Icma.az
close
up
RU
Qədim Oğuzun çağdaş Yunusu! YUNUS OĞUZ 65.

Qədim Oğuzun çağdaş Yunusu! YUNUS OĞUZ 65.

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Təsadüfdənmi, yoxsa ilahi qismətdənmi, bilmirəm, düz 65 il bundan əvvəl Azərbaycanda ilk mətbuatın yarandığı gun, yəni “ƏKİNÇİ” qəzetinin “doğulduğu” gün qədim Oğuz elinin dilbər məkanlarından birində - Şirvan torpağında dünyaya bir oğlan uşağı gəldi. Kim bilir, bəlkə də valideynləri, yaxınları bu körpənin böyüyəndə mühəndis, ya müəllim, ya həkim, ya da hansısa başqa bir peşənin sahibi olacağını xəyal edirdilər. Amma hələ o zaman valideynlərinin, yaxınlarının heç ağıllarına da gəlməzdi ki, bu körpə Azərbaycan ədəbiyyatının ağır yükünü çiyinlərinə götürəcək, xalqının unudulmaqda olan tarixini xalqın özünə, təkcə elmi yazılarla deyil, həm də bədii əsərlər vasitəsilə yenidən qaytarmaqla, tarixi bir missiyaya imza atacaq...

Yunus Oğuzu 1988-ci ilin ortalarından tanıyıram. Qarabağ uğrunda savaşın ilk günlərindən “qələmini süngüyə çevirən” bu gənc qələm adamını tanıdıqca, onun daxilində qədim Oğuz elinin ağrı-acıları ilə yoğrulmuş bir dünyanın hayqırtısını duymamaq mümkün deyildi. Həmin illərdə çoxları kimi Yunus bəy də yazmaqdan çox (zatən istədiklərini yazmağa və yaymağa imkan da verilmirdi-T.N.) canlı ünsiyyətə, Vətən və Azadlıq uğrunda ayağa qalxan insanların mənən zənginləşməsinə yönəlik təbliğata daha böyük üstünlük verirdi. Yunus bəy o həqiqəti bilir və qətiyyətlə əmin idi ki, bir milləti qələbəyə, yenilməzliyə aparan yol milli özünəinamdan, milli özünüdərkdən və milli özünəgüvəncdən keçir. Əsrlər boyu məqsədli şəkildə milləti özündən, keçmişindən ayıran rus şovinizminin ideologiyası ilə “zəhərlənmiş” xalqın şüurunda inqilaba ehtiyac olduğunu dərk edərək də, meydanlarda, küçələrdə Xəlil Rza Ulutürklə, Əbülfəz Elçibəylə, Anarla, Sabir Rüstəmxanlı ilə, Firidun Cəlilovla və digər milli ruhlu ziyalılarla birgə gecə-gündüz həm Bakıda, həm o zaman od içində yanan Qarabağda, həm də qədim Oğuz elinin bir parçası olan Azərbaycanın digər əyalətlərində sadə kütlənin maarifləndirilməsində fədakarlıq göstərirdi...

Hələ o illərdə Yunus Oğuzun tez-tez işlətdiyi bir cümləni bu gün də xatırlayıram: “Mübarizəyə gedən yol beyinlərdən başlamalıdır. Əl, qol çəkicdi, onu idarə edən isə beyindir. Beyin istiqaməti düz tutmayanda, çəkic insanın özünə dəydiyi kimi, milli mübarizədə də yanlış istiqamət zərbənin özümüzə dəyməsinə gətirib şıxarar!”

Nə yazıqlar ki, milli hərəkatda olanların heç də hamısı Yunus bəy kimi düşünmürdü. Yunus Oğuz ona görə belə düşünür və belə deyirdi ki, onun mənəvi dünyasında millətinə zərər vuracaq hər hansı bir hərəkətə yer yox idi. Şəxsinə aid olan bütün mənafelərini millət naminə qurban verməyə hazır olanlar, o cümlədən Yunus Oğuz məhz belə düşünürdü və bu gün də belə düşünür. Elə ona görə bütün ömrünü qədim Oğuz dünyasının keçdiyi çeşməkeşli yola işıq salmağa və millətini bu yolu görmək üçün oxumağa, öyrənməyə və öyrətməyə çağırmaqdan usanmadı və usanmır...

Yunus Oğuz haqqında düşünəndə içimdən qeyri-ixtiyari bir sual doğur: bir insan bu qədər zəngin tarixi irsi necə araşdıra, öyrənə, yaddaşına həkk edə, öyrəndiklərini bədii dildə, oxunaqlı bir üslubda insanlara təqdim edə bilər? Türkün ən qədim qatlarına qədər gedib də, əldə etdiyi əvəzolunmaz tarixi inciləri toplayıb bizlərə türk etnosunun tarixini öyrədən bu və digər elmi kitabların müəllifinin “Atilla”, “Nadir şah”, “Təhmasib şah”, “Cığır” və sair kimi mükəmməl bədii-tarixi romanlarla Oğuz törələrinə keçmişimizi tanıtması, onun daxilindəki milli özünüdərk idealına olan qırılmaz bağlılığın təzahürüdür. Bir vaxtlar siyasi fəaliyyətlə məşğul olarkən rəhbərlik etdiyi partıyanın “Milli Vəhdət” adlanması da, hesab edirəm ki, eyni yolun müxtəlif cığırlarını araşdırması və ən doğrusunu yəqin etməsi istəyindən başqa bir şey deyil. Bilmirəm, çağdaş elmi və bədii ədəbi simalar arasında Yunus Oğuz qədər zəngin və mükəmməl ədəbi irs yaradan ikinci yazar varmı? Mən tanımıram, tanıyan varsa, desin.

Bu günlər Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi ərəfəsindəyik. Onunla birlikdə çağdaş mətbuatımızın - azad, demokratik Azərbaycanda azad mətbuatın inkişafında misilsiz xidmtləri olan Yunus Oğuzun 65 yaşı tamam olur. “Əkinçi”dən 85 il sonra doğulan Yunus Oğuz Müstəqil Azərbaycanın ən uzunömürlü və ən çox oxunan media resursuna – “Olaylar” qəzetinə və eyni adlı informasiya agentliyinə rəhbərlik etməklə qoca “Əkinçi”nin üzünü ağardan nəvələrdən oldu. Üzün hər zaman ağ, başın dik, vüqarın yenilməz olsun, Yunus bəy! Kim bilir 70-80 yaşlarına qədər bu millətə hələ nə qədər töhvələr bəxş edəcəksən!

Hörmətli Yunus bəy!

Əziz dostum!

Qədim Oğuz dünyasının çağdaş Yunusu!

Sizi 65 yaşınız münasibətilə deyil, bu 65 ildə millətinə, xalqına təmənnasız

xidmətinziin bəhrəsi olaraq yaratdığınız zəngin ədəbi-bədii və elmi irsin müəllifi

olaraq təbrik edir və hələ neçə on illər bu xalqa yeni-yeni elmi və bədii kitablar bəxş etməyinizi arzu edirəm.

Təhmasib Novruzov

Azadlıq Hərəkatçıları İctimai Birliyinin sədri,

yazıçı-publisist

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 İyul 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see325

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see261

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see252

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see221

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see217

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see212

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see208

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see206

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see204

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see201

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see196

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see193

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see192

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see186

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see185

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see184

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see184

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see178

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see176

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri