Yunanıstanda virus həyəcanı: Bir həftədə 34 yeni yoluxma
Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.
Yunanıstanda Qərbi Nil virusuna yoluxma hallarının sayı artmaqda davam edir.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Yunanıstanın Milli İctimai Səhiyyə Təşkilatının (EODY) məlumatına görə, ilin əvvəlindən sentyabrın 9-dək ölkədə virusla bağlı 324 yerli yoluxma halı qeydə alınıb.
Bildirilib ki, son bir həftə ərzində 34 yeni yerli yoluxma aşkarlanıb.
Məlumata görə, yoluxanların 217-də ensefalit, meningit və ya kəskin boş iflic kimi ağır nevroloji əlamətlər müşahidə olunub. Digər 107 nəfərdə isə daha yüngül simptomlar qeydə alınıb.
Qeyd edilib ki, virus səbəbindən 65 yaşdan yuxarı 30 nəfər həyatını itirib.
Gülay
Bu mövzuda digər xəbərlər:Yunanıstanda virus həyəcanı: Ölənlər var
22 Avqust 2025 21:25
Yunanıstanda epidemiya yayılır 47 yeni yoluxma
20 Avqust 2026 00:03
Meymunçiçəyinə yoluxma artdı: Bir həftədə...
18 Avqust 2025 15:11
Yunanıstanda meşə yanğını Bir kənd boşaldılıb
23 İyul 2025 00:11
Yunanıstanda güclü zəlzələ
04 Noyabr 2024 18:25
Baxış sayı:126
Bu xəbər 10 Sentyabr 2026 15:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















