Yüksək vəzifəyə təyin olunan Üzeyir Topçibaşev kimdir DOSYE
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat baş tutub.
Üzeyir Topçibaşev Azərbaycan İnvestisiya Holdinqində Layihələrin idarəedilməsi ofisinin direktoru vəzifəsinə təyin olunub.
Topçibaşev bu vəzifədə portfellər üzrə mərkəzləşdirilmiş layihələrin idarə edilməsi çərçivəsinin formalaşdırılması, layihələrin idarə olunması və hesabatlılıq standartlarının müəyyənləşdirilməsi ilə məşğul olacaq. Həmçinin alüminium sənayesində həyata keçirilən üç investisiya layihəsi üzrə portfel şirkətinin baş direktoruna strateji məsləhətçi kimi fəaliyyət göstərəcək.
O, bundan əvvəl Ultel LLC şirkətində baş direktorun müavini olub. Ü. Topçibaşev 2025-ci ilin iyul-noyabr aylarında bu vəzifədə çalışıb.
2022-ci ilin avqustundan 2025-ci ilin iyulunadək isə "AzerTelecom" şirkətində layihə meneceri vəzifəsini tutub.
Ü. Topçibaşev 2020-ci ilin dekabrından 2022-ci ilin avqustunadək müstəqil biznes və məhsul inkişafı üzrə məsləhətçi kimi fəaliyyət göstərib. Bu müddətdə müxtəlif biznes layihələri, o cümlədən məhsul inkişafı, texniki-iqtisadi əsaslandırma, logistika mərkəzinin avtomatlaşdırılması və biznesin inkişafı üzrə layihələrdə çalışıb.
Bundan əvvəl, 2018-ci ilin martından 2020-ci ilin noyabrınadək "AgroCenter-Azerbaijan Agriculture Training and Development Center"də baş əməliyyat direktoru olub. Burada kənd təsərrüfatı üzrə tədqiqat və inkişaf layihələrinə rəhbərlik edib.
Üzeyir Topçibaşev 2014-2018-ci illərdə ATL Tech şirkətində əvvəlcə layihələrin idarəedilməsi direktoru, daha sonra isə kommersiya direktoru vəzifələrində çalışıb. 2013-2014-cü illərdə ATL Consultingdə layihə meneceri, 2011-ci ilin iyul-avqust aylarında isə Mace Groupda kommersiya menecerinin köməkçisi vəzifəsində fəaliyyət göstərib. /Yurd.Media/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 12 Oktyabr 2026 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















