Yuventus Motta ilə bağlı qərararını verdi
Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Son vaxtlar nəticələri ilə azarkeşlərini sevindirmədiyi üçün təzyiq altında olan “Yuventus”un baş məşqçisi Tyaqo Mottanı yaxın gələcəkdə postundan qovulmaq təhlükəsi gözləmir.
Fanat.Az xəbər verir ki, bu barədə məlumatı "La Gazzetta dello Sport" yayıb.
Mənbənin iddiasına görə, Turin klubunun rəsmiləri hələ də Mottaya etibar edirlər. Eyni zamanda, “qoca sinyora”nın bosslarının bu mövsüm üçün minimal hədəflər qoyduğu qeyd edilir. Belə ki, rəhbərlik komandanın qarşısına Çempionlar Liqasının 1/8 finalına yüksəlməyi hədəf qoyub. Mottanın yetirmələri bunun üçün PSV-ni keçməlidir.
"Yuventus" hazırda A Seriyasının turnir cədvəlində 5-ci yerdədir.
Mirağa

“Yuventus” Motta ilə yolları ayıracaq
17 Mart 2025 23:28
Tiaqo Motta “Yuventus”dan göndərilə bilər
21 Fevral 2025 09:42
Yuventus Motta ilə yollarını ayırdı: yeni baş məşqçi məlumdur RƏSMİ
25 Mart 2025 00:46
Motta getdi, o gəldi Yuventus yeni baş məşqçisini açıqladı
23 Mart 2025 20:47
Yuventus Poqba ilə bağlı qərarını verdi
15 Noyabr 2024 23:51

