Icma.az
close
up
RU
“Prezident İlham Əliyev Qafqazı I Pyotrdan geri alıb“ Zahid Oruc

“Prezident İlham Əliyev Qafqazı I Pyotrdan geri alıb“ Zahid Oruc

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Qələbə təqvimimizin 5-ci ilində əsrlərlə məruz qaldığımız torpaq və sərvət itkiləri, məcburi köçkünlük və qaçqınlıq dərdi, daimi inamsızlıq və dərin genetik qorxularımız tarixə qovuşur, yeni qalib milli kimlik erası başlanır. Yaxşı xatırlayırıq, 1-ci Qarabağ müharibəsindən sonra “Azərbaycan xalqı döyüşə bilməz” deyən, başqa millətlərə həsəd aparan və natamamlıq kompleksi yaşayan çoxlu insan vardı. Son iki əsrdə biz silahlı düşməndən çox satqınlığa və xəyanətə, səs sürəti ilə yayılan şayiələrə, başıpozuqluğa, içimizdəki inamsızlığa yenilirdik".

Moderator.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib.

O qeyd edib ki, tariximizdə ilk dəfə, birinci şəxs bütün döyüş meydanlarında öndə getdiyi üçün hamı bir axına çevrildi: “Yeraltı sərvətlərimiz, yerüstü qüvvələrimiz və göylərdəki ordumuz həndəsi dillə desək, üçölçülü fəzada bir amala yönəldi. 5 oktyabr 2020-ci ildə düşmən xəttinin çətin yarıldığı günlərdə Müdafiə Naziliyinə gələn Ali Baş Komandan məsuliyyətdən gərginlik keçirən generallara deyir: "sizə güvənirəm və biz qalib gələcəyik!"

Bəli, qalibiyyətin yüzlərlə səbəbi sırasında biri hamısından üstündür- Prezidentin qətiyyəti və inamı! Vətən müharibəsinin 44 müqəddəs günü təkcə silahların döyüşü deyil, həm də liderin millətə birbaşa xitabının səlnaməsi oldu. 30 ildir Konstitusiyada yazılan Ali Baş Komandanlıq statusu İlham Əliyevin prezident kimi deyil, müharibədə qazandığı ali hərbi tituldur.

20 sentyabr 1994-cü ildə neft savaşının udulması ilə 20 sentyabr Xankəndi Zəfəri bir amalda birləşdiyi üçün Qələbəmizin birinci müəllifi Ulu öndərdir.

Dünyada mövcud 61 münaqişədə nə qalib var, nə də daimi sülh. Azərbaycan isə ən qısa müddətdə, ən az itki ilə, ən böyük nəticə qazanan tək dövlətdir".

Deputatın fikrincə, tarix göstərir ki, hər millətin öz “zəfər dövrü” olur: "Fransa azadlıq ruhunu Bastiliyanın süqutunda tapdı, alman xalqı Berlin divarını yıxanda bölünən taleləri birləşdirdi, Çanaqqala döyüşü türk xalqının tərsinə gedən taleyini dəyişdirdi. Azərbaycan Qurtuluş savaşında tam və qəti qələbə ilə təkcə savaşı qazanmadı, həm də müharibəni bitirməyi bacardı.

Bir əsr əvvəl Topçubaşov Paris Sülh Konfransında Azərbaycanın müstəqilliyi üçün Vilsona təvəqqe edirdi. Bu günsə ABŞ prezidenti İlham Əliyevə qalib lider kimi heyranlığını göstərir. Yüz ildə millətimizin statusu dəyişib, indi bizi Kürəkçay müqaviləsini imzalamağa deyil, Vaşinqtonda Qələbə Zirvəsinə dəvət edirlər.

Tariximizdə ilk dəfədir ki, dinc və könüllü şəkildə Xankəndini tərk etməklə, erməni məsələsi coğrafiyamızdan kənara çıxıb. İndi “Böyük Ermənistan”, “Qafqaz Ermənistanı”, “Türkiyə Ermənistanı”, “dənizdən-dənizə Ermənistan”ı deyil, “real Ermənistan”ı tanıtdırmaq üçün ermənilər Bakıdan qərar gözləyir.

Qələbəmizin coğrafiyasını genişləndirən Azərbaycan liderinin nitqini bir gün İrəvandan eşitsəniz, bilin ki, İlham Əliyev Qafqazı 1-ci Pyotrdan geri alıb. Ən Böyük Qayıdış bax o olacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://moderator.az
archiveBu xəbər 31 Oktyabr 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri