Icma.az
close
up
RU
Zahid Oruc: İlham Əliyev Ukrayna üçün xilas formullarını müxtəlif dövrlərdə göstərib

Zahid Oruc: İlham Əliyev Ukrayna üçün xilas formullarını müxtəlif dövrlərdə göstərib

Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukrayna üçün xilas formullarını müxtəlif dövrlərdə göstərib.
Reyting.az
xəbər verir ki, bu sözləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc deyib
O bildirib ki, ABŞ Prezidenti Donald Trampın Ukrayna üçün irəli sürdüyü sülh planı dünyada əsas müzakirə mövzularından biridir:
"Donald Tramp ikinci prezidentliyi dövründə əsas diqqətini Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına yönəldib. Bunun üçün də o, bütün təsir imkanlarından istifadə edir. Donald Tramp, ilk növbədə, Avropa Birliyini bu savaşı maliyyələşdirməyə yönəltdi. Digər tərəfdən, iqtisadi təzyiqlə cavab verdi. Bunu həm NATO üzvləri qəbul etməyə məcbur oldu, həm də Ukrayna həmin şərtlərə tabe edildi. Son olaraq Pokrovsk və Kupyansk əməliyyatları Rusiyanın mövqeyini xeyli gücləndirdi. Ukrayna Qərb və Rusiya arasında bazarlıq predmetinə çevrildi. Ukraynanın daxili məsələlərində də böhranla üz-üzə qalan Prezident Zelenski xalqa və dünyaya müraciət edərək təklif edilən 28 bəndlik müvəqqəti sülhün və ya atəşkəsin çox amansız olduğunu bildirdi. Zelenskinin bu şərtlərə imza atması Ukraynanın siyasi xəritədə əvvəlki formada qalmasını qeyri-mümkün edir".
Deputat vurğulayıb ki, Ukrayna xalqının faciəsinə baxdıqda Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda əldə edilən qələbənin mühümlüyünü bir daha anlamaq mümkündür:
"Bu qələbənin nələrin bahasına başa gəldiyini anlayırıq. Azərbaycanın nəinki haqlı savaşına, hətta ərazilərinin bərpasına da hər hansı bir yardım göstərilmədi. Vətəni uğrunda savaşan Ukrayna xalqı Azərbaycan tərəfdən rəğbəti görür. Azərbaycan qələbədən sonra da öz maliyyə resursları hesabına, xalqına güvənərək həmin ərazilərdə tikinti-bərpa işləri aparır. Bir sözlə, Prezident İlham Əliyev Ukrayna üçün xilas formullarını müxtəlif dövrlərdə göstərmişdi. Azərbaycan xalqı və Türk dünyası qələbəmizi dəyərləndirərkən bu qələbənin hansı miqyasda olduğunu anlamalıdır. Ukrayna üçün irəli sürülən sülh formulu Azərbaycanın qələbə ilə əldə etdiyi sülh formulundan çox fərqlidir".
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://reyting.az
archiveBu xəbər 22 Noyabr 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri