Icma.az
close
up
RU
Zahid Oruc: Bu sürücülərə yeni işıq yandıracaq

Zahid Oruc: Bu sürücülərə yeni işıq yandıracaq

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

"“Azərbaycanla Belarus arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Saziş ilk baxışda texniki xarakterli razılaşma təsiri bağışlasa da qərar ölkəmizin gələcək iqtisadi siyasətinin mühüm elementlərindən biridir.

Ölkəmiz Qələbədən sonra yeni mərhələyə daxil olur-yalnız yollar, limanlar və dəhlizlər deyil, məhz həmin infrastrukturu işlədən insan kapitalı-o cümlədən, sürücülər olmadan dövlətlərarası ticarəti hərəkətə gətirmək mümkün deyil. Belarusla imzalanan sənəd sürücülər üçün hüquqi baryerləri aradan qaldırır, daşımalar üçün yeni imkanlar açır".

Ölkə.az xəbər verir ki, bunu deputat Zahid Oruc parlamentdə çıxışı zamanı deyib. 
Onun sözlərinə görə, Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan regional nəqliyyat və logistika mərkəzinə-yəni,“hub”a çevrilməyə çalışır. "Həmin siyasətin əsasını Şərq–Qərb dəhlizi, Şimal–Cənub nəqliyyat xətti və yaxın gələcəkdə açılması gözlənilən Zəngəzur yolu təşkil edəcək. 

Ermənistanla sülh  gündəliynin nəticəsi olaraq, regionda bütün kommunikasiyalar açılacaqdır. Nəticədə, ənənəvi tarixi yollar və daşımaçılıq bərpa olunacaq, yeni marşrutlar və yük axınları yaranacaq. Lakin sürücü yoxdursa, daşıma şirkətləri güclü deyilsə, beynəlxalq sertifikatlaşma sistemi qurulmayıbsa, o zaman layihələr öz potensialını tam reallaşdıra bilməyəcək",-o vurğulayıb.

Deputat əlavə edib ki, Azərbaycanda rəsmi statistikaya görə yüz minlərlə aktiv sürücülük vəsiqəsi olan vətəndaşımız var:  'Rəqəmlər ali təhsil diplomu daşıyan insanlar qədər böyük iqtisadi gücə və potensiala malik qüvvənin varlığını göstərir. Təkcə yükdaşıma sektorunda 5 mindən artıq aktiv daşıyıcı şirkət və 30–50 min arası peşəkar sürücü fəaliyyət göstərir.
Belə bir şəraitdə Belarusla imzalanan saziş müəyyən sayda sürücülərə yeni imkanlar açır-vətəndaşlarımız daimi yaşadıqları halda hüquqi və inzibati baryerlərdən azad olunur, vəsiqələri tanındığı və dəyişmək imkanı qazandığı  üçün hərəkət müstəqilliyi əldə edir, işləməkdən ötrü əlavə imtahanlardan keçmir, izafi vaxt və maliyyə resursu itirmir. Nəticədə, əmək bazarı genişlənir, gəlir dövriyyəsi və iqtisadi aktivlik artır.

İkincisi, saziş logistika şirkətləri üçün ciddi üstünlüklər yaradır. Çünki sürücü çatışmazlığı dünyada böyük problemdir. Nəinki Avropada, keçmiş sovet məkanında da yüz minlərlə sürücüyə  ehtiyac var. Bir sürücü xaricdə həftələrlə bürokratiyaya və sənədlərini dəyişməyə sərf edirsə, bütün logistika zənciri zəifləyir. Ona görə də müzakirəyə çıxarılan  Saziş mühüm iqtisadi-sosial əhəmiyyətə malik olmaqla, iki ölkə arasında tranzit sürətini artırır, xərcləri azaldır və daha rəqabətli  mühit yaradır.
Hesablamalara görə, belə razılaşmaların geniş tətbiqi nəticəsində yükdaşımaların səmərəliliyi 10–15 faiz arta, logistika xərcləri 5–10 faiz azala, ümumi tranzit gəlirləri isə orta müddətdə yüz milyonlarla dollar arta bilər. 
Azərbaycan artıq Türkiyə, Gürcüstan, Qazaxıstan, Ukrayna və digər ölkələrlə oxşar sazişlər imzalayıb. Belarusla əməkdaşlıq sürücülük vəsiqəsinə malik insanlarımız üçün coğrafiyanı daha da genişləndirir. 

Lakin biz sürücülük və daşımaçılıq sektorunu ayrıca iqtisadi strategiya səviyyəsinə qaldırmalıyıq. İran ətrafında savaş götrədi ki, dünyada yeni güc mərkəzləri yalnız enerji və texnologiya ilə deyil, həm də logistika ilə formalaşır.
Ölkəmizin unikal üstünlüyü var-əlverişli coğrafi mövqe, inkişaf etmiş nəqliyyat infrastrukturu və artan beynəlxalq tərəfdaşlıq yaratmışıq. Lakin bütün bunları birləşdirən əsas element insan kapitalıdır. 

Dünyada logistika bazarı trilyonlarla dollar həcmindədir. Biz beynəlxalq sertifikatlı sürücülər hazırlamalıyıq, logistika təhsilini genişləndirməliyik. Ona görə də ölkəmizdə iri və geniş miqyaslı daşıma şirkətlərinin formalaşmasına ehtiyac var. Dünyada kiçik operatorlarla deyil, böyük logistika brendləri ilə rəqabət aparılır. Hökumət nə qədər belə qərarlar qəbul etsə, nəqliyyat sistemimizin hərəkət coğrafiyasını, deməli, ticarət və daşımaçılığın miyqasını genişləndirmiş olacaq. O zaman yalnız neftdən asılılığa da son qoyulacaq".

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://olke.az
archiveBu xəbər 10 Aprel 2026 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see363

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see337

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see333

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see329

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see311

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see307

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see291

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see291

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see277

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see263

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see259

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see241

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see235

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see235

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see234

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see231

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see202

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri