Yunus Oğuzun Səfəvi Şeyxi romanı Türkiyə oxucularına təqdim olunub
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanın tanınmış yazıçısı Yunus Oğuzun "Səfəvi Şeyxi" tarixi romanı qardaş Türkiyədə türk dilində nəşr olunub.
Milli.Az xəbər olaylar.az-a istinadən xəbər verir ki, roman Bilge Tonyukuk Yayınları tərəfindən çap edilərək oxucuların ixtiyarına verilib.
"Səfəvi Şeyxi" romanı Səfəvilər dövlətinin ideoloji və mənəvi əsaslarının formalaşdığı dövrü bədii dillə əks etdirir. Əsər eyni zamanda Azərbaycan dövlətçilik tarixinin mühüm səhifələrini canlandırır. Romanın Türkiyədə nəşri təkcə müəllifin yaradıcılığı üçün deyil, həm də Azərbaycanın zəngin tarixi irsinin və ortaq türk mədəniyyətinin qardaş ölkədə tanıdılması baxımından mühüm hadisə kimi dəyərləndirilir.
Qeyd edək ki, Yunus Oğuzun tarixi romanları indiyədək müxtəlif ölkələrdə nəşr olunaraq geniş oxucu auditoriyasının marağına səbəb olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 01 İyul 2026 17:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















