Icma.az
close
up
RU
Yurdumuzun geotermal enerji potensialı

Yurdumuzun geotermal enerji potensialı

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Dünya Bankı Azərbaycanın geotermal resurslarının potensialının qiymətləndirilməsinə texniki yardım göstərir. Bunu qurumun Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştalmayster bildirib.

O, təmsil etdiyi qurumun ölkəmizlə əməkdaşlığı davam etdirməyə hazır olduğunu diqqətə çatdıraraq deyib: “Bu, həmin sahədə konkret istiqamətlərin inkişafı üçün məqsədəuyğunluğundan asılı olaraq həm özəl sektordan, həm də dövlətdən maliyyə cəlb etməklə mümkündür. Hazırda texniki yardım davam edir və əlavə maliyyə vəsaitinin tələb olunub-olunmayacağı hələ müəyyən edilməlidir”.

Yeri gəlmişkən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin törəmə müəssisəsi olan “SOCAR Green” 2030-cu ilə qədər ölkəmizdə ilk geotermal enerji stansiyasını istismara verməyi planlaşdırır. Bu barədə ötən həftə Bakıda keçirilən “Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya” adlı toplantısında “SOCAR Green” şirkətinin günəş və külək enerjisi üzrə mütəxəssisi Elçin Tarquliyev məlumat verib.

Hazırda şirkətin bioenerji sahəsini inkişaf etdirdiyini diqqətə çatdıran mütəxəssis buna 37 meqavatlıq tullantıların yandırılması zavodunu (tam bioenerji deyil) və bir neçə kiçik layihəni misal çəkib. Bununla belə, təmsil etdiyi şirkətin əsl bioenerji layihəsini – istilik və elektrik enerjisi yaratmaq üçün bir yerdə birləşdirilən çoxsaylı xammalla işləyən elektrik stansiyasını qurmaq niyyətində olduğunu bildirib. Qeyd olunub ki, yerli istehlakçıların çoxluğu səbəbindən belə kiçik layihələr, çox güman ki, dövlət satınalmaları vasitəsilə deyil, B2B (biznes-biznes) modeli ilə həyata keçiriləcək.

“SOCAR Green” hazırda geotermal enerji sahəsində ABŞ-ın “Baker Hughes Co.” və SLB şirkətləri ilə əməkdaşlıq edir. Həmin şirkətlərlə sazişlər isə 2024-cü ilin noyabrında COP29 iqlim konfransı çərçivəsində imzalanıb. Sazişə əsasən “Baker Hughes” Azərbaycan hökuməti ilə ölkənin geotermal potensialının müəyyən edilməsi və qiymətləndirilməsi üzərində işləyir. SLB isə “SOCAR Green” tərəfindən Qarabağ bölgəsində perspektivli geotermal ərazilərin qiymətləndirilməsi üçün məsləhətçi kimi cəlb edilib.

Qeyd edək ki, Qarabağda çoxlu vulkanik fəaliyyət və isti bulaqlar mövcuddur. Həmin bulaqlarda su 100–150 dərəcə selsi ola bilər. Bu o deməkdir ki, ənənəvi buxar enerjisi və ya geoenerji, evlərin, istehsal obyektlərinin birbaşa qızdırılması, müxtəlif mövzular üçün potensial var. Artıq İstisu vadisi, Qaragöl və Zuar isti bulağı geotermal energetikanın inkişafı üçün əhəmiyyətli potensiala malik yerlər kimi müəyyən edilib və geoloji kəşfiyyat işlərin aparılmasına dair proqram hazırlanıb.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Oktyabr 2025 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see329

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see326

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see319

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see287

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see282

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see277

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see273

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see267

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see263

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see255

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see242

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see232

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see232

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see229

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see223

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see221

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see218

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see214

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see211

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri