Yüksək vəzifəyə təyin olunan Qalib İmanov KİMDİR? DOSYE
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Xəbər verdiyimiz kimi, "Yeni Klinika" tibb müəssisəsinin rəhbərliyində ciddi kadr dəyişikliyi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, klinikanın direktoru Barat Yusubov vəzifəsindən azad edilib və bu məsul vəzifəyə tanınmış mütəxəssis, tibb üzrə fəlsəfə doktoru Qalib İmanov təyin olunub.
Qeyd edək ki, Qalib İmanov buna qədər sözügedən klinikada direktor müavini və Ürək-damar mərkəzinin rəhbəri vəzifələrində çalışıb. Hələlik TƏBİB rəsmi açıqlama verməsə də, qurumun yaxın vaxtlarda ətraflı məlumat yayacağı gözlənilir.
Qalib Gəncəvi oğlu İmanov 1974-cü il avqustun 8-də Göyçə mahalının Qoşabulaq kəndində anadan olub. 1991-ci ildə Zaqatala şəhərində orta məktəbi medalla bitirdikdən sonra Azərbaycan Tibb Universitetinə (ATU) daxil olub.
1998-ci ildə ATU-nun "Müalicə-profilaktika" fakültəsini bitirib. 1998-1999-cu illərdə Bakı Şəhər 1 saylı Kliniki Xəstəxanasında anestezioloq-reanimatoloq ixtisası üzrə interna keçib.
2012-ci ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. O, 50-yə yaxın elmi məqalənin müəllifidir.
Ukrayna və Türkiyənin (İstanbul və Bursa) aparıcı tibb mərkəzlərində invaziv kardiologiya və pediatrik kardiologiya üzrə uzunmüddətli kurslar keçib.
Qalib İmanov kardiologiyanın müxtəlif sahələrində zəngin təcrübəyə malikdir:
1999–2001: Elmi-Tədqiqat Kardiologiya İnstitutunda həkim-reanimatoloq;
2001–2009: Mərkəzi Klinik Xəstəxanada kardioloq;
2009–2014: Mərkəzi Gömrük Hospitalında invaziv və pediatrik kardioloq;
2014-cü ildən: ATU Tədris Cərrahiyyə Klinikasında Kardiologiya şöbəsinin müdiri.
O, invaziv kardiologiya sahəsində mürəkkəb əməliyyatların, o cümlədən koronar angioqrafiya, angioplastika, kardiostimulyatorların implantasiyası və anadanqalma ürək qüsurlarının qapalı (invaziv) üsulla müalicəsində ixtisaslaşmış peşəkar həkimdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:220
Bu xəbər 23 Aprel 2026 11:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















