Yusif Eyvazovdan keçmiş həyat yoldaşı ilə bağlı açıqlama: “Sonuncu o oldu”
Icma.az bildirir, Yenisabah portalına istinadən.
Xalq artisti Yusif Eyvazov dünya şöhrəti, opera sənəti və ifaçılar arasında eqo məsələsindən danışıb.
"Yeni Sabah" xəbər verir ki, sənətçi bu barədə “Qapqara” yutub layihəsində danışıb.
“Dünya şöhrəti erası bitib. Bu vaqona sonuncu hoppanan mənim keçmiş həyat yoldaşım Anna Netrebko oldu. Dünya şöhrətli Selin Dion, Maykl Cekson, Lusiano Pavarotti olub. Dünya operasında məni də yaxşı tanıyırlar” deyə, Y.Eyvazov bildirib. Toyuqlu pizza
Opera ifaçısı mədəniyyətin maliyyəsiz yaşaya bilməyəcəyini vurğulayıb. O, dünyada heç bir teatrın yalnız bilet satışından əldə olunan gəlirlə fəaliyyət göstərə bilməyəcəyini deyib və Verona Arenasını nümunə göstərib:
“Verona Arenası üç ayda bilet satışından 38 milyon avro qazanıb. 90 günə 52 tamaşa nümayiş etdirib”.
Y.Eyvazov indiyədək arzuladığı səhnələrdə çıxış etdiyini, böyük layihələrdə və operalarda iştirak etdiyini söyləyib. O, özünü direktor deyil, ifaçı kimi gördüyünü qeyd edib:
“Mən yüz faizlik direktor ola bilmərəm, ifaçıyam. Səhnəyə işçilərimlə çıxıram, onların həmkarı kimi. Tamaşa bitir, səhəri gün direktor kimi iradlarımı bildirirəm.
Bizdə eqo sistemi çoxdur. Elə ifaçılarda eqo var ki... "Jiquli" özünü "Bugatti" kimi göstərəndə gülməli görünür”./Axsam.az
Baxış sayı:127
Bu xəbər 27 Oktyabr 2026 23:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















