Yuri Qaqarinlə görüşən azərbaycanlı qadın: “Ad günü idi, mənə təşəkkür edib...” FOTO+ÖZƏL
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Mən 5 il Sovet İttifaqını İnterkosmosda təmsil etmişəm. Tez-tez Bakıda, Moskvada, Macarıstanda yığışırdıq. Təmsilçilər nə lazımdırsa məndən soruşurdular, onlara izah edirdim. Bu sahəyə aid 7 kitabım, bir ədəd də çoxdilli lüğətim çapdan çıxıb. Bütün ölkələr bu lüğəti öz dillərində tərcümə ediblər. Kitablarım sərgilənirdi. Moskva mənə qızıl medal da vermişdi”
Bunu Moderator.az-a açıqlamasında Tamilla Sadıqova deyib. O daha sonra əlavə edib:
“Kosmosa uçan ilk insan Yuri Qaqarinlə də görüşmüşəm. Moskvada ad günü idi. Yığışıb, qeyd edirdilər. Mən də orada idim. Yuri Qaqarin mənim lüğətlərimi öz qonaqlarına hədiyyə etdi. Lüğət tərtib etdiyim üçün o mənə özünə aid olan “Yuri Qaqarin” ordenini verdi. Bu çox nadir bir hadisədir. Məndə həmin medaldan başqa, İnterkosmos medalı da var. Yuri Qaqarin çox sadə, təvazökar insan idi. Azərbaycanlı olduğumu dəqiq bilmirəm bildi ya yox? Yəqin ki, ona ətrafındakılar demişdilər. Amma bircə mənə bu lüğətə görə təşəkkür edib, minnətdarlığını bildirdi. Akademik Kotelnikov məni Moskvaya çağırmışdı. İnterkosmosa getmək üçün təsdiq etməli idi. Məni 2 saat kabinetində saxlayıb, sorğu-sual etdi. Sonra dedi ki, “mən heç inanmazdım ki, azərbaycanlı xanım bütün suallara cavab verəcək” deyə o bildirib.
Qeyd edək ki, Tamilla Sadıqova görkəmli sənətkar Hüseynağa Sadıqovun qızıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 19 Dekabr 2025 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















