Icma.az
close
up
RU
Yupiterin yaşı neçədir?

Yupiterin yaşı neçədir?

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yaponiyadan və İtaliyadan olan planetoloqlar Günəş sisteminin ən böyük planeti Yupiterin dəqiq yaşını hesablamağa nail olublar. Onlar kompüter modelləşdirilməsindən istifadə edərək müəyyən ediblər ki, Yupiter Günəş sisteminin yaranmasından təxminən 1,8 milyon il sonra formalaşmağa başlayıb.

Tədqiqatçılar Yupiterin doğuluşunu canlandırmaq üçün xondr adlanan mikroskopik silikat kürəciklərinin davranışını əsas götürüblər. Bu hissəciklər milyardlarla il əvvəl planetesimalların - qədim kiçik kosmik cisimlərin - dərinliklərində yaranaraq kristallaşıb və sonradan meteoritlərin tərkibində günümüzə qədər gəlib çıxıb.

Alimlərin hesablamalarına görə, Yupiter əvvəlcə Mars böyüklüyündə, Yer kütləsinin təxminən 10 faizinə bərabər “embrion” halında olub. Onun cazibə qüvvəsi planetesimalların bir-biri ilə yüksək sürətlə toqquşmasına səbəb olub. Bu proseslər güclü partlayışları xatırladırdı: su buxarlanaraq kosmosa yayılır, silikat qayalar isə parçalanaraq ­xondrlara çevrilirdi.

Yeni modelləşdirmə göstərib ki, xondrların əsas hissəsi məhz Günəş sisteminin 1,8 milyon il yaşı olanda yaranıb. Bu, Yupiterin intensiv şəkildə qaz toplayaraq ölçülərini sürətlə böyütdüyü dövrə təsadüf edir. Nəticədə planet kütləsini artıraraq indiki nəhəngliyinə çatıb.

Bu gün Yupiter Yer kürəsindən 318 dəfə daha ağırdır və digər bütün planetlərin birgə kütləsindən 2,5 dəfə böyükdür.

Mütəxəssislərin fikrincə, oxşar proseslər Saturn kimi digər nəhəng planetlərin, hətta Günəş sistemindən kənardakı ekzoplanetlərin də yaranması zamanı baş verib. Hesablamalar göstərir ki, qaz nəhənglərinin formalaşması üçün orta hesabla bir-iki milyon il tələb olunur ki, bu da Yupiterin doğuluş vaxtı ilə üst-üstə düşür.

S.ELAY
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Avqust 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see305

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see295

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see276

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see256

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see244

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see238

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see184

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see183

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see178

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see168

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see166

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see166

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see166

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see166

Xətai rayonunda baş verən yanğın söndürülüb

20 Avqust 2026 01:21see165

Yair Rodriges “Noche UFC”nin əsas döyüşündən çıxarıldı

20 Avqust 2026 01:29see163

OpenAI 2027 ci ildə birjaya çıxmağı planlaşdırır

20 Avqust 2026 03:04see160

Sibel Canın son halı diqqət çəkdi (Video)

20 Avqust 2026 06:06see154

Bu tarixlərdə insanlar avtoqəzalarda daha çox ölür?

20 Avqust 2026 00:45see151

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri