Yunus Oğuzun “Nadir şah” romanı yenidən satışda!
Icma.az, Milli.az saytına istinadən bildirir.
Tanınmış yazıçı, publisist Yunus Oğuzun Səfəvilər imperiyasının süqutu, Əfşarlar imperiyasının yaranması və yüksəlişi fonunda Nadir şahın həyat və fəaliyyətini əhatə edən "Nadir şah" romanı "Xan" nəşriyyatı tərəfindən yenidən oxucuların ixtiyarına verilib.
Tarixi roman janrında qələmə alınmış əsərdə XVIII əsrin mürəkkəb siyasi prosesləri, daxili çəkişmələr, xarici müdaxilələr və bu fonda Nadir şahın dövlətçilik uğrunda apardığı mübarizə geniş təsvir olunur. Əsər Azərbaycan tarixinə və dövlətçilik ənənələrinə maraq göstərən oxucular üçün dəyərli bir mənbə hesab olunur.
Qeyd edək ki, "Nadir şah" romanı ilk dəfə 2008-ci ildə nəşr olunub və bu günədək azərbaycan, rus, ingilis və türk dillərində çap edilib. Roman həm ölkə daxilində, həm də beynəlxalq kitab sərgilərində maraqla qarşılanıb.
Kitab əsas kitab mağazalarında və onlayn platformalarda satışdadır.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 08 Avqust 2025 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















