Icma.az
close
up
RU
Yüksəkdozalı C vitamini yaraların sağalmasını sürətləndirir

Yüksəkdozalı C vitamini yaraların sağalmasını sürətləndirir

Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İstənilən növ - istər cərrahi, istərsə də silah yarası, yüngül yara onun daxilində inkişaf edən birləşdirici toxuma vasitəsi ilə, yəni örtüyün əmələ gəlməsilə sağalır.

Bu örtüyün əmələ gəlməsində yüksəkdozalı vitamin C-nin istifadəsi yarasağalmanı sürətləndirir, kollagen sintezini artırır, orqanizmin müqavimətini yüksəldir.

Vitamin C yarasağalmanın bütün mərhələlərində yeni toxumanın yaranması və qanla təmin olunması proseslərində iştirak edir. Yaraların sağalması zamanı külli miqdarda vitamin C sərf olunur, yəni yaranın ölçüsündən asılı olaraq vitamin C-yə olan tələbat kəskin artır və adekvat miqdarda vitamin C ilə əvəzlənmədikdə infeksiya, övrə, bərpa prosesinin pozulması kimi ağır fəsadlara səbəb olur.

Yüksəkdozalı Vitamin C-nin parenteral tətbiqi kritik vəziyyətdə olan xəstələrdə böyük effektə malikdir. Yaralanma zamanı inkişaf edən oksidativ stress orqanizmə dağıdıcı təsir göstərir. Belə ki, periferik qan dövranı (mikrosirkulyasiya) oksidativ stresə qarşı xüsusilə həssasdır və onun pozulması sepsis və poliorqan çatışmazlığının inkişafında mühüm rol oynayır.

Vitamin C kollagen-hidroksilləşdirici fermentlərin (disinonhidroksilaza və prolinhidroksilazanın) kofermenti olub kollagenin sintezində iştirak edir. Dartılmaya qarşı dözümlülük, hidroksiprolinin artması, sümük döyənəyi yaranmasının tezləşməsi və mexaniki bərkliyi təmin etməklə sağalma müddətini qısaldır, bərpanı sürətləndirir.

Yaraların sağalma prosesi neyrosensor və immunoloji reaksiyaların qarşılıqlı əlaqəsi nəticəsində baş verir. Vitamin C-nin isə bu reaksiyaların gedişatında rolu və mühüm fizioloji immunomodulyator xüsusiyyətini nəzərə alaraq, sinir və  immun sistemlər də kifayət qədər bu vitaminlə təmin olunmalıdır.

Beləliklə, təsdiq edilmişdir ki, yüksəkdozalı vitamin C-nin venadaxili infuziyası yaraların və sınıqların sağalmasını tezləşdirir, sepsis, böyrək çatışmazlığı və digər ağırlaşmaların qarşısını alır.

Məqalə Bioloji təbabət klinikası tərəfindən təqdim olunub

www.biolojitababat.az

.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Oktyabr 2026 05:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see292

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see280

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see250

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see225

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see223

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see220

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see214

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see210

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see210

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see200

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see190

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see187

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see186

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see186

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see184

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see183

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see180

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see180

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri