Icma.az
close
up
RU
Yupiterin doğulmasının sirri açıldı: Alimlərdən maraqlı kəşf

Yupiterin doğulmasının sirri açıldı: Alimlərdən maraqlı kəşf

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yupiterin əmələ gəlməsi xondrulların - ərimiş maddənin kiçik kürələrinin əmələ gəlməsinə səbəb olur, hansı ki, bu gün bu kürələrə meteoritlərdə rast gəlinir. Yaponiyanın Naqoya Universitetinin və İtaliya Milli Astrofizika İnstitutunun fizikləri ilk dəfə bu faktı nümayiş etdiriblər.

Oxu.Az-ın xəbərinə görə, bununla bağlı araşdırmanın nəticələri "Scientific Reports" jurnalında dərc olunub.

Xondrullar 4.5 milyard ildən çox əvvəl əmələ gələn və diametri 0.1 ilə 2 millimetr arasında olan kiçik yuvarlaq damcılardır. Onlar asteroidlərin və kometaların içərisində "möhürləniblər", Yerə isə ancaq meteoritlərin bir hissəsi kimi düşürlər. Alimlərin onilliklər ərzində onları tədqiq etmələrinə baxmayaraq, onların əmələ gəlməsinin dəqiq mexanizmi sirr olaraq qalırdı.

Naqoya Universitetindən olan professor Siniti Sirono bununla bağlı açıqlama verib.

"Planetezimallar öz aralarında yüksək sürətlə bir-biri ilə toqquşduqda, onların qayalarında olan su dərhal buxara çevrilirdi. Buxar mini-partlayışda olduğu kimi, genişlənirdi və ərimiş dağ süxurlarını mikroskopik damcılara parçalayırdı. Məhz onlar bu gün tapdığımız xondrullara çevrildi", - deyə Siniti Sirono qeyd edib.

Fərziyyəni yoxlamaq üçün tədqiqatçılar Yupiterin böyüməsini modelləşdiriblər və onun cazibəsinin su ilə zəngin olan göy cisimlərinin toqquşmasına necə səbəb olduğunu izləyiblər. Məlum olub ki, proses meteoritlərdə müşahidə olunan xondrulların xüsusiyyətlərini mükəmməl şəkildə təkrarlayır. Üstəlik, nəticələr göstərir ki, onların formalaşmasının piki Yupiterin nəhəng ölçüsünə çatdığı vaxta - Günəş sisteminin doğulmasından təxminən 1.8 milyon il sonraya təsadüf edib.

Xondrullar planetin formalaşması mərhələlərini qeydiyyata alan bir növ özünəməxsus "zaman möhürləri" kimi nəzərdən keçirilə bilər. Alimlərin qeyd etdiyinə görə, tapılan xondrullar arasında geniş yaş müxtəlifliyi onu göstərir ki, oxşar proses təkcə Yupiterin doğulması zamanı deyil, həm də Saturn kimi digər nəhənglərin formalaşması zamanı da baş verib.

Alimlərin sözlərinə görə, onların işi planetlərin doğum tarixlərini müəyyənləşdirmək üçün yeni üsul təqdim edir və Günəş sisteminin necə inkişaf etdiyini anlamağa kömək edir. Ehtimal ki, oxşar proseslər başqa ulduzların ətrafında da baş verir və bu da ekzoplanet sistemlərinin yaranma tarixinə pəncərə açır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://oxu.az
archiveBu xəbər 26 Avqust 2025 02:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri