Icma.az
close
up
RU
Yerli klublardan yalnız biri mənimlə maraqlandı Yusif İmanov

Yerli klublardan yalnız biri mənimlə maraqlandı Yusif İmanov

Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sportal.az Kosovo təmsilçisi “Malişeva”ya keçən Azərbaycan millisinin qapıçısı Yusif İmanovun AZƏRTAC-a müsahibəsini təqdim edir:

– Kosovo klubuna keçidiniz necə baş tutdu?

– Bu transfer müqavilə əsasında oyunçusu olduğum agentlik vasitəsilə həyata keçirildi. Müəyyən variantlar oldu, biz onları dəyərləndirdik və sonda “Malişeva” ilə razılığa gəldik. Mənim üçün əsas olan düzgün seçim idi. Təbii ki, seçim edərkən gələcək karyeram və inkişaf perspektivi ön planda idi.

– Maraqlıdır, niyə məhz Kosovo çempionatı? Yerli və başqa xarici klublardan sizinlə maraqlanan oldu?

– Düzünü desəm, yerli klublardan yalnız biri mənimlə maraqlandı, digərlərindən isə konkret maraq olmadı. Amma mənim üçün ən vacib məqam oyun praktikası əldə etmək və inkişaf üçün şəraitin yaradılması idi. “Malişeva” rəhbərliyi mənə inam göstərdi və məhz bu münasibət qərarımda əsas rol oynadı. Bu transferi karyeramda Avropaya açılan qapı kimi dəyərləndirirəm.

– Kosovo çempionatı elə də inkişaf etməyib. Oraya getməklə karyeranızda geri addım atdığınızı düşünmürsünüz?

– Mən bunu geri yox, irəliyə atılmış addım hesab edirəm. Burada əsas məqsədim oyun praktikasını artırmaq, fərqli mühitdə özümü sınamaq və Avropa futboluna adaptasiya olmaqdır. Bəli, bəlkə də daha güclü liqalar var, amma futbolçu üçün əsas inkişafdır. Mən bu addımı karyeramda yeni mərhələ kimi görürəm.

– Bu keçid sizi milli komandanın məşqçilər korpusunun diqqətindən yayındıra bilər?

– Mən belə düşünmürəm. Futbolçunu ön plana çıxaran əsas amil stabil oyun və performansdır. Əgər mən burada yaxşı çıxış etsəm, milli komandanın məşqçilərinin diqqətindən yayınmayacağam. Əksinə, bu addım mənim üçün özümü sübut etmək və yenidən milli komandada yer almaq üçün motivasiya rolunu oynayır.

– Azərbaycan millisi sentyabrda DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İslandiya və Ukrayna yığmaları ilə qarşılaşacaq. Şansları necə qiymətləndirirsiniz?

– Çox güclü rəqiblərdir, hər ikisinin futbol ənənəsi var. Amma futbol sürprizlərə açıq oyundur. Əgər komanda sona qədər mübarizə aparsa və öz gücünə inansa, xal qazanmaq mümkündür. Mən də bir futbolçu olaraq millimizdən bunu gözləyirəm. Əsas odur ki, meydanda öz gücümüzü tam göstərək.

– Milli komandanın üzvü olaraq, “Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsindəki şanslarını necə dəyərləndirirsiniz?

– “Qarabağ” artıq illərdir Avropada özünü sübut edib. Təcrübəli komandadır, dəfələrlə böyük turnirlərdə uğurla çıxış edib. Mən inanıram ki, bu dəfə də layiqli mübarizə göstərəcəklər və azarkeşlərimizi sevindirəcəklər. Bir futbolçu olaraq mən də “Qarabağ”ın uğurları ilə qürur duyuram və onlara yalnız uğurlar arzulayıram.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://sportal.az
archiveBu xəbər 30 Avqust 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri