Yusif İmanov: Bizim vəzifəmiz isə bu ənənəni qoruyub saxlamaqdı
Icma.az, sport24.az saytına istinadən bildirir.
"Həftə boyu oyuna çox ciddi hazırlaşmışdıq. Çox təəssüf məşqlərdə elədiklərimizi oyunda icra edə bilmədik". Bu sözləri Sport24.az-a açıqlamasında "Kəpəz"in qapıçısı Yusif İmanov deyib.
23 yaşlı qolkiper Misli Premyer Liqasının XVI turu çərçivəsində "Turan Tovuz"a məğlub olduqları oyunu haqda fikirlərini bölüşüb:
"Düşünmürəm ki, rəqib bizdən daha üstün oyun sərgilədi. Sadəcə, buraxdığımız şanssız qollar və hücumda passiv olmağımız oyunumuza çox təsir etdi. Performansım oyundan oyuna yüksəlir. Məşqlərdə çox çalışıram. Qış fasiləsindən sonra tam formada olacağıma inanıram. "Kəpəz" həmişə yüksək yürlər uğrunda mübarizə aparan komanda olub. Bizim vəzifəmiz isə bu ənənəni qoruyub saxlamaqdı. Gəncə şəhəri ən yüksək pillələrə layiqdi. Elitada nəinki qalmaq, yüksək pillələr üçün mübarizə aparacağıq. Buna qadirik".
Qeyd edək ki, "Kəpəz" "Turan Tovuz" qarşılaşması meydan sahiblərinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 22 Dekabr 2025 13:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















