Icma.az
close
up
RU
Yuxu Vüqar Əmrahın yeni hekayəsi

Yuxu Vüqar Əmrahın yeni hekayəsi

Kulis.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kulis.az Vüqar Əmrahın "Yuxu" adlı yeni hekayəsini təqdim edir.


Molla Qasım ayağında rezin çəkmə, irin-nəcis dolu quyuda üfunətdən boğula-boğula dayanmışdı. Baxışlarını göy üzündən çəkə bilmirdi. Qapqara səmadakı buludlar qəribə formadaydı. Elə bil sarı palçığa bulaşmış pambığı hündür tavandan asmışdılar. Əsən meh uzaqdan tüküpərdici səslər gətirirdi. Səslərdən biri qulağının dibində ildırım kimi gürüldadı:

– Molla Qasım! “Maun” surəsi, dördüncü “statya”, beş il nəcis yeməyə məhkum edilirsən! Apelyasiya şikayəti qəbul olunmur!
– İlahi, günahım nədir? – səsin hardan gəldiyinə qulaq verib, yazıq-yazıq soruşdu. Səs hər yerdən gəlirdi:
– Zəhirmar İlahi, azar İlahi! Bütün ömrün boyu elədiyin qələtlərin içində itib-batmısan! Bu cəzaya görə şükür elə!

Başını müticəsinə aşağı salıb, gözünü quyunun içindəki “yavanlığına” dikdi. Günahlarını üzünə oxuyub, dəftərini sol tərəfdən verib hər şeyi izah eləsələr də, yenə həyasızcasına “günahım nədir” deyib fikirləşirdi. “Elə bircə mənəm?” – baxışını qaldırıb yenə göy üzünə baxdı. Sonra boylanıb ətrafa göz gəzdirdi. Heç kim yox idi. Əlindəki uzun çömçəylə quyudakı möhtəviyyatı qarışdirdı. Qusmağı gəldi. “Aman Allah, bunu necə yemək olar” – demək istəyirdi ki, yenidən qulağının dibində ildırım çaxdı:

– Hə, başla görək, uzatma!

Çömçəni yarımçıq doldurub gözlərini yumdu: – “İlahi, mənə yazığın gəlsin!”

– Ağzına qədər doldur! – vahiməli səs yenidən gürüldadı. – Onu qəbiristanda hoqqabazlıq eləyəndə fikirləşəydin!

Qan-tər içində yuxudan ayıldı. Baş qoyduğu mütəkkə su içində idi. “İt oğlu, it! Sənə doxtur diplomu verənin... – qeyri ixtiyari cibini axtardı, əlinə darbalağın düyməsi dəyəndə yataqda olduğunu anladı, – üç gündə görmədiyim dəhşət qalmadı”. Dərindən nəfəs alıb ətrafa boylandı:
– Qələm! – arvadını səslədi. – Ay qız, Qələm!

Səs-səmir yox idi. Bədəninin ora-burasını çimdiklədi. Hələ də yuxunun təsirindəydi. Ayaqlarını çarpayıdan sallasa da yerə basmağa qorxdu. Elə bildi ki, yenə quyunun dibindəki nəcisə girəcək. Üz-gözünü turşudub dodaqaltı mızıldandı “Sənə diplom verən baş həkimin...”

Şalvarını əyninə keçirib qonşu otağa boylandı. İnsultdan güclə toxtamış qoca atasını evə gətirmişdi. Xəstəni evə buraxanda həkim uzun-uzadı nitq söyləmişdi:

– Molla Qasım! İnsult yunan sözüdür. Tərcüməsi Allahın qapazı deməkdir. İstəsə canımızı bir göz qırpımında alar. Amma almır. Deməli qapaz qədər günahımız var, – hiyləgər gözlərini Qasıma zilləyib sanki, günahı orda axtarmışdı. – Deməli nəyisə başa salmağa çalışır. O günahlardan biri də sağlamlığa qarşı səhlənkarlıqdır. İnsana demək istəyir ki, “ay eşşək, can sağlığı sənə verdiyim ən böyük hədiyyədir. Sən də o hədiyyəni mənim üzümə çırpırsan. Hələ mən humanistəm ki, canını almıram, sən eşşəyə qapaz vururam. Get, sağlamlığına diqqət elə!” Həə, belə işlər də var, – həkim nəfəsini dərib gözünü Qasıma zilləyəndən sonra davam etmişdi: – Gəl belə eliyək, Qasım kişi! Xəstəxanada qaldıqca xərcin çox çıxır. Xəstəni apar evə, müalicəni orda davam elətdirərsən.

Molla Qasım da dilucu sağ ol deyib halallaşmaq istəmişdi:
– Göydə Allah, yerdə həkim, ay doxdur.

Həkimin cavabı molla Qasıma qəribə gəlmişdi

– Hələ yerdəkini razı sal, göynən sora əlləşərsən, Qasım kişi! Necə halallaşaq, qumar ayağıynan, yoxsa Allah qaydasıynan?

Molla Qasım da əstəğfurullah eliyib, üz-gözünü turşutmuşdu:

– Molla adamam, doxtur, əlbəttə, Allah qaydasıynan!
– Onda beş yüz manat! – həkim qıpqırmızı qiymət oxumuş, Qasım da məcbur qalıb deyilən məbləği vermişdi. Atasını maşına mindirəndən sonra ürəyi dözməmiş, geri qayıdıb soruşmuşdu:
– Doxtur, bəs qumar ayağıynan halallaşsaydıq, neçə olardı?
– Qumar ayağıynan? – həkim yayxanıb oturduğu kətildə altdan yuxarı molla Qasıma baxıb başını qaşımışdı. – Əşşi, nə verərsən, verərsən da, – demişdi.

Onda molla Qasıma elə bil paz soxmuşdular. Ürəyində özünə də, dilinə də, bütün qaydalara da söyə-söyə pilləkənlərdən düşmüşdü.
– Ay qız, Qələm! – yenidən, hikkəylə arvadını səslədi.
– Nolub, ay kişi? – Qələm də eyni hikkəylə cavab verdi, – qoymazsan işimizi görək? Ondansa dur kişinin yeməyini ver!
– Deyəsən sənin cüvəllağı əmin oğlunun ağzında söz durmur, – molla Qasım arvadının üzünü görməsə də, hənirtisini eşitdi, – bir toyda danışır, bir yasda.
– Nəyi deyirsən? – Qələm özünü bilməməzliyə qoydu. Əslində molla Qasımım lətifəyə dönən əhvalatına hamıdan çox Qələm gülürdü.

Molla Qasım ağzını doldurub: “Bir Allah qalmışdı, ona da danışıb” demək istəyirdi ki, tavana baxıb dilini dişlədi: “Eybi yox, yəqin bir də ölüsü düşər” – ürəyində əmioğlunu qarğadı.
Atası uzanan çarpayının qırağında oturdu. Kişinin saç-saqqalı, qaşları dümağ idi. Sifətinin dərisi üçcə günün içində qırışmışdı. Baxışları bir nöqtəyə zillənmişdi. Elə bil Qasımın yuxuda gördüyü dibsiz quyudan baxırdı. Nitqi tutulduğundan baxışları ilə danışırdı. Uşaqlıqda Qasımı şapalaqlayan sağ əli də qurumuşdu. “Adam olmağım üçün məni şapalaqlayırdın. Guya oldum...” – Qasım fikrindən keçirsə də, atasının baxışlarından eyməndi. Sövq-təbii baxışlarını tavana çevirdi. Bir ay qabaq Qələmin əmisi rəhmətə gütmişdi, yas gününü xatırladı. Onda Qələmin əmisi oğlu molla Qasıma az qala yalvarmışdı:

– Oktay məşğuldur, ayrı molla da yoxdur, keçib əziyyətindən, yası yola ver.

Oktay kəndin ikinci mollası idi. Səliqəsi, davranışı ilə hamının hörmətini qazanmışdı. Molla Qasım bunu bilir, həm də qısqanırdı. Ürəyində əmoğluya söymüşdü: “Gedim gəzim gəlim. Tapdım, tapdım. Tapmadım, yenə gözəlimsən ki, gözəlim”.

Qəbiristanda mərhumun məzarı üstə “Ya sin” oxuyurdu. Oktay molla Qasımdan əvvəl gəlmişdi, indi də başqa qəbirin ayağında dayanıb ruh oxşayan avazla “Ya sin” oxumağındaydı. Molla Qasımın səsini batırmış, Qasım buna dözməmişdi. Tez-tələsik “Ya sin”i bitirəndə əmioğlu etiraz etmişdi:

– Ay Qasım, Oktay səndən əvvəl başlayıb, amma hələ “Ya sin”in ortasındadır. Sən nə tez oxudun?

Qasım da ürəyində əmoğluya tüpürüb cavab vermişdi:

– Gəl gedək, mən yarayan yerlərini oxumuşam, o hamısını oxuyur. Dədən rəhmətlik də yarayan zibil deyildi...

Əmioğlu da acığını Qasımdan hadisəni lətifəyə döndərməklə çıxmışdı.

Atasının sonsuzluğa baxan baxışlarını tutmağa çalışdı. İstədi desin ki, sən öləndə “Yasin”i axıra qədər oxuyacam, ata. İstədi desin ki, “Bilirəm, “Yasin”in yaramayan yeri yoxdu”. İstədi desin ki, “Quranı oxuyursansa gərək əməl edəsən. Əməl edəndə bu dünyada yaşamaq olmur, ata!” – amma demədi. Ovqatı təlx oldu. Yuxusu kabusa dönüb vücudunu titrətdi. – “Əməl etməyəndə də beş il nəcis yeməyə məhkum olursan. Tərs kimi apelyasiya da qəbul olunmur. Ehh.., ən düzü heç oxumamaqdır. Allah da səni müalicə edən doxtura oxşayır, ata. Yəqin özü içir, çəkir, xəstələrə deyir olmaz! Görəsən ona diplomu kim verib?” – oğrun-oğrun tavana baxdı. Fikrinə özünün də gülməyi gəldi. – “Görəsən beş ildən sonra cəzanın axırı nə olur?” – Vaxtilə mükəmməl əzbərlədiyi Quranı beynində vərəqlədi. Ağlına yarayan fikir gəlmədi. – “Beş il nəcis yeyən adamda adamlıq qalar? Özü də deyir ki, mən bağışlayanam. Tutaq ki, bağışladın. Beş il nəcis yeyəndən sonra Ədn bağındakı çay kənarında oturub Səhləb şərabı içsən nə olar, içməsən nə?” – özünü çimdikləsə də heç bir ağrı hiss etmədi.

– Beş ildən sonra nə olacağını bilmək istəyirsən? – səs bu dəfə nədənsə mülayim soruşdu. – Onu mənə diplom verən deyəcək! – cümlənin ikinci hissəsi yeri-göyü titrətdi, az qaldı Qasımın qulağının pərdəsi partlasın. – Qəbahətə davam elə, sonra da gəl bağışlanmağını istə? Ay sən öləsən! Beş ilin nağdıdır! Gerisinə baxarıq hansı çayın kənarında oturacaqsan! Bizdə çay çoxdur!

Qasımın tükləri biz-biz oldu. “Bir az da mübahisə eləsəm “statyam” ağırlaşacaq. Yaxşısı budur səsimi kəsib deyilənlə razılaşım” – Gözünü çarpayının altındakı döşəməyə çevirdi. Döşəmə əvəzinə dibi görünməyən uçurum vardı. Çarpayı uçurumun lap kənarındaydı. Öz-özlüyündə əmin oldu ki, uçurumun dibi nəcislə doludur. “Məni indi bu uçurumdan aşağı buraxsalar, beş ilə həmən dibinə çataram. Görəsən bu müddət “statyadan” çıxılır? – bir az ümidlənib, yenə beynində “Ya Sin”i “vərəqləməyə” başladı. Yox! Ümid verəsi heç nə tapmadı. Tavana baxa-baxa yaltaqlanmağa başladı: “Düz deyirsən, cənab Hakim! Günah özümüzdədir. Adam kimi yaşaya bilmirik. Namazımı qılanda fikrim qalır Qələmin verdiyi siyahıda. Gecə çaşıb bir “xahiş” eləsən, səhər əl boyda siyahıda yüz deşik göstərir. Bilmirsən hansını qapıyasan” – başını aşağı salıb tavandan cavab gözlədi. Peysərinin qaşınmağıyla cavabın gəlməyi bir oldu:
– Öz adından danış! Hamı sənin kimi cüvəllağı deyil! Özün də danışa-danışa quyunun içindəkindən çömçələ!

“Nə ədili-düdülü poxa keçmişəm? – dilinə gətirməyə cürəti çatmasa da Qasımın peysəri od tutub yanırdı. – Bu boyda haqq-hesabı heç on beş ilə də qurtarammaram”, – bu dəfə hündürdən deməyə cəsarəti çatdı.

– Onda tez-tez ye! – Səs getdikcə mülayimləşib az qala yalvarışa keçdi. – Sənə quzu kəsim, Qasım! Axı mənim də işim-gücüm var. Tək sən deyilsən ey... Dünya sənin kimilərlə doludur. Hərəyə bu qədər vaxt ayırsam məndə Allahlıq qalar? Di tez elə, Qasım bala, qadan alım, – tavandan bir əl uzanıb Qasımın başını sığallamağa başladı.

Birdən atasının öskürək səsinə ayıldı. Əlindəki qaşıqla atasını yedirir, kişi də yanaqlarından yaş süzülə-süzülə baxışlarını məchul nöqtəyə zilləyib qurumayan əli ilə Qasımın başına sığal çəkirdi...

Kim bilir? Qaşıq udlağa dirənəndə hamının gözü yaşarır. Və instinkt əlləri Allaha uzadır...

Maqsud İbrahimbəyovun 90 illiyi qeyd olunacaq - Sərəncam Niderlandda Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert keçirildi 14 Fevral nə günüdür? - Sevgililər günü, yoxsa...
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://kulis.az
archiveBu xəbər 18 Fevral 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəticələr Türkiyənin Suriyada möhkəmlənməsinə xidmət edəcək

16 Oktyabr 2025 10:26see369

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see283

Ağsuda yollar təmir ediləcək

16 Oktyabr 2025 14:54see167

Bakıda yol kənarında fahişələrin axşam bazarı (VİDEO)

16 Oktyabr 2025 04:40see154

Erkən ölüm riskini artıran əsas amillər BƏLLİ OLDU TERAPEVT AÇIQLADI

16 Oktyabr 2025 16:17see147

10 minədək taksinin icazəsi ləğv ediləcək? Video

16 Oktyabr 2025 07:03see142

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see137

Xəstəxanada əməkdar artistə infeksiya keçib Durumu ağırdır

16 Oktyabr 2025 15:58see135

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see133

Tramp Putinə təzyiqləri artırmağa hazırdır Britaniyalı ekspert

16 Oktyabr 2025 18:31see132

Finlandiyalıların bir çoxu erkən pensiyaya çıxmaq arzusundadır

16 Oktyabr 2025 04:03see130

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see128

Yanacaqdoldurma məntəqələri benzini qatqılarla kəsməyə başlayıb...

16 Oktyabr 2025 18:26see128

“Qqlobal savaş baçlaya bilər” ŞƏRH

16 Oktyabr 2025 14:56see126

Ən kinli insanlar bu qan qrupundan olurlar ARAŞDIRMA

16 Oktyabr 2025 04:05see126

Avropa ölkələrini də geridə qoymaq üzrəyik Sosioloq

16 Oktyabr 2025 06:24see124

Vətən müharibəsinin xronikası: 16 oktyabr VİDEO

16 Oktyabr 2025 08:01see123

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see123

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see121

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri