Icma.az
close
up
RU
Yüngül cinayət... Külli miqdarda rüşvət alma maddəsi ilə təqsirli bilinən məmurun həbs cəzası azaldıldı

Yüngül cinayət... Külli miqdarda rüşvət alma maddəsi ilə təqsirli bilinən məmurun həbs cəzası azaldıldı

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Abşeron Rayon İcra Hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi, iki ildir həbsdə olan Mirqasım Mirişli haqqında hökm dəyişib.

Bizimyol.info xəbər verir ki, sabiq məmura Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə verilmiş 5 il həbs cəzası apellyasiya məhkəməsinin qərarına əsasən, 3 ilə endirilib.

Qeyd edək ki, 38 yaşlı Mirqasım Mirişli 2023-cü il noyabrın 20-də Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. O, Abşeron rayonu ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti işlərinin aparılmasına razılıq verilməsi və ümumi himayədarlıq üçün ona müraciət etmiş vətəndaşdan 30 min manat pul tələb edib, son nəticədə 25 min manat almaqda ittiham olunub.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə təqsirli bilinib. Bu müddənin sanksiyasında 8 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulub. Lakin məhkəmə ona münasibətdə Cinayət Məcəlləsinin 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsini tətbiq edib. Nəticədə Mirqasım Mirişliyə daha aşağı həddə - 5 il cəza təyin olunub. O, hökmlə razı olmayıb və apellyasiya şikayəti verib. Əməlinin Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə tövsif olunmasını xahiş edib.

Vəkili də apellyasiya məhkəməsində hüquqlarını müdafiə etdiyi şəxsin əməlinin Cinayət Məcəlləsinin 178-ci maddəsinə tövsif edilməsini, onun 3 azyaşlı övladının nəzərə alınmasını istəyib. Qeyd edib ki, müvəkkili əvvəllər məhkum edilməyib, işdə və cəmiyyətdə müsbət xarakterizə olunur. Ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin olunmasını xahiş edib.

Prokuror isə çıxışında bildirib ki, Mirqasım Mirişlinin əməlinin rüşvətdən dələduzluq ittihamına tövsif olunması ilə razı deyil və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ittiham üzrə gəldiyi qənaət əsaslıdır: “Lakin təqsirləndirilən şəxsin himayəsində olan azyaşlı uşaqları, onun ailə vəziyyəti nəzərə alınaraq, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilərək, təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının 1 il azaldılıb, 4 il olmasına etiraz etmirəm”.

Hakim Rəşadət Ağayevin sədrliyilə hakimlər kollegiyası isə əməlin tövsifini məqsədəuyğun hesab etməsə də, birinci instansiya məhkəməsinin təyin etdiyi cəzanı iki il azaltmaq qərarı verib. Beləliklə, keçmiş məmur Mirqasım Mirişlinin cəzasını Simqayıt Apellyasiya Məhkəməsi 3 ilə endirib..

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 04 Oktyabr 2025 00:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see192

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see187

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see187

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see183

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see176

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see165

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see151

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see148

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see137

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see135

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see125

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see125

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri