Icma.az
close
up
RU
Şübhəsiz, Ağ Evi sülh binasına çevirən lider İlham Əliyev olacaq! ZAHİD ORUC YAZIR

Şübhəsiz, Ağ Evi sülh binasına çevirən lider İlham Əliyev olacaq! ZAHİD ORUC YAZIR

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Zahid ORUC, STM sədri, millət vəkili

Azərbaycan Vətən müharibəsində qələbəsini Donald Trampın birinci hakimiyyəti dövrünün sonunda əldə etdi. Məhz indi bu faktı xatırlatmağın ona görə ehtiyacı var ki, Trampdan əvvəl və sonrakı hakimiyyətlər dövründə biz maksimum dərəcədə bölgəni parçalamaq, Cənubi arealında məhz konfliktlər vasitəsilə hökmranlıq etmək, öz geosiyasi maraqlarını və mənfəətlərini güdmək xəttini müşahidə edirdik. Bu ağrını biz Sovetlər Birliyinin iflasa uğradığı dövrdə də yaşamışıq.

Region ölkələrini maksimum dərəcədə İran və Rusiya əleyhinə qaldırmaq, Türkiyəni bəlli bir şəkildə NATO vasitəsilə idarə edərək onun Qafqazlarda aparıcı mövqe sahibi olmasının qarşısını almaq Amerika siyasətinin əsasını təşkil edib.

Lakin qeyd etdiyimiz kimi, Azərbaycanın müqəddəs savaşında Tramp nə qədər ki, seçkilərdə idi, digər tərəfdən onlar bu faktı — yeni ərazi bütövlüyümüzün hərbi vasitələrlə təsdiqi faktını — qəbul edərək buna yönəlik hansısa basqıçı təzyiq siyasətinə getmədilər. Hətta qısa bir fasilədə atəşkəs üçün çağırışlar da etdi. Mahiyyət etibarilə Avropa və ya NATO qüvvələrini bölgəyə gətirib Azərbaycan əleyhinə savaşdırmaq xətti seçilmədi. Hərçənd Bayden dövründən xeyli fərqli mövqelərin şahidi olduq. Son günlərini də izlədik ki, Ermənistan ilə ABŞ müstəqillik sənədi imzaladı. Bu qlobal güc bölgənin ən kiçik dövləti üzərində nəzarət gücünü əldən vermədi.

İndi, məhz Ağ Evdə Trampın missiyası — müxtəlif xarakterli konfliktlərin uzun dövrdə mövcud olan müharibəyə səbəb olan qarşıdurmaların Hindistan, Pakistan, Rusiya, Ukrayna, Fələstin, İsrail, Orta Şərq müharibələrində ABŞ-ın tutduğu mövqeyin ənənəvi siyasətdən çox fərqləndiyini göstərir. Bu, konkret Trampın missiyasıdır. Bu baxımdan, hələ ABŞ-da keçirilən prezident seçkiləri dövründə Prezident İlham Əliyevin oradakı namizədlərdən Trampa bağlı müsbət fikir bildirməsinə əsas səbəb — onun dövlətlərin daxili işlərinə müdaxilə etməməsi, inqilab yolu ilə buna qarışmaması kimi yanaşmaları müsbət dəyərləndirməsi idi — baxmayaraq ki, seçkinin nəticəsi onda məlum deyildi. Daha sonra yeni hakimiyyətin USAID-i kəskin tənqid etməsi, onun siyasətinin dünyaya və Amerikaya zərər vurmasını dilə gətirməsi hələ illər əvvəl cənab İlham Əliyevin bu qurumla bağlı səsləndirdiyi fikirlərin təsdiqi idi.

Hazırda Trampın rəhbərliyi ilə ABŞ Qafqaza dönür və bu qətiyyən dövlətlərin daxili işlərinə qarışmaq deyil, daha artıq dərəcədə barış missiyasıdır. Məhz iki dövlət rəhbərinin Ağ Evdə qəbulu, hətta sülh sənədi yox, niyyət protokolunun imzalanması belə, qısa müddətdə Trampın iradəsinin göstəricisi olacaq. Digər tərəfdən, bölgədə əsas missiyanı İlham Əliyev daşıyır — o, bölgənin sülh və xilas missiyasının əsas sahibi kimi üç respublikanın bu arealda təhlükəsizlik şəraitində yaşaması üçün təməllər atıb. Bu həm də Amerika–Azərbaycan münasibətləri üçün yeni bir mərhələ və fürsətdir. Təkcə iki dövlət arasında yanaşmaça yox, daha fərqli sahələrdə də inkişaf edəcək. Çünki Tramp Azərbaycan liderinin siyasətinə ayrıca dəyər verir.

Ən əsas məsələ ondan ibarətdir ki, bu görüş Zəngəzur dəhlizinin açılması üçündür. Bunun da əsasları var. Çünki burada bir qlobal döyüş meydanı yaratmaq, Hörmüz düzəltmək cəhdi paralellərində Ağ Evdəki bu görüş gerçək bir sülh tapmaq üçün mühüm rol oynayacaq. Tramp indiyədək atdığı addımlarla Nobel üzrə Sülh Mükafatına layiq olması fikrini doğruldursa da, əsasən İlham Əliyev öz mühüm tarixi addımları ilə bu mükafatı çoxdan haqq edib. Çünki mayasında birbaşa Bakı nefti dayanan bu mükafat qlobal və regional təhlükəsizliyə xidmətləri dəyərləndirir.

Belə olan halda nəzərə almalıyıq ki, Ermənistan–Azərbaycan problemi yüz il ərzində iki dövlət arasında məhdudiyyət daşımayıb, əksinə, ona xeyli sayda dövlətlər qoşulub və Qarabağ savaşı SSRİ-nin çöküşünə vəsilə olub. Ona görə Prezident İlham Əliyev bəyan edirdi ki, biz qlobal siyasi layları tərpətmişik. Dünyada sülh üçün bu münasibətləri yeni mərhələyə daşımağa ciddi ehtiyac var.

Əgər burada sülh olacaq və kommunikasiya açılacaqsa, Ermənistanın ideoloji xəttinin dəyişməsi ilə nəticələnəcəksə, bu halda həqiqətən transmilli layihələrin reallaşdırılması imkanı olacaq.

Müharibədən sonra ən yüksək statuslu binada — Ağ Evdə bu xarakterli görüş tarixi hadisədir və bu bizim tarixi zəfərin təsdiqi, tanınması və hətta paraflanmasına olan iradənin göstəricisidir.

Ağ Ev Trampın liderliyində ilk dəfədir ki, soyuq və qaynar müharibələrin Baş qərargahı, qlobal savaşlar və tüləvi qırğınları layihələndirən bina olmaqdan çıxaraq, ən uzunömürlü düşmənçilyə son qoyulmasına töhvə verən ünvana çevrilə bilər...

Şübhəsiz, Ağ Evi sülh binasına çevirən lider İlham Əliyev olacaq!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 Avqust 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri