Icma.az
close
up
RU
Yuxuda şam görmək nə deməkdir?

Yuxuda şam görmək nə deməkdir?

Icma.az bildirir, Milli.az portalına istinadən.

Yuxuda şam görmək; Bu, xəyalpərəstin cəmiyyətdə çox sevilən və hörmət edilən bir insan olduğuna işarə edir. Yuxuda şam görmək; Ümumiyyətlə bəşəriyyət üçün faydalı olan birinə aiddir. Xəyalpərəst insanlıq üçün xeyriyyəçi bir şəxsiyyətə malikdir və ehtiyacı olan insanlara kömək edir.

Yuxularda bir çox şey görürük. Bunlardan biri də şamdır.

Bəs, yuxuda şam görmək hansı mənaya gəlir?

Milli.Az lent.az-a istinadən yuxuda şam görməyin hansı mənaya gəldiyi ilə bağlı qısa xülasəni təqdim edir:

Yuxuda şam görməyin mənası

Yuxuda görülən şeylər bəzən şüuraltının bir əksi, bəzən isə bizə göndərilən işarələr hesab edilir. Yuxuda şam (mum) görməyin mənası, onun necə və hansı şəkildə görüldüyünə görə dəyişir. Ümumi olaraq, yuxuda şam görmək insanlara faydalı bir iş görmək kimi yozulur.

Yuxuda şam görmək nədir?

Yuxuda şam görmək, rüya sahibinin ətrafındakı insanlara xeyir verəcəyinə, kimlərəsə kömək edəcəyinə və ehtiyacı olan birinə əl uzadacağına işarədir. Bu yuxu həm də yardım istəyən bir insana mütləq kömək etmək lazım olduğuna dair bir işarədir. Əgər sizə kömək üçün müraciət edən biri varsa, onu geri çevirməməli və yardım etməlisiniz. Digər tərəfdən, yuxuda şam görmək dini inancı olan bir insanın doğru yolda olduğunu göstərir. Bu insan atdığı addımlarda imandan uzaqlaşmamalı və yanlış istiqamətlərdən çəkinməlidir.

Yuxuda şam söndürmək nədir?

Yuxuda şam söndürmək rüya sahibinin dinə və mənəviyyata olan bağlılığının azalmasına işarədir. Şamın söndürülməsi, insanın ruhən boşluğa düşməsi və mənəvi həyatında qaranlıq hiss etməsi ilə əlaqələndirilir. Bu yuxunu görən şəxs yenidən imanına və mənəvi dəyərlərinə sahib çıxmalı, öz yolunu tapmalıdır.

Yuxuda şam yandırmaq nədir?

Yuxuda şam yandıran şəxs, həyatına və ətrafına işıq saçacaq, biliyi ilə başqalarına yol göstərəcək və köməyə ehtiyacı olanlara əl tutacaq. Bütün çətinliklərdən çıxaraq aydınlığa qovuşacağına işarədir. Əgər yuxu sahibi arzusu və ya istəyi olan bir insandırsa, bu istəyin yerinə yetəcəyinə də yozula bilər.

Yuxuda şam üfləmək nədir?

Yuxuda şamı üfləmək müsbət bir işarə hesab edilmir. Birinin ümidini qırmaq, kimisə incitmək, yanlış addımlar atmaq, başqasına böhtan atmaq və ya kiminsə həyatına mənfi təsir göstərmək kimi mənaları ola bilər. Əgər yuxunu görən şəxs bu cür bir səhv hərəkət edibsə, tezliklə üzr istəməli və səhvini düzəltməlidir. Əks halda, öz həyatı da mənəvi qaranlığa qərq ola bilər.

Yuxuda şam işığı görmək nədir?

Yuxuda şam işığı görən şəxs, gözlədiyi kömək və dəstəyi yüksək bilikli və mədəni bir insandan alacaq. Əgər iş axtarırsa, bu cür bir insanın yanında işləməyə başlayacaq. Sevgi və münasibət axtarışındadırsa, həmin keyfiyyətlərə sahib biri ilə tanış olacaq. Maddi yardıma ehtiyacı varsa, ona bu cür xeyirxah bir insan kömək edəcək.

Yuxuda ərimiş şam görmək nədir?

Əgər yuxuda şam yanaraq əridiyini görsəniz, bu, özünüzü boş şeylərə görə həddindən artıq yorduğunuza və özünüzə əziyyət verdiyinizə işarə edir. Əgər sönmüş və ərimiş şam görmüsünüzsə, bu, artıq ruhən yorğun olduğunuzu və həyatdan bezdiyinizi göstərə bilər.
Yuxunu görən insan həyata daha pozitiv yanaşmalı və öz ruh halını yaxşılaşdırmalıdır.

Yuxuda yanmamış şam görmək nədir?

Heç yanmamış bir şam görmək, yeni bir başlanğıc etmək anlamına gəlir. Keçmişi geridə qoymaq və yeni bir səhifə açmaq lazımdır. Əgər yuxuda bu yanmamış şamı yandırırsınızsa, bu, yeni həyatınızda uğur qazanacağınız mənasını verir.

Digər rəvayətlərə görə şam yuxularının mənası

Yuxuda mescidə şam qoymaq - uşağınızın alim və ya bilikli bir insan olacağına işarədir.

Sönmüş şam görmək- həyatda diqqətli və ehtiyatlı olmaq lazım olduğunu bildirir.
Yanan şam görmək -dostlar arasında nüfuzun azalacağına və işlərdə çətinliklərin olacağına işarədir.
Evdə və ya otaqda yanan şam görmək - sizə böyük bir yaxşılıq ediləcəyinə və sevinəcəyinizə işarədir.
Birinin əlindən yanan şam almaq - sizə həmin insandan yardım gələcəyini göstərir.
Evdəki yanan şamın sönməsi - bədbəxt hadisələrə işarədir.
Əlinizdə olan şamı kiminsə söndürdüyünü görmək - sizə o insandan zərər gələ bilər.
Subay kişi üçün yuxuda şam görmək - yaxşı bir qadınla evlənəcəyinə işarədir.
Subay qadın üçün yuxuda şam görmək - yaxşı bir kişi ilə evlənəcəyinə işarədir.
Evlilər üçün yuxuda şam görmək - uşaq sahibi olacaqlarına işarədir.
Kasıb bir insan üçün yuxuda şam görmək - zənginləşəcəyinə işarədir.
Xəstə üçün yuxuda şam görmək - şəfa tapacağına işarədir.
Yuxuda şam görmək ümumiyyətlə xeyirli sayılır və həyatınızda müsbət dəyişikliklərin baş verəcəyinə işarə edir. Şamın yanma və sönmə vəziyyəti isə yuxunun mənasını dəyişdirə bilər. Əgər bu yuxunu tez-tez görürsünüzsə, həyatınızdakı vacib mesajları nəzərə almaq faydalı ola bilər.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:476
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 18 Mart 2025 23:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see300

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see300

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see279

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see275

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see264

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see261

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see253

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see247

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see240

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see236

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see234

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see234

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see232

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see218

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see217

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see213

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see208

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see208

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see200

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri