Icma.az
close
up
RU
Yuxudan oyandıqdan sonra 20 dəqiqədən çox yataqda uzanılı qalmaq təhlükəlidir Mütəxəssisdən XƏBƏRDARLIQ

Yuxudan oyandıqdan sonra 20 dəqiqədən çox yataqda uzanılı qalmaq təhlükəlidir Mütəxəssisdən XƏBƏRDARLIQ

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

"Havanın soyuması ilə əlaqədar olaraq maddələr mübadiləsindəki dəyişiklik, eyni zamanda hormonal balansdakı dəyişiklik bir çox hallarda insanların ruh halına, əhval-ruhiyyəsinə də təsir edir. Belə olan halda insanlar bəzən tez-tez özlərini depressiyaya qapılmış və bəzən də həyat enerjisi tükənmiş kimi hiss edirlər. Gördükləri işdən zövq almırlar. Bu halda, təbii ki, insanın həm həyat qabiliyyəti, həm də iş qabiliyyəti aşağı düşür. Ona görə də yaxşı olar ki, ümumiyyətlə, payız mövsümü gəldikdə insanlar həyat tərzinə və eyni zamanda qidalanma rejiminə diqqət etsinlər. Birinci növbədə, insanların xoşbəxtlik hormonunu təmin edən əsas amillərdən biri yuxu rejiminin düzgün təmin olunmasıdır. Bu, mütləq şəkildə axşam saat 11-dən gec olmayaraq yatılan və 7-8 saat davam edən yuxu ilə bağlıdır".

Bu fiikirləri Redaktor.az-a immuniteti gücləndirmək mövzusunda danışan qida təhlükəsizliyi hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirdi.

Onun sözlərinə görə, yuxu rejiminə əməl etdikdən sonra, yuxudan oyandıqdan ən az 15 dəqiqə sonra yataqdan qalxmaq tövsiyə olunur:

"Çünki kortizol hormonu insan yuxudan oyandıqdan sonra aktivləşməyə başlayır. Yuxudan oyandıqdan sonra uzun müddət, yəni 20 dəqiqədən artıq yataqda uzanılı qalmaq insan orqanizmində bir çox fəsadlara gətirib çıxarır. Bunun əsas fəsadları qan dövranının yavaşlaması, gümrahlığın aşağı səviyyədə olması və gün ərzində enerjisiz, yuxulu hiss yaratmasıdır. Digər bir məqamlardan biri də qidalanmadır. Birinci növbədə səhər yeməyinə diqqət etmək lazımdır. Səhər yeməyində daha çox protein tərkibli qidalardan - yumurta, süd, süd məhsulları olan pendir, qaymaq, xama kimi məhsullardan istifadə etmək tövsiyə edilir. Mövsümi meyvə-tərəvəzlərin günün hər qida qəbulunda olması mütləqdir, xüsusilə tərəvəzlərin. Çünki onlar lifli qidalar baxımından zəngindir və bağırsaqların hərəkətliliyini təmin edir. Bağırsaqlar düzgün çalışırsa, mikroflora balansı normaldırsa, bu zaman gün ərzində daha enerjili və sağlam oluruq. İmmun sisteminin güclənməsi də məhz bağırsaqlardan asılıdır".

Müsahibimiz əlavə etdi ki, mütləq şəkildə C vitamini tərkibli meyvələrdən istifadə etmək tövsiyə olunur, çünki sitrus meyvələri C vitamini ilə daha zəngindir. Dediyinə görə, bu, həm immun sistemini gücləndirir, həm də payız meyvə və tərəvəzləri təbii olaraq C vitamini ilə zəngin olur:

"Xüsusilə diqqət edilməli məqamlardan biri də havalar soyuduqca bir çox insanlarda gündəlik su qəbulunun azalmasıdır ki, bu da ciddi fəsadlara səbəb olur. Çünki insan orqanizminin 60%-ni su təşkil edir və orqanizmdə baş verən proseslərin əksəriyyəti suyun hesabına həyata keçir. Əgər su lazım olan miqdarda qəbul edilməzsə, orqanizmdə dehidratasiya, yəni susuzlaşma baş verir ki, bu da daxili orqanların fəaliyyətinin pozulmasına, həmçinin orqanizmin erkən qocalmasına gətirib çıxarır".

Məhsəti Hüseynova bildirdi ki, axşam yeməklərini yuxudan 3-4 saat əvvəl yemək məsləhətdir.

"Çünki axşam gec saatlarında qəbul edilən yeməklər düzgün həzm olunmur, ağırlaşmalara səbəb olur və bu da gecə narahat yatmağa gətirib çıxarır. Nəticədə insan səhər gümrah olmur, özünü əzgin hiss edir və bu da gün ərzində narahatlıqlara səbəb olur. Xüsusilə diqqət edilməli məqamlardan biri də qidalanmada faydalı yağlara üstünlük verilməsidir. Omeqa-3 və omeqa-6 ilə zəngin olan balıq, dəniz məhsulları, qırmızı ət, toyuq və digər quş əti məhsullarını qəbul etmək tövsiyə edilir. Gün ərzində bir ovuc çərəz qoz, fındıq, badam, fıstıq kimi məhsulların qəbulu da məsləhətdir. Onlar doymamış yağ turşuları və omeqa-3 baxımından zəngin olduğu üçün immun sistemini gücləndirir. Gün ərzində havaların soyuq olmasına baxmayaraq qapalı məkanlarda çox vaxt keçirməmək lazımdır. Mütləq şəkildə səhər və axşam təmiz havada olmaq vacibdir. Gün ərzində ən azı yarım saat gəzinti və fiziki aktivlik çox önəmlidir və sağlamlığın əsas şərtlərindən biridir. Təbii ki, yorğunluğu aradan qaldıracaq bəzi bitki dəmləmələrindən də istifadə etmək olar. Buna cökə və nanəli dəmləmələr aiddir. Eyni zamanda evdə təbii şəkildə hazırlanmış nanə, limon, az miqdarda zəncəfil və baldan ibarət dəmləmə içildikdə həm immun sistemi güclənir, həm də insan özünü daha enerjili və gümrah hiss edir", - deyə o yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Dekabr 2025 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see211

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see191

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see161

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see160

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see153

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see145

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see145

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see140

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see140

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri