Icma.az
close
up
RU
YUNESKO 15 dekabr gününü Türk Dili Ailəsi Günü elan etdi

YUNESKO 15 dekabr gününü Türk Dili Ailəsi Günü elan etdi

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

4 noyabr 2025-ci il tarixində Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək YUNESKO-nun Baş Konfransının 43-cü sessiyası çərçivəsində Türk dünyası üçün tarixi əhəmiyyətə malik mühüm bir hadisə baş tutacaq  - Türk Mədəniyyəti və İrsi Fondu ilk dəfə olaraq türk sivilizasiyasının dərinliyini və böyüklüyünü əks etdirən unikal layihələrin təqdimatını edəcək.

Türk Mədəniyyəti və İrsi Fondundan Modern.az-a verilən məlumata görə, təqdimata aşağıdakı layihələr daxildir:

Türk Dövlət Başçılarının qəbul etdiyi “Türk Dünyasına Baxış– 2040” və “TURKTIME” strateji sənədlərinə uyğun olaraq hazırlanmış “Türk Dünyasının Mədəni Kodu” adlı Türk dünyasının mədəni irsinə dair kataloq;

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü və Türk dövlətləri başçılarının dəstəyi ilə həyata keçirilən çoxcildli “Türk Folklor İrsi” Antologiyasının nəşri.

Qeyd etmək lazımdır ki, təqdim olunan bu unikal layihələrin həyata keçirilməsi məqsədilə Türk Mədəniyyəti və İrsi Fondu Türk dünyasının görkəmli alim və mütəxəssislərini bir araya gətirib. Onlar türk xalqlarının çoxəsrlik mədəni və elmi irsinin sistemləşdirilməsi, tədqiqi və gələcək nəsillərə ötürülməsi işinə əvəzsiz töhfə veriblər.

Proqram çərçivəsində, həmçinin, 2025-ci il noyabrın 3-də YUNESKO Baş Konfransının 43-cü sessiyasının qətnaməsi ilə qəbul edilmiş Türk Dili Ailəsi Gününün (World Turkic Language Family Day) qeyd olunması ilə bağlı tədbir keçirilib. Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan, Özbəkistan və Macarıstanın YUNESKO yanında Daimi Nümayəndəliklərinin rəhbərləri, Özbəkistanda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, tanınmış alimlər, mədəniyyət institutlarının təmsilçiləri və media nümayəndələri iştirak ediblər. Tədbir Türk mədəniyyəti və irsinin səfiri, etno-folklor “Turan” ansamblının solistlərinin çıxışları ilə müşayiət olub.

Beləliklə, YUNESKO 15 dekabr gününü Türk Dili Ailəsi Günü elan edib. Hər il həmin gün qeyd ediləcək.

Bu tədbir türk xalqlarının tarixi üçün növbəti əlamətdar hadisə olmaqla, onların dil və mədəni birliklərinin beynəlxalq miqyasda tanınmasını, eləcə də türk sivilizasiyasının dünya mədəniyyətinin və humanitar əməkdaşlığın inkişafına verdiyi töhfəni əks etdirəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Noyabr 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see654

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see264

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see252

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see244

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see218

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see208

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see180

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see169

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see158

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see150

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see149

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see146

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see145

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri