Icma.az
close
up
RU
Yuyulduqdan sonra belə getməyən qoltuqaltı qoxusuna çarə

Yuyulduqdan sonra belə getməyən qoltuqaltı qoxusuna çarə

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Mütəxəssislər yuyulduqdan sonra belə paltarlarda qalan qoltuqaltı qoxusuna qarşı təsirli və qalıcı həll təqdim ediblər. Soda və oksigen əsaslı qarışımdan ibarət bu üsul, qoxunun kökündən yox edilməsində ən effektiv metod kimi göstərilir.

Milli.Az xəbər verir ki, bir çox insanın qarşılaşdığı, lakin səbəbini tam anlamadığı məsələlərdən biri paltarlarda yuyulsa belə qalan qoltuqaltı qoxusudur. Xüsusilə pambıq köynəklər, idman geyimləri və tez-tez istifadə olunan köynəklərdə bu problem zamanla xroniki hal alır. Dermatoloqların sözlərinə görə, pis qoxunun səbəbi tərin özü deyil, tərin parçadakı bakteriyalarla reaksiyaya girərək yaratdığı birləşmələrdir.

Bu bakteriyalar xüsusilə:

Sintetik parçaların liflərində, Tərin geyimdə uzun müddət qalması halında, Yanlış temperaturda yuyulduqda parçanın dərinliklərinə yerləşir və adi deterjanla tam təmizlənmir.

Tekstil tədqiqatçıları bildirir ki, keçməyən qoltuqaltı qoxusunu aradan qaldırmaq üçün ən təsirli üsul soda ilə aktiv oksigen əsaslı toz təmizləyicinin qarışığıdır. Bu qarışım həm bakteriyaları məhv edir, həm də parçadakı turşu qalıqlarını neytrallaşdıraraq qoxunu tamamilə yox edir.

Tətbiq qaydası:

1 litr ilıq suya 2 yemək qaşığı soda əlavə edin.

Üzərinə 1 yemək qaşığı oksigen əsaslı toz təmizləyici qatın.

Paltarın yalnız qoltuqaltı hissəsini 20-30 dəqiqə bu məhlulda saxlayın.

Daha sonra paltarı adi qaydada yuyun.

Kimya mütəxəssisləri qeyd edir ki, oksigen əsaslı məhsullar bakteriyaların yaratdığı qoxu molekullarını parçalayır, soda isə tərin parçada yaratdığı turşuluğu zərərsizləşdirir.

Niyə sirkə üsulu ikinci sıradadır?

Çoxları sirkəni təkbaşına istifadə etsə də, mütəxəssislər bildirir ki, sirkə qoxunu azaltsa belə bakteriyaları həmişə tam məhv etmir. Buna görə ən təsirli ikinci üsul aşağıdakıdır:

1 stəkan ağ sirkə

2 litr isti (qaynar olmayan) su

Paltarı 15 dəqiqə bu qarışımda gözlətmək

Sirkə xüsusilə pambıq parçalarda daha yaxşı nəticə verir, sintetik geyimlərdə təsiri zəif olur.

Qoxunun geri qayıtmaması üçün tövsiyələr

Mütəxəssislər uzunmüddətli nəticə üçün bu qaydalara əməl etməyi tövsiyə edir:

Paltarları tərli halda səbətə atmayın, əvvəlcə qısa müddət havalandırın.

İdman geyimlərini 40-60°C arasında yuyun.

Yuma bitər-bitməz paltarı maşından çıxarıb qurudun; nəmlik qoxunu artırır.

Sintetik geyimləri hər istifadə sonrası qısa müddət açıq havada saxlayın.

Deodorant yığılan bölgələri həftədə bir dəfə karbonatla ovun.

Lalə Qüdrətova
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 24 Noyabr 2025 23:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see147

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri