Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

57 yaşlı Cennifer Lopez belə formada qalır

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Makar Ferştandt: Baletdə sadə partiyalar olmur AZƏRTAC

Makar Ferştandt: Baletdə sadə partiyalar olmur AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 6 yanvar, Mikayıl Məmmədov, AZƏRTAC

Hər bir hərəkətin güc və zəriflik harmoniyası olduğu balet aləmində Makar Ferştandtın adı qüsursuz məharət və sənətə bağlılığın rəmzinə çevrilib. Bakı Xoreoqrafiya Məktəbinin məzunu, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycanın Əməkdar artisti Makar Ferşdandt gənc yaşlarından təkcə texniki bacarıq deyil, həm də obrazları canlandıran və tamaşaçıları başqasının halına acımağa sövq edən aktyor sənətinin dərinliyini nümayiş etdirərək uğura aparan yolla addımlayıb. Onun yaradıcılıq yolu ağır zəhmət tələb edən işin, fiziki və emosional çətinliklərin öhdəsindən gəlməyi bacaranların hekayəsidir. Hətta ağır zədələr belə onu dayandıra bilməyib. “Qu gölü”, “Şelkunçik”, “Yeddi gözəl” və “Min bir gecə” kimi əfsanəvi tamaşalarda baş rolları ifa edən Makar təkcə virtuoz texnikasını deyil, həm də obrazlarının dramatik xarakterini nümayiş etdirib.

Makar Ferştandt AZƏRTAC -ın müxbirinə müsahibəsində keçdiyi yaradıcılıq yolundan, karyerasında əsas rollardan, Azərbaycan milli balet sənətinin xüsusiyyətlərindən danışıb.

- Makar, Sizin üçün artist olmaq nə deməkdir?

- Artist olmaq mənim üçün təkcə peşə deyil, həm də həyatın mənasıdır. Bütün karyeram boyu buna nail olmaq istəmişəm.

- Ailənizin üzvləri də artistdir - böyük qardaşınız məşhur vokalçı və Əməkdar artistdir, bacılarınız, həyat yoldaşınız və qızlarınız isə balerinadır. Böyük yaradıcı ailənin üzvü olmaq nə deməkdir?

- Ailəmizin bütün üzvləri həmişə nəyəsə can atıblar, çalışıblar, sənətdə ciddi uğurlar qazanıblar. Təbii ki, bu məni müəyyən səviyyəyə çatmağa, daim öz üzərinizdə işləməyə və bir yerdə dayanmamağa məcbur edir.

- Karyeranızda hansı rolu ən çətin hesab edirsiniz və niyə?

- Mənə elə gəlir ki, bütün rollar mürəkkəbdir – baletdə sadə partiyalar olmur. Onların hər biri ciddi hazırlıq tələb edir. Lakin elə rollar var ki, mənim üçün xüsusilə sevimli olub. Məsələn, Qara Qarayevin “Yeddi gözəl” baletindən Şah Bəhram və Polad Bülbüloğlunun “Eşq və ölüm” baletindən Yalıncıq. Yalıncıq obrazı mənim üçün xüsusilə parlaq və kifayət qədər mürəkkəb idi, çünki müsbət qəhrəmandan mənfi obraza keçid tələb edir. Mən həmişə bu hissələri xüsusilə səlis ifa etmək istəmişəm.

- Peşəkar inkişafınız üçün karyeranızın hansı mərhələsini ən vacib hesab edirsiniz?

- Peşə inkişafı tədricən baş verir. Mən kolleci bitirəndə bu, ciddi həyata - teatra atılan böyük addım idi. Artıq stajçı deyildim, solo rollar ifa edir, tamaşalarda baş rollar oynayırdım. Çox məsuliyyətli an idi. Sonra 2017-ci ildə Əməkdar artist adını aldım ki, bu da bütün əvvəlki illərin zəhmətimin və səylərimin mükafatı idi.

- Müasir balet kişi partiyalarını xeyli mürəkkəbləşdirib. Fiziki fəaliyyət və dramatik obraz dərinliyini birləşdirərək bu tələblərə necə uyğunlaşırsınız?

- Bizim peşəmiz idman və aktyorluq ustalığını özündə birləşdirdiyinə görə mürəkkəbdir. Bütün bunlar paralel gedir. Biz bunu məktəbdə öyrənirik, orada “Aktyorluq bacarığı” fənni var. Texniki çətinliklər üzərində gündəlik iş aparılır. Hər gün biz əsas məşqlə başlayırıq, sonra isə tamaşaya hazırlaşmağa və partiyaların üzərində işləməyə keçirik.

- Azərbaycan milli baletinin hansı xüsusiyyətlərini əsas hesab edirsiniz?

- Milli tamaşalarımızın ən mühüm xüsusiyyəti musiqidir. O, atmosferin yaradılmasında əsas rol oynayır. Musiqi tamaşanı daha maraqlı, rəngarəng və tamaşaçıya yaxın edir ki, bu da tamaşaçıları heyran edir.

- Beynəlxalq arenada balet sənətinin inkişafında Azərbaycanın rolunu necə görürsünüz?

- Balet artıq çoxdan inkişaf edib. Amma məhz bizim unikal musiqimiz, geyimlərimiz, hekayələrimiz bu sənətdə mühüm rol oynayır.

- Sizcə, gələcək nəsil sənətkarların yetişməsində vacib olan nədir?

- İndiki gənclər çox istedadlıdırlar, lakin ola bilsin ki, onlar heç də həmişə öz imkanlarını dərk etmirlər. İndi texnologiyalar dövrüdür. Bizim vaxtımızda indiki texnologiyalar yox idi. Bu gün hər hansı bir səsyazmanı tapıb videomateriallardan həmin hissəni öyrənmək olar. Bu, böyük bir üstünlükdür. İstənilən hər bir fürsətdən istifadə edilməli və bilinməlidir ki, akademiyada və ya teatrda tələbələrin qarşısına qoyulan məqsədlərə yalnız gündəlik əməklə nail olmaq olar. Hər tamaşadan əvvəl tərbiyəçinin qarşıya hansı məqsəd qoyduğundan asılı olmayaraq, aktyorlar da öz qarşılarına məqsəd qoymalı və ona çatmağa çalışmalıdırlar.

- Gələcəkdə bir xoreoqraf kimi hansı tamaşaları səhnələşdirməyi planlaşdırırsınız?

- Hazırda xoreoqraf ixtisası üzrə təhsil alıram və artıq 4-cü kursdayam. Gələcəkdə uşaqlar üçün daha çox tamaşa qoymaq istərdim. “Şelkunçik”, “Düyməcik” və “Zoluşka” kimi klassik əsərləri hamımız tanıyırıq. Amma mən öz milli, eləcə də bizim koloritə yaxın olan uşaq tamaşaları ərsəyə gətirmək istərdim. İstərdim ki, teatra mümkün qədər çox gənc tamaşaçı gəlsin. Bundan çox şey asılıdır. Bu, həm də bir tərbiyədir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Yanvar 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see303

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see300

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see282

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see282

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see281

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see281

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see274

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see274

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see272

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see266

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see248

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see243

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see241

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see237

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see235

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see235

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see233

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see229

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see229

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri