Yunanıstan Ermənistana S 300 sistemləri verəcək? Nazirdən CAVAB
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bir müddət əvvəl Yunanıstan mətbuatında bu ölkənin Ermənistana S-300 hava hücumundan müdafiə sistemləri verməyi planlaşdırdığına dair xəbərlər yayılıb.
Modern.az xəbər verir ki, Yunanıstanın milli müdafiə naziri Nikos Dendias məsələyə münasibət bildirib.
O, Ermənistana raket sisteminin ötürülməsi xəbərlərini təkzib edib
Yunanıstanın müxalifət ideri Kiriakos Velopulosun parlament sorğusuna cavab verən Dendias belə bir qərarın verilmədiyini deyib.
İddialarda deyilir ki, Yunanıstan Müdafiə Nazirliyi Rusiya istehsalı olan hava hücumundan müdafiə sistemlərini, o cümlədən S-300-ləri istismardan çıxarmaq istəyir və bu sistemlər Fransa və digər tərəfdaşların iştirakı ilə daha geniş strateji əməkdaşlığın bir hissəsi kimi Ermənistana verilə bilər.
“Hava hücumundan müdafiə sistemlərinin üçüncü ölkələrə təhvil verilməsi ilə bağlı heç bir qərar verilməyib. Hər halda, Milli Müdafiə Nazirliyi Yunanıstanın bütün ərazisində tam müdafiə qabiliyyətini saxlamağa sadiqdir”, - Dendias deyib.
Baxış sayı:75
Bu xəbər 12 Fevral 2025 13:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















