Icma.az
close
up
RU
Yuxuda silah görmək nə deməkdir?

Yuxuda silah görmək nə deməkdir?

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yuxuda silah görmək, adətən, düşməni məğlub edib qələbə çalmağa, güc qazanmağa və xəstəliklərdən qurtulmağa işarədir. Gözəl bir silah tapmaq yaxşı inkişaflardan xəbər verir. Tapılan silahın mənası insanın mövqeyini, gücünü, qələbəsini, yüksəlişini, hörmətini, uğurunu və ya rütbəsini ifadə edir.

Yuxularda bir çox şey görürük. Bunlardan biri də silahdır.

Bəs, yuxuda silah görmək hansı mənaya gəlir?

Lent.az yuxuda silah görməyin hansı mənaya gəldiyi ilə bağlı qısa xülasəni təqdim edir:

Yuxuda silah görmək ümumiyyətlə xeyirli işarələrə yozulur. Arzu və istəklərin həyata keçəcəyinə işarə etsə də, görülən yuxunun məzmununa görə fərqli mənalar da daşıya bilər. Bu baxımdan müxtəlif şərhlər irəli sürülə bilər və bu şərhlər vasitəsilə gələcək haqqında fikir yürütmək mümkündür. Yuxu alimlərinin və təcrübəli yuxu şərhçilərinin bu barədə verdiyi açıqlamaları oxuya və gələcəyinizlə bağlı təxminlər irəli sürə bilərsiniz.

Yuxuda silah görmək nədir?

Yuxuda silah görmək çox vaxt müsbət mənalarda yozulur. Bu mənalar arasında hörmət, güc, qüdrət, yüksəliş, vəzifə və rütbə kimi anlayışlar var. Bəzi yuxu alimlərinə görə isə bu yuxu qurtuluş və təhlükəsizlik mənasını daşıyır. Yuxu sahibinin uğurlu işlərə imza atacağı və şansının açıq olacağına işarə edilir. Qarşısına çox xüsusi imkanların çıxacağı və bu imkanlar vasitəsilə istəklərinin gerçəkləşəcəyi bildirilir.

Yuxuda birinin əlində silah görmək nədir?

Yuxuda birinin əlində silah görmək müjdəli bir xəbər alacağınıza işarədir. Bu xəbər uzaqdan gələn bir iş təklifi və ya gözəl bir işgüzar ortaqlıq ola bilər. Həmçinin, bu xəbər ailə və ya dost çevrəsində yaşanmış bir narahatlığın sona çatacağına da dəlalət edə bilər.

Yuxuda silah ilə atəş açmaq nədir?

Yuxuda silah ilə atəş açmaq, yuxu sahibinin xoşagəlməz hadisələrlə qarşılaşacağına işarə edir. Xüsusilə etmədiyi bir işdən dolayı günahlandırılaraq böyük çətinliklər yaşayacağına işarədir. Bəzi yuxu alimlərinə görə isə, tapança ilə atəş açan insanların günah işlədikləri ifadə olunur. Ailə daxilindəki sakitliyin pozulacağı və mübahisələrin baş verəcəyi bildirilir.

Yuxuda silah almaq nədir?

Yuxuda silah almaq, yuxu sahibinin iş və ailə həyatında düzən quracağına işarə edir. Dərdlərin sona çatacağına, qarşısına uğurlu imkanların çıxacağına və problemlərin aradan qalxacağına dəlalət edir. Ailə içində sülh və rifahın hökm sürəcəyi, iş həyatında isə uğurlu bir dövrün başlayacağı bildirilir. Eyni zamanda şəxsin işində yüksələcəyinə də işarə edilir.

Yuxuda silah ilə vurulduğunu görmək nədir?

Yuxuda silah ilə vurulduğunu görmək bəzi təhlükələrə qarşı tədbir almaq lazım olduğuna işarə edir. Yuxu sahibinin gördüyü tədbirlər sayəsində işlərinin yaxşı gedəcəyi, mübahisələrin sona çatacağı və problemlərin tamamilə aradan qalxacağı bildirilir. Qısa zaman ərzində həyatdakı çətinliklərdən və sıxıntılardan qurtulacağına dəlalət edir.

Yuxuda silah daşıdığını görmək nədir?

Yuxuda silah daşımaq, yuxu sahibinin bütün pisliklərdən, bədbəxtliklərdən və çətinliklərdən özünü qoruduğuna işarə edir. Eyni zamanda bu, həyatda yaranacaq bəzi problemlərə qarşı diqqətli olmaq lazım olduğuna dair xəbərdarlıq edən bir yuxudur. Şəxsin bədbəxtlikdən uzaq durmalı və münaqişəyə girməməli olduğu bildirilir. Bəzi yuxu alimlərinə görə isə bu, şəxsin layiq olmadığı işlərə bulaşacağına və haram qazanca sahib olacağına işarə edir.

Yuxuda oyuncaq silah görmək nədir?

Yuxuda oyuncaq silah görmək, yuxu sahibinin ciddi mübahisələrlə qarşılaşacağına işarədir. Bəzi xoşagəlməz sözlər eşidiləcəyi və qəlb qırılmalarının yaşanacağı bildirilir. Bu vəziyyət iş həyatında, ailə içində və sosial mühitdə baş verə bilər. Buna qarşı diqqətli olmaq və ətrafındakı insanların könlünü incitməmək tövsiyə edilir.

Yuxuda xarab silah görmək nədir?

Yuxuda nasaz və ya pozulmuş silah görmək, yuxu sahibinin həm maddi, həm də mənəvi baxımdan rahatlığa qovuşacağına işarə edir. Şəxsin qarşısına çıxacaq önəmli imkanları dəyərləndirəcəyi və çətinlik yaşamadan həyatını davam etdirəcəyi bildirilir. Maddi və mənəvi problemlərdən uzaq bir həyat sürəcəyi və ailəsi ilə birlikdə xoşbəxt olacağına dəlalət edir.

Yuxuda birinin tapança ilə yaralandığını görmək nədir?

Yuxuda birinin tapança ilə yaralandığını görmək, yuxu sahibinin haramdan uzaq dayanacağına işarə edir. Verdiyi əməklər qarşılığında halal qazanc əldə edəcəyi və bu yolla ruzi qazanacağı bildirilir. Qarşılaşacağı problemlərlə mübarizə apararaq, məsuliyyətli davranmaqla bu çətinlikləri aradan qaldıracağına işarə edilir. Yuxuda silah görmək qüvvət, təhlükəsizlik, şərəf, dövlət, rütbə, vəzifə, böyüklük, sıxıntı və kədərlərdən qurtulmaq, rifah və xoşbəxtliklə yozulur. Birinə silah çəkmək böyük bir kədərdən xilas olmağa işarədir. Silah almaq maddi vəziyyətin yaxşılaşacağına və iş imkanlarının genişlənəcəyinə dəlalət edir. Silahını satmaq vəzifə və mövqeyin itirilməsi, ziyana uğramaq deməkdir. Silahını itirmək isə həyat yoldaşı və ya qardaş kimi yaxın bir qohumun ölümünə işarə edir.
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:325
embedMənbə:https://lent.az
archiveBu xəbər 30 Aprel 2025 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see600

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see531

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see356

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see283

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see247

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see246

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see235

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see234

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see230

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see230

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see208

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see206

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see203

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see191

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see188

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see187

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see179

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see178

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see168

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri