Icma.az
close
up
RU
Yuxarı yaşa görə işə götürməmək qanunsuzdur AÇIQLAMA

Yuxarı yaşa görə işə götürməmək qanunsuzdur AÇIQLAMA

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

Adətən 45-50 yaşdan sonra insanların iş tapması xeyli çətinləşir. Əksər işəgötürənlər gənc kadrlara üstünlük verir, 35, xüsusilə 45 yaşı ötənlərə isə şans tanımırlar. Digər tərəfdən pensiya yaşı 65-dir və bu o deməkdir ki, insanlar daha 15-20 il işləməyə ehtiyac duyurlar. Lakin onlar üçün iş imkanlarının məhdud olması sosial və iqtisadi problemlərə gətirib çıxarır.

Millət vəkili Fazil Mustafa Metbuat.az-a açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı problem bəzən dövlət qurumlarında da müşahidə olunur:

“Xüsusilə özəl sektor inkişaf etməlidir ki, bu yaşda olan insanların da əməyindən, bilik və bacarıqlarından, ixtisaslarından istifadə olunsun. Yəni dövlət qurumlarında belə bir tələb qoyulması anlaşılandır. Lakin digər qurumlarda, xüsusən özəl sektorda bu cür məhdudiyyətlər olmamalıdır və daha yaxşı mütəxəssislərin ora cəlb olunması təmin edilməlidir”.

F.Mustafa yaşı irəliləyən insanların bu problemdən əziyyət çəkdiyini vurğulayıb:

“Bizə də bu barədə çoxsaylı müraciətlər daxil olur. Bu maneələrin aradan qaldırılması isə bilavasitə özəl sektorun inkişafından asılıdır. Özəl sektor nə qədər çox inkişaf edərsə, bir o qədər çox iş yeri açılar və nəticədə ümumilikdə işsizliyin azalmasına nail olmaq mümkün olar. Hər halda biz sahibkarlığın inkişafına daha çox diqqət yetirməliyik ki, bu problemləri müəyyən dərəcədə azalda bilək. Burada əsas məsələ mövcud infrastrukturun qurulmasıdır, həm də sahibkarların ixtisaslı işçi qüvvəsi tapmaq imkanlarının artırılması vacibdir. Sahibkarlar əlverişli və ucuz işçi qüvvəsi axtarırlar, lakin eyni zamanda ixtisaslaşmış kadrların olması da son dərəcə önəmlidir”.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov isə əmək bazarında işçi qüvvəsinin çox olması səbəbindən işəgötürənlərin əsasən daha cavan şəxsləri işə götürməyə üstünlük verdiyini qeyd edib:

“Lakin dövlət qulluğunda vəziyyət fərqlidir. Dövlət qulluğuna 65 yaşa qədər olan şəxslər müraciət edə, imtahan prosesindən keçərək qəbul oluna bilərlər. Əsasən bu cür hallar özəl sektorda baş verir və tamamilə qanunsuzdur. Ümumiyyətlə, normal bir işəgötürən 40-45 yaşlı işçidən niyə imtina etməlidir? Axı bu, insanın ən təcrübəli və ən enerjili dövrüdür. Təəssüf ki, belə hallar mövcuddur, baxmayaraq ki, bu, qanunla qadağan olunur”.

Mütəxəssis pensiya yaşına az qalmış işçilərin əmək müqaviləsinə xitam verilməsinə qadağa qoyulmasından da danışıb:

“Hazırda bununla bağlı bəzi təkliflər var, lakin mən bunun tərəfdarı deyiləm. Səbəblərini də izah etmişəm – bu, effektiv işləmir. Məsələn, Rusiyada belə bir qanun qəbul olundu, amma nəticə vermədi. Qazaxıstanda da eyni hal müşahidə olundu. Burada əsas prinsip odur ki, əgər işçi təcrübəli və peşəkardırsa, vakansiya olduğu təqdirdə o, mütləq işə götürülməlidir”.

S.Məmmədovun sözlərinə görə, hazırda ixtisaslı fəhlə çatışmazlığı var:

“Məsələn, ölkəmizdə tornaçılar, çilingərlər çatışmır. Əgər 45, 50, hətta 55-65 yaş aralığında belə ixtisaslara sahib şəxslər varsa, onlara hər zaman iş tapılacaq. Lakin bəzən bu məsələ bəhanəyə çevrilir, halbuki bu, qanunsuzdur. İşə qəbul etməmə halına görə məsuliyyət nəzərdə tutulsa da, bunu sübut etmək olduqca çətindir. Əmək bazarında işçi qüvvəsinin çox olduğu ölkələrdə bu problemlər daha geniş yayılıb. Bu isə tamamilə qanunsuz bir məsələdir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 11 Mart 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see319

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see318

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see290

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see289

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see284

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see276

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see258

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see251

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see249

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see240

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see236

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see230

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see210

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see199

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri