Yuxudan gec oyanan şagirdlər bu fənlərdən daha yüksək nəticə əldə ediblər Araşdırma
Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dərslərin daha gec başlaması şagirdlərin həm yuxu rejiminə, həm də təhsil göstəricilərinə müsbət təsir göstərir.
Yeniavaz.com xəbər verir ki, bu nəticələr Sürix Universitetinin apardığı tədqiqatda yer alıb.
Araşdırma İsveçrənin Qossau şəhərində yerləşən orta məktəblərdən birində aparılıb. Tədqiqat 14 yaşlı şagirdlər arasında həyata keçirilib. Məktəb şagirdlərə dərs gününə 7:30 və ya 8:30-da başlamaq imkanı verib.
Şagirdlər eyni sorğunu iki dəfə doldurublar. Birinci dəfə dərslər köhnə qaydada, yəni 7:30-da başlayanda, ikinci dəfə isə yeni sistem tətbiq olunduqdan sonra, yəni dərslər 8:30-da başlayanda. Ümumilikdə 754 cavab təhlil edilib.
Nəticələrə görə, şagirdlərin 95 faizi dərsə daha gec başlamağı seçib. Bu dəyişiklik onların gündəlik rejiminə də təsir edib. Şagirdlər orta hesabla 38 dəqiqə daha gec dərsə başlayıb, səhərlər isə təxminən 40 dəqiqə daha gec oyanıblar.
Yatma vaxtı dəyişmədiyi üçün bu, birbaşa yuxu müddətinin artmasına gətirib çıxarıb. Beləliklə, yeniyetmələr gecə orta hesabla 45 dəqiqə daha çox yatıblar.
Eyni zamanda şagirdlərin təhsil göstəricilərində də irəliləyiş qeydə alınıb. Belə ki, səhər daha gec oyanan şagirdlər ingilis dili və riyaziyyat fənləri üzrə daha yüksək nəticələr əldə ediblər.
Bu mövzuda digər xəbərlər:Yuxudan oyanan kimi bunları edin
28 Mart 2026 17:36
Azərbaycanlı şagirdlər beynəlxalq olimpiadada yüksək nəticə göstəriblər
20 İyun 2025 02:13
Qusarda yüksək nəticə göstərən şagirdlər mükafatlandırılıb FOTO
02 May 2026 15:46
Şabranda şagirdlər arasındakı dava ilə bağlı araşdırma aparılır
10 Yanvar 2025 13:19
Yuxudan oyanan kimi qəhvə içmək olarmı?
14 Fevral 2025 02:30
Baxış sayı:153
Bu xəbər 21 Aprel 2026 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















