Icma.az
close
up
RU
Yurdun təəssübkeş oğlu: Şəhid Əşrəf Əşrəfov zirvəsi

Yurdun təəssübkeş oğlu: Şəhid Əşrəf Əşrəfov zirvəsi

Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Birinci Qarabağ müharibəsindən 30 ildən də artıq vaxt keçməsinə baxmayaraq , hələ də elə şəhidlərimiz var ki, onun haqqında nə sosial şəbəkələrdə , nə də mediamızda heç bir məlumat yoxdu. Yaxud da o qədər azdır ki, gözə çarpmır!
Bu çox ədalətsiz və utancverici bir haldır ki, şəhidlərimizin tanıdılması, vətənpərvərliyin təbliği hələ də düzgün qurulmayıb. Bu işdə təbliği sıfır olan şəhidlərin yaxınlarının da böyük günahı var. Hazırda hər kəsin istənilən mövzuda danışacağı bir platforması olduğu halda bir çox şəhidlərimiz haqqında, ümumiyyətlə, heç bir məlumata, hətta sosial şəbəkələrdə belə bir cümləlik xatırlatmaya da rast gəlmədik. Qeyd etdiyim kimi, bunun ilk günahkarları şəhidin yaxınları, ikinci günahkarı isə şəhidin doğulub böyüdüyü kəndin ziyalı qismidir. Axı, niyə kəndin qəhrəman oğlu haqqında heç bir məlumatı sosial şəbəkədə paylaşmayıblar? Bu şəhidimizə biganəlikdir axı?
Demək olar ki, 1 həftədir bütün növ sosial şəbəkələri “ələk-vələk” edirəm, amma Ağdam rayon Qızıllı Kəngərlidən olan şəhid Əşrəf Əşrəfov haqqında bir cümləlik yazılı məlumata rast gəlməmişəm. Düzü , Facebook sosial şəbəkəsində “Lerik Tanıtım Səhifəsi” olmasaydı heç mən də bilməyəcəkdim ki, Ağdamın Əşrəf Əşrəfov adlı bir şəhidi var. Bu çox ayıb bir nüansdır. Hanı o kəndin yetirməsi olan jurnalistlər, şairlər, publisistlər? Niyə hazırkı onlayn mediada niyə şəhidimizin  adına, fəaliyyətinə işıq salacaq məqalələr?

 “Lerik Tanıtım Səhifəsi”nin admini məndən ağdamlı olaraq şəhidimizlə bağlı məlumat toplayıb onlara verməyimi xahiş edərkən çoxdan tanıdığım və həmin kənddən olan rəfiqəm Sadə Nəsibovaya üz tutdum. Sadə xanım bildiyi məlumatları mənə atdı, mən də onları bir yerə toplayıb, bu məqaləni hazırlamağa başladım.Məlumatlar dolğun olmasa belə...

Amma kimsə şəhidimiz Əşrəfi daha yaxından tanıyırsa, daha ətraflı məlumatlar verə bilərsə, onu da bu məqaləyə əlavə edə bilərəm.
İndi isə ürəyimdəki təəssüf hissi ilə şəhid Əşrəf Əşrəfov haqqında məlumatları diqqətinizə çatdırıram.


Əşrəf Qaraş oğlu Əşrəfov 22 iyun 1972-cü ildə Ağdam rayonu Qızıllı Kəngərli kəndində anadan olub. 1978-ci ildə həmin kəndin 8 illik orta məktəbinə daxil olub. Natamam orta məktəbi bitidikdən sonra təhsilini 36 saylı texniki peşə məktəbində davam etdirir və kəndinin inkişafında rolu olmaq üçün Əşrəf burada avtomobil sürücüsü ixtisasına yiyələnir.
( Yeri gəlmişkən bir çoxlarının bu məktəblə bağlı bilgisi olmadığı üçün araşdırmaçı jurnalist Orxan Zakiroğlunun məqaləsinə müraciət edək: “1965-ci ildə yaranmış Ağdam 36 nömrəli orta texniki-peşə məktəbi Ağdam, Xaçınçay (Xaçınstroy)qəsəbəsində yerləşib. 1975-ci ildə 136 nömrəli Ağdam kənd texniki-peşə məktəbi kimifəaliyyətini davam etdirib.Kənd təsərrüfatında işləmək üçün kadrlar hazırlayan məktəbdə(traktorçu, üzümçülük ustaşı, krançı, mexanizator, baytarlıq, qaynaqçısı, çilingər avtomobil sürücüsüsü hazırlanıb.)
1990-cı ildə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə hava hücumundan müdafiə üzrə kurs keçir.Kurs bitdikdən sonra Mingəçevir ərazisindəki N saylı hərbi hissədə xidmətə başlayır. 1991-xi ilin iyun-iyul ayında hərbi hissə dağılır və Əşrəf milli özünü müdafiə dəstəsində ermənilərə qarşı döyüşlərə atılır. 1992-ci ildən 1993-cü ilə qədər döyüşlərdə iştirak edir. 1993-cü ilin 19 iyun ayında Əşrəf Əşrəfov qəhrəmancasına həlak olur. Döyüş dostlarının verdiyi məlumata görə düşmən snayperi onu başından vurmuşdu. Dəqiqləşdirə bilmədim ki, Ə.Əşrəfov hansı hərbi hissənin döyüşçüsü olub. Onu tanıyanlardan, bir cəbhədə döyüşənlərdən xahiş edirik ki, bu haqda bizim sosial şəbəkə hesabımıza məlumat versin.
Sadə xanımın mənə göndərdiyi YouTube sosial şəbəkəsindəki  bu videonu da  sizin diqqətinizə çatdırırıq:

 Əntiqə Rəşid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://adalet.az
archiveBu xəbər 23 Dekabr 2024 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see403

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see396

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see273

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see254

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see243

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see236

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see234

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see230

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see229

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see213

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see204

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see204

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see200

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see199

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see196

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see191

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see190

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see189

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri