Yuventus Barselona nın oyunçusunu TRANSFER EDƏCƏK
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İspaniyanın "Barselona" klubunun gənc futbolçusu Runi Bardaqji yay transfer dönəmində komandanı tərk edə bilər.
Milli.Az xəbər verir ki, xarici mətbuatın yaydığı məlumata görə, isveçli vingerə bir neçə klub tərəfindən ciddi maraq var.
Xüsusilə İtaliyanın "Yuventus" klubu futbolçunu yaxından izləyir və onu icarə əsasında heyətinə qatmaq niyyətindədir. Turin təmsilçisinin yaxın vaxtlarda bu istiqamətdə addım ata biləcəyi bildirilir.
Bununla yanaşı, Fransanın "Monako", Portuqaliyanın "Portu" və İspaniyanın "Betis" klublarının da Runi Bardaqjini transfer etmək istədiyi qeyd olunur.
Xatırladaq ki, gənc oyunçu 2025-ci ilin yayında Danimarkanın "Kopenhagen" klubundan 2,5 milyon avro qarşılığında "Barselona"ya keçib. Onun gələcək karyerası ilə bağlı yekun qərarın yaxın zamanda veriləcəyi gözlənilir.
Hüseyn
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 21 Aprel 2026 12:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















