüquqşünas Mehman Muradlıya müraciət edib.
Onun sözlərinə görə, bu cür hallar “xuliqanlıq” kimi qiymətləndirilə bilər və aidiyyəti üzrə müvafiq cəza tədbiri tətbiq olunur:
“Bu, cəmiyyətə açıq hörmətsizlikdir. Bu cür qayda pozuntusu faktiki olaraq xuliqanlıq hesab edilir. Xuliqanlıq isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 50 manat məbləğində cərimə və ya 15 sutkayadək inzibati həbs ilə cəzalandırılır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 16 Mart 2026 19:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















